• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


QUTABLAR


 ƏT QUTABI

Qoyun əti – 108 q, baş soğan – 20 q, lavaşana – 15 q və ya nar – 20 q, buğda unu – 110 q, ərinmiş yağ – 30 q, sumaq – 3 q, istiot - 0,1 q, duz. Duzlu su ilə undan bərk xəmir yoğurulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstünə sumaq səpilir.

 
GÖYƏRTİ QUTABI

Göyərti: ispanaq -150 q, turşəng -150 q, yaşıl soğan -50 q, keşniş və şüyüd -15 q, buğda unu -140 q, ərinmiş yağ -20 q, kərə yağı - 20 q, lavaşana -10 q, yumurta -1/5 əd., qatıq -50 q, istiot - 0,1 q, duz.

Göyərtini iri doğranır və soğanla qızardılır. Sonra duz, istiot, lavaşana qatılıb qarışdırılır. Un, su və yumurtadan bərk xəmir yoğurulur, kündələrə ayrılır. Kündələr yayılır, üzərinə göyərti əlavə olunur və aypara şəklində bükülür. İki tərəfdən yağsız tavada qızardılır. Süfrəyə verildikdə qutabın üzərinə isidilmiş yağ tökülür, ayrıca qatıq verilir.

QABAQ QUTABI

Qabaq – 250 q, nar – 25 q, buğda unu – 140 q, baş soğan - 25 q, ərinmiş yağ – 30 q, darçın - 0,1 q, duz. Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verildikdə üzərinə yağ tökülür.

HƏVƏSKAR QUTABI

Xammalların miqdarı ət qutabında olduğu kimidir. Əlavə olaraq qoyun qarnı və bağırsağı emal olunmuş qoyun qarnı və bağırsağını qaynar suda pörtüb soğanla ətçəkən maşından keçirirlər. Qiyməyə lavaşana və nar dənələri əlavə edib xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutabın hər iki üzü yağda qızardılır. Sumaq ayrıca verilir.

 
YABANİ GÖYƏRTİDƏN QUTAB
 
Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) - 400q, buğda unu - 150q, ərinmiş yağ - 20q, lavaşana - 10q, yumurta - 1/2 əd., maya - 10q, qatıq - 50q, kərə yağı - 20q, istiot, duz.
Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.
 
 
 
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved