• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİ


24 mart 2004-cü il

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. 

   Mərkəzin direktoru Fail Məmmədov və Özbəkistan Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Timur Alimov dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.Prezident İlham Əliyev Daşkənd şəhərinin ən görkəmli guşələrindən birində yerləşən Mərkəzin qarşısındakı küçəyə xalqımızın ümummilli lideri Heydər Əliyevin adının verilməsini bildirən xatirə lövhəsini açdı.
Mədəniyyət Mərkəzinin həyətində müstəqil Azərbaycanın qurucusu Prezident Heydər Əliyevin büstü qoyulmuşdur. Prezident İlham Əliyev büstün açılışını bildirən ağ örtüyü götürdü.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi oldu. Mərasimi ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov açdı. (kitabda yoxdur, AzərTac da var)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

      Əziz dostlar! Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı zamanı Özbəkistanın Prezidenti hörmətli İslam Abduqəniyeviç Kərimov çıxış edərkən mən onun dediklərinin demək olar ki, hamısını başa düşdüm. O, özbək   dilində   çıxış   edirdi.   Mən   Azərbaycan   dilində   çıxış   edərkən   o   da   mənim   dediklərimin   hamısını   başa düşürdü. Bu, bir daha göstərir ki, bizim xalqlarımız nə qədər yaxındır.Bu   imkandan   istifadə edərək,   Azərbaycan   dilinin   özbəklər   üçün   ana   dili   qədər   yaxın   olduğunu   və özbək dilinin   azərbaycanlılar   üçün   doğma   olduğunu   nəzərə   alaraq,   mən   sizin   qarşınızda   Azərbaycan   dilində   çıxış etmək istərdim.

 Hörmətli xanımlar və cənablar!

Əziz bacılar və qardaşlar!

     Mənim Özbəkistana dövlət səfərimin ikinci günüdür. Bu səfər çox uğurlu keçir. Səfər çərçivəsində aparılmış ikitərəfli   danışıqların   nəticəsi   olaraq, iki ölkə   bir-birinə   daha da yaxın   olmuşdur.     Özbəkistanın     Prezidenti hörmətli cənab Kərimovla apardığımız söhbətlər əsnasında bir daha əmin olduq ki, bütün məsələlərdə - ikitərəfli əlaqələr, regional əməkdaşlıq sahəsində mövqelərimiz üst-üstə düşür. Özbəkistan      və Azərbaycan      uzun   illərdir ki, bir-birinə kömək     edir, arxa və   dayaq   durur.   Bu   səmimi münasibətlərin      əsasını   xalqlarımızın     ümummilli      liderləri İslam     Kərimov     və   Heydər    Əliyev     qoymuşlar. Azərbaycanın      hazırkı   Prezidenti   kimi   mən   bu   siyasətə   sadiqəm,   onu   davam   etdirəcəyəm.      Mənə   göstərilən hörmət, ehtiram və diqqət bir daha əminlik hissi yaradır ki, xalqlarımız həmişə olduğu kimi, bundan sonra da uğurlara doğru çiyin-çiyinə addımlayacaqlar. Bu gün Azərbaycanın və Özbəkistanın tarixində çox əlamətdar bir gündür. Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılışıdır. Mədəniyyət        Mərkəzi     çoxdan     fəaliyyət    göstərirdi,    lakin   binası    yox    idi.   Özbəkistanda      yaşayan azərbaycanlıların   və   özbək   qardaşlarımızın,   digər   millətlərin   nümayəndələrinin,   Özbəkistan   Prezidenti   cənab Kərimovun bilavasitə köməyi   və dəstəyi ilə Azərbaycan Mədəniyyət   Mərkəzinin   yeni binası tikilib istifadəyə verilir. Əminəm ki, Mərkəzdə keçiriləcək tədbirlər, o cümlədən ana dilində aparılacaq tədris proqramları burada yaşayan azərbaycanlılara böyük fayda verəcəkdir. Eyni zamanda, bizim özbək qardaşlarımız da bu Mərkəzin əziz qonaqları olacaqlar. Buradakı küçəyə Heydər Əliyevin adı verilmişdir. Bu qərara görə Azərbaycan Respublikasının Prezidenti və Heydər Əliyevin oğlu kimi mən Özbəkistan Prezidenti cənab Kərimova öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, Mədəniyyət mərkəzinin qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Heydər    Əliyevin     müasir    Azərbaycanın   tarixində   müstəsna       xidmətləri   vardır.   1993-cü    ildə   məhz   onun hakimiyyətə təkrar qayıdışından sonra Azərbaycanda böhrana və xaosa son qoyuldu. Ölkəmiz o ağır sınaqlardan ləyaqətlə çıxa bildi. O vaxt ölkəmizdə vəziyyət çox ağır idi. Əgər Heydər Əliyevin qətiyyəti, iradəsi və cəsarəti olmasaydı, ölkəmizi böyük bəlalar gözləyə bilərdi. Son on il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş, iqtisadi potensialını gücləndirmişdir. Bu gün   ölkəmiz   dünyada   öz   layiqli   yerini   tuta   bilmişdir   və   bütün   sahələrdə   sürətlə   inkişaf   edir. Əminəm   ki, xalqımız bundan sonra sabitlik şəraitində, sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Azərbaycan xalqının ən   böyük   arzusu   və istəyi   ondan   ibarətdir   ki,   ölkəmizdə sülh   və sabitlik   olsun,   qayda-qanuna   riayət   edilsin, iqtisadi   və   sosial  məsələlər   öz   həllini   tapsın. Azərbaycan   rəhbərliyi   buna    nail olmaq   üçün   əlindən   gələni əsirgəməyəcəkdir. Bu    iki gün ərzində   mən     çox   böyük    hörmət,    qonaqpərvərlik,     diqqət   gördüm.    Bütün    bunlara   görə,   ilk növbədə,      Özbəkistan     Respublikasının      Prezidenti,   Azərbaycan       xalqının əziz    dostu İslam     Abduqəniyeviç Kərimova bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əmin   olduğumu   bildirmək   istəyirəm   ki,   bu   səfərdən   sonra   ölkələrimiz   və   xalqlarımız   arasında   dostluq, qardaşlıq münasibətləri daha da güclənəcəkdir. Biz hamımız birlikdə yeni qələbələrə doğru addımlayacağıq.

    Bir daha sizi təbrik edirəm. Cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.

   Özbəkistanın Baş naziri Şavkat Mirziyayev açılış münasibətilə iştirakçıları təbrik etdi. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini çox yüksək qiymətləndirən Baş nazir bildirdi ki, bu gün Mərkəzin, eyni zamanda, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı və Mərkəzin yerləşdiyi küçəyə onun adının verilməsi xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafının bariz nümunəsidir. 
Açılış mərasimindən sonra Prezident İlham Əliyev Mərkəzlə yaxından tanış oldu, ayrı-ayrı otaqları gəzdi, burada yaradılmış şəraitlə maraqlandı. Burada dövlətimizin başçısını milli geyimli azərbaycanlı və özbək uşaqlar mehribanlıqla salamladılar.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved