• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


DAŞKƏNDDƏ DAHİ AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


23 mart 2004-cü il 
   
   Azərbaycan Prezidentini səfərdə müşayiət edən nümayəndə heyətinin üzvlərinin, Daşkənddə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, Azərbaycan diasporu və Özbəkistan ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimi Daşkənd şəhərinin hakimi Rüstəm Şoəbdürəhmanov açdı.
Prezident İslam Kərimov çıxış edərək, Azərbaycan və Özbəkistan arasında əlaqələrindən danışdı, xalqlarımızı birləşdirən dahi şəxsiyyətlərdən olan Nizami Gəncəvinin abidəsinin açılması münasibətilə mərasim iştirakçılarını təbrik etdi. O, bu abidənin açılışını qardaş Azərbaycan xalqına, onun qədim tarixinə və mədəniyyətinə ehtiram rəmzi kimi qiymətləndirdi. Özbəkistan rəhbəri əmin olduğunu vurğuladı ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəkdir.
                                                        
   AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
      

   Möhtərəm cənab Prezident!
 
Hörmətli xanımlar və cənablar! 
Əziz bacılar və qardaşlar!
   Bu gün həyatımızda çox əlamətdar hadisədir. Özbəkistanın paytaxtı Daşkənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb və biz bu abidənin açılış mərasimini keçiririk. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm.Dahi Nizaminin əsərləri ölməzdir, dəyərlidir və bütün nəsillər üçün əhəmiyyətlidir. Bu əsərlər bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır. Nizaminin əsərləri özbək və Azərbaycan xalqlarını bir- birinə daha da yaxınlaşdırır və bir-birinə daha sıx bağlayır.Xalqlarımız əsrlər   boyu   bir   yerdə olmuş,   yaşamış   və yaratmışlar.   Onlar   daim   bir-birinə arxa   olmuşlar. Bütün     dövrlərdə   Özbəkistanla      Azərbaycan      arasında   qardaşlıq    münasibətləri    mövcud     olmuşdur     və   biz çox xoşbəxtik      ki, bu   gün    bu   münasibətlər     davam      edir. Ölkələrimiz     müstəqillik    əldə    etdikdən    sonra    da münasibətlərimiz sürətlə inkişaf etmişdir. Bu istiqamətdə ən böyük xidmət iki xalqın ümummilli liderləri İslam Kərimov   və   Heydər      Əliyevə   məxsusdur.       Məhz    bu liderlər   öz xalqlarının   müstəqilliyini əbədi     və   dönməz etmişlər, dövlətlərinin möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişlər.Bu gün hörmətli İslam Abduqəniyeviç mənim haqqımda danışarkən dedi ki, o, Heydər Əliyevin oğludur. Həqiqətən, bu, mənim üçün ən böyük vəzifədir. Heydər Əliyevin oğlu olmaq mənim üçün böyük vəzifə və çox böyük    şərəfdir. Əmin     etmək   istəyirəm   ki,   mən   bu   ada   layiq   olacağam,    atamın   yolu   ilə   gedəcəyəm,    onun siyasətini davam etdirəcəyəm. Çalışacağam əlimdən gələni edim ki, xalqlarımız və ölkələrimiz bir-birinə daha yaxın olsunlar.Bu   gün Azərbaycan Prezidenti   kimi   mənim Özbəkistana   ilk   dövlət səfərim başlanmışdır.   Bu   dəvətə və mənə      göstərilən    qonaqpərvərliyə,      diqqətə    görə    Özbəkistan     Respublikasının       Prezidenti   hörmətli   İslam Abduqəniyeviç Kərimova və bütün özbək xalqına öz dərin minnətdarlığımı bildirirəm.Bu   gün apardığımız söhbətlər,   danışıqlar   nəticəsində bir   daha əmin oldum ki,   ölkələrimiz   gələcəkdə də daim birlikdə olacaq,   xalqlarımız   həmişə bir-birinə sıx   bağlı olacaqlar.   Bizim   xoşbəxtliyimiz   birlikdədir.   Biz daim   bir   yerdə   olmalıyıq,   çünki   taleyimiz,   gələcəyimiz   və   niyyətimiz   birdir.   Niyyət   də   ondan   ibarətdir   ki, Özbəkistan      və   Azərbaycan      rahat, azad   və   firavan   yaşasınlar,   öz   dövlət   müstəqilliyini    bundan     sonra   da möhkəmləndirsinlər və beləliklə, insanlarımız əmin olsunlar ki, onların gələcəyi etibarlı əllərdədir.Bu gün mən öz çıxışlarımda da, ikitərəfli danışıqlar zamanı da bir neçə dəfə qeyd etmişəm ki, Özbəkistan xalqı ona   ümummilli lideri İslam Abduqəniyeviç Kərimov kimi   tanınmış dövlət   xadimi rəhbərlik   etdiyi üçün xoşbəxt   və   bəxtiyardır.   Özbəkistan   dövlət   müstəqilliyini əldə   etdikdən   sonra   məhz   onun   yorulmaz   fəaliyyəti nəticəsində böyük uğurlara nail   olmuşdur.   Ölkənin   iqtisadi potensialı güclənmiş,   Özbəkistan dünya   birliyində özünə layiq   yerini tuta   bilmişdir.   Bu gün Özbəkistan   bütün region üçün çox əhəmiyyətli bir   ölkədir. Əlbəttə, gələcəkdə   Özbəkistan-Azərbaycan           münasibətləri     də   bizim   hamımızın     diqqət   mərkəzində   olmalıdır.     Biz   bu siyasəti davam etdirməliyik. Əminəm ki, xalqlarımız bundan böyük fayda görəcəklər.Sizə onu   da   demək   istəyirəm   ki,   yaxın   zamanlarda   Bakı şəhərində dahi   özbək şairi Əlişir   Nəvainin   də abidəsi ucaldılacaqdır və əminəm ki, əziz dostumuz və qardaşımız İslam Abduqəniyeviç və sizlər, əziz bacılar və qardaşlar, bu mərasimdə iştirak edəcəksiniz.Mənim Özbəkistana, özbək xalqına həmişə böyük hörmət və məhəbbətim olmuşdur. Düzdür, bu mənim Özbəkistana ilk səfərimdir. Ancaq Özbəkistan və özbək xalqı haqqında geniş məlumatım vardır. Mənim atam Prezident Heydər Əliyev dəfələrlə burada olmuş və öz fikirlərini və duyğularını mənimlə bölüşmüşdür. Əmin ola   bilərsiniz   ki,   bu   siyasət,   yəni   Azərbaycan-Özbəkistan münasibətlərinin   daha   da   dərinləşdirilməsi,   inkişafı istiqamətində aparılan siyasət bundan sonra da davam edəcəkdir və xalqlarımız gələcəkdə də birlikdə olacaqlar, bir nöqtəyə vuracaqlar, həmişə olduğu kimi, bir-birinə dayaq və arxa olacaqlar.Azərbaycan və Özbəkistanın dövlət himnləri səsləndikdən sonra Prezident İlham Əliyev və İslam Kərimov abidənin önünə əklil qoydular.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved