• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


QƏLYANALTILAR


 

GÖYƏRTI KÜKÜSÜ

Yumurta – 2 əd., göy soğan – 25 q, keşniş – 15, şüyüd – 10 q, ispanaq – 30 q, ərinmiş yağ - 30 q, istiot, duz Keşniş, şüyüd, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır. Küküyə bəzən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir. Tavada yağı qızardıb göyərti ilə çalınmış yumurtanı oraya tökür və üstünü hamarlayırlar. Yumurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb qızardırlar. Süfrəyə verdikdə üzərinə yağ tökür və yanına qatıq qoyurlar.

 

QOZLU KÜKÜ

Yumurta - 2 əd., göy soğan – 20 q, keşniş – 15 q, şüyüd – 10 q, ispanaq – 25 q, qoz – 40 q, ərinmiş yağ – 30 q, istiot, duz. Göyərti küküsü kimi hazırlanır. Lakin yumurta ilə çalınmış göyərtiyə narın xırdalanmış qoz qatılır.

KÜTÜM KÜKÜSÜ

Hisə verilmiş kütüm - 200 q, göy və ya baş soğan – 35 q, keşniş – 15 q, şüyüd – 10 q, yumurta – 2 əd., ağ çörək içi – 30 q, ərinmiş yağ – 30 q, istiot, duz. Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri, ağ çörək ovuntusu, duz və istiot əlavə edilib yaxşıca çalınır. Bəzən göy soğanı qızardılmış baş soğanla əvəz edirlər. Sonrası göyərti küküsü kimi hazırlanır. Süfrəyə verilən zaman paxlava şəklində doğranır, üstünə yağ tökülür.

 

KÜRÜ

Kürü Azərbaycan milli mətbəxinin delikateslərindən biridir. Kürü həm konservləşdirilmiş həm də təzə halda verilir.

 

 

KÜRÜ KÜKÜSÜ

Yumurta -1 əd., kürü – 20 q, xiyar – 20 q, pomidor – 20 q, kahı – 10 q, yaşıl soğan - 10 q, duz.

Yumurtanı bişirilir, hər iki başından çəllək şəklində kəsilir. Yumurtanın bir tərəfindən sarısı qaşıqla çıxarılır. Yumurtanın içi kürü ilə doldurulur. Yeməyin üzərinə kahı yarpaqları düzülür, xiyar, təzə pomidor və yaşıl soğanla bəzədilir.

 

SOYUTMA

Qoyun əti – 217 q, baş soğan – 30 q, pomidor – 280 q, xama – 30 q, duz, istiot. Qoyun ətini 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2-3 mm qalınlıqda doğranır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.

ŞƏKİ SALATI

Xiyar – 50 q, pomidor – 50 q, bibər – 20 q, göy soğan – 10 q, keşniş – 10 q, reyhan – 10 q, şərab sirkəsi və ya abqora – 3 q, istiot, duz. Xiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın doğranmış göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.

«BAHAR» SALATI

Turp (ağ və qırmızı) – 100 q, yumurta -1/2 əd., xiyar – 40 q, yerkökü – 40 q, yaşıl kahı – 10 q, duz. Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.

«XƏZƏR» SALATI

Nərə balığı – 375 q, zəif duzlu somğa balığı – 55 q, dənəvər kürü – 30 q, kartof – 160 q, təzə xiyar – 180 q, xama – 160 q, kahı – 55 q, limon - 1 əd., tərxun – 55 q, istiot, duz. Balığı bişirib, qabığını və qığırdaqlarını təmizləyirlər. Doğranılmış tərəvəzləri xama ilə qarışdırıb təpəcik şəklində boşqaba töküb, uzun dilimlərlə bölünmüş balıq, kahı yarpaqları, tərxun, kisəcik şəklində bükülüb dənəvər kürü qoyulmuş somğa dilimləri ilə bəzəyirlər.

 

"AZƏRBAYCAN" SALATI

Lazım olan ərzaqlar:

Pomidor - 60 q., xiyar - 45 q., göy soğan - 15 q., baş soğan - 20 q., qırmızı turp - 40 q., xama - 30 q., şüyüd - 10 q., istiot, duzHazırlanma qaydası:Pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.

ÇOBAN SALATI

 

Salat – Azərbaycan mətbəxinin tərkib hissəsidir, yay mövsümündə, göyərtinin və tərəvəzin bol olan vaxtı.

Xiyar, pomidor, bolqar istiotu, qırmızı soğan, göyərti: keşniş, şüyüd, reyhan, duz, istiot

Salat yeməkdən minimum 1 saat öncə hazırlanır. Tərəvəz və göyərti yuyulub xırda doğranır. Duz, istiot tökülüb qarışdırılır və soyuducuya qoyulur, ”özünə gəlmək” üçün. Bu vaxta tərəvəz və göyərti şirələrini buraxacaq. Bu şirə çox ləzzətli və xeyirlidir.

ÇUĞUNDUR FİSİNCANI

Çuğundur – 200 q, kərə yağı – 20 q, nar şirəsi və ya dənələri - 30 q, qoz ləpəsi – 40 q, baş soğan – 25 q, keşniş göyərtisi – 15 q, duz. Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri halqavarı doğranmış baş soğan, keşniş göyərtisi və qoz ləpəsi ilə bəzənir.

LOBYA FİSİNCANI

Qırmızı lobya – 100 q, baş soğan – 30 q, ərinmiş yağ – 20 q, qoz ləpəsi – 30 q, sirkə - 20 q və ya nar şirəsi – 15 q, keşniş göyərtisi – 20 q, istiot, duz. Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.

 
 
 
 
 
 
 
 
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved