• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


MÜRƏBBƏLƏR


ƏRİK MÜRƏBBƏSİ

Ərik – 1 kq, şəkər - 1,2 kq. İri əriyin çəyirdəyi çıxarılır , xırdalar isə bütöv bişirilir. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəq. suda pörtülür. Üzərinə qaynar şərbət tökülür. 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərti ilə 3 dəfə mürəbbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir.

HEYVA MÜRƏBBƏSİ

Təmizlənib doğranmış heyva - 1 kq, şəkər – 1,2 kq. Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.

QOZ MÜRƏBBƏSİ

Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər)Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırmaq şərti ilə 2-3 gün əhəng suyunda çıxarılmış qozları bir neçə yerindən dişdəkləyib yenidən gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir. Əhəng suyunu hazırlamaq üçün 500 təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

QIZIL GÜL MÜRƏBBƏSİ

Qızıl gül ləçəkləri – 100 q, şəkər – 900 q, limon turşusu – 2 q. Ən yaxşı mürəbbə Qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üçün istifadə olunan suda 40% -li məhlul-şərbət hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir. İtburnu gülünün ləçəklərindən də mürəbbə bişirilir.

ƏNCİR MÜRƏBBƏSİ

Əncir – 1 kq, şəkər – 1 kq, limon turşusu – 1 q, vanilin – 0,5 q. Əncirdən qabıqlı və qabığı soyulmuş halda mürəbbə bişirilir: 1. Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq. istiliyi 80-85 0 C olan suda pörtülür. əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. 2. Qabığı soyulmuş əncirin üzərinə toz-şəkər səpilir, 8-10 saat saxlanılıb zəif alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.

ZOĞAL MÜRƏBBƏSİ

Zoğal - 1kq, şəkər - 1,2kq. Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərti ilə 4-5 dəfəyə bişirilir.

 

 

QARPIZ MÜRƏBBƏSİ

Qarpız qabığı - 1kq, şəkər - 1,2 kq, vanilin - 0,5 q, limon turşusu - 1,2 q. Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir, hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.

AĞ GİLAS MÜRƏBBƏSİ

Çəyirdəyi çıxardılmış gilas – 1 kq, şəkər tozu - 1,2 kq, limon turşusu – 2 q, vanilin – 1 q, və ya hil – 3 q. Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif Alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu, vanilin və ya hil əlavə edilir.

 

 

CƏNNƏT ALMASINDAN MÜRƏBBƏ

Alma - 1kq, şəkər - 1,3-1,5kq. Cənnət almasının çiçək kasacığını təmizləyirlər, saplağını isə yarıdan kəsirlər. Sonra almanı bir neçə yerdən deşdəkləyib 3-5 dəq pörtürlər. Üzərinə şəkər şərbəti töküb 3-4 saat saxlayırlar. Zəif Alov üzərində qızdırılmaqla 5-7 dəq. qaynadılıb 6-8 saat saxladıqdan sonra ikinci dəfə 7-10 dəq. hazır olana kimi bişirirlər.

BADIMCAN MÜRƏBBƏSİ

Təmizlənmiş badımcan – 1 kq, şəkər - 1,5 kq, limon turşusu - 1,5 q, vanilin - 0,5 q. Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır. Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir. 4-cü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon turşusu və vanilin əlavə olunur.

 

FEYXOA MÜRƏBBƏSİ

Feyxoa – 1 kq, şəkər - 1,2 kq. Eyni ölçülü feyxoa yuyulur, 3,5 dəq qaynar suda pörtülür, qabığı soyulur və üzərinə şəkər tozu əlavə edilib. 18-20 saat saxlanılır. Sonra 100 ml su əlavə edilib zəif Alov üzərində arada 8 saat saxlamaq şərti ilə 2-3 dəfəyə bişirilir. Feyxoadan qabıqlı mürəbbə bişirdikdə əvvəlcə onları 7-8 yerdən deşdəkləyib 8-10 dəq. qaynar suda pörtürlər. Üzərinə şərbət əlavə edilir və 2-3 dəfəyə bişirilir.

XARTUT MÜRƏBBƏSİ

Azərbaycanda, xüsusən Abşeron yarımadasında, bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Xartutun iri gilələri seçilir və üzərinə şəkər tozu səpilib 8-10 saat saxlanılır. Mürəbbəni zəif Alov üzərində arada 8 saat saxlamaq şərti ilə 2-3 dəfəyə bişirirlər. Xartut gilələrinin üzərinə qaynar şərbət töküb ağ tut mürəbbəsi kimi də bişirmək olar. 1 kq xartut üçün 1,3-1,5 kq şəkər götürülür.

ALÇA MÜRƏBBƏSİ

Mürəbbə bişirmək üçün iri bağ alçası sortları, Ö xüsusilə Ərəş və İstanbul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır. Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərti ilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1 kq şəkər və 1 stəkan su sərf edilir.

ÇİYƏLƏK MÜRƏBBƏSİ

Çiyələk -1 kq, şəkər – 1 kq

Çiyələk təmizlənir, yuyulur və qurudulur. Sonra iri qaba tökülür və şəkər səpilir. 3-4 saar saxlanılır. Mürəbbəni 3 dəfə 5 dəqiqə qaynadırlar.

 

ÜZÜM MÜRƏBBƏSİ

Üzüm -1 kg, şəkər - 1 kg, su - 1 stəkan

Üzümü saplaqlardan təmizləyib yuyun və qazanın və ya teştin içinə yığın, üstünə şəkər əlavə edib, 8-9 saat saxlayın.

Gilələrin üstünə su töküb odun üstündə 5 dəq. qaynadın. Odun üstündən qaldırıb soyudun. Bu qayda ilə 3 dəfə təkrar edin. Qaynadıb, soyudub və s. Bişmiş gilələr kəhrəbaya oxşayırlar, şirəsi isə bal kimidir. Gilələr nə çox bərk, nə də çox yumşaq olmalıdılar.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved