• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


ANKARADA HEYDƏR ƏLİYEV PARKININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


 14 aprel 2004-cü il

     Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Ankaranın yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşanlar – Türkiyənin yüksək vəzifəli rəsmi şəxsləri, Batıkəndin sakinləri, məktəblilər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Təntənəli mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı.
Mərasimdə Türkiyənin Ətraf Mühitin Mühafizəsi və Meşə Təsərrüfatı Nazirliyi Baş meşəsalma idarəsinin müdiri Mustafa Yüksəl, Ankara valisi Yəhya Gur, kənd təsərrüfatı naziri Sami Güclü, ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Osman Pepe çıxış etdilər.
Bildirildi ki, 75 hektarlıq bu ərazidə Heydər Əliyevin anadan olmasının 81 illiyi ilə əlaqədar 17 növdən ibarət 81 min ağac əkiləcəkdir. İndiyədək 50 min ağac əkilmişdir və qarşıdakı on gün ərzində bu iş başa çatacaqdır. Batıkənd sakinlərinin istirahət vaxtlarını səmərəli keçirməsi üçün burada əyləncə, idman kompleksləri, uşaq meydançaları, hovuzlar, çeşmələr yaradılacaq, xidmət obyektləri tikiləcəkdir.
Natiqlər vurğuladılar ki, Prezident Heydər Əliyevin Türkiyə, bütünlükdə türk dünyası qarşısında xidmətlərini nəzərə alaraq, belə xatirə tədbirləri gələcəkdə də davam etdiriləcək, dahi şəxsiyyətin əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır. 

 AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

     - Hörmətli nazirlər!

     Hörmətli vali!

     Əziz xanımlar və cənablar!

     İlk   növbədə,   mən   Türkiyə hökumətinə, ətraf   mühitin   mühafizəsi   və meşə təsərrüfatı nazirinə,   bütün   türk qardaşlarımıza      öz dərin   minnətdarlığımı     və   təşəkkürümü      bildirmək    istəyirəm   ki, bu parka   Azərbaycanın ümummilli   lideri   Heydər     Əliyevin   adını   vermisiniz.    Bu,   bir   daha onu   göstərir   ki,   Türkiyə   və   Azərbaycan xalqları, ölkələrimiz daim birlikdə olublar, bir-birinə yardım, kömək ediblər. Biz bu dəstəyi, Türkiyədən gələn məhəbbəti   həmişə,   bütün   zamanlarda   hiss   edirdik.   Azərbaycan   öz   dövlət   müstəqilliyini əldə   etdikdən   sonra Türkiyədən gələn dəstək bizim rahat və təhlükəsiz şəraitdə yaşamağımıza böyük fayda veribdir. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müasir, müstəqil Azərbaycan onun əsəridir. 1993-cü ildə xalqın   tələbi   ilə   Azərbaycanda   hakimiyyətə   gəldikdən   sonra   ölkəmizdə sabitlik   bərpa   olundu,   hərc-mərcliyə, anarxiyaya son qoyuldu və ölkəmiz yavaş-yavaş inkişaf etməyə başladı. 1993-cü     ildən   1996-cı   ilə qədər   Azərbaycanın      tarixində   çox   çətin illər yaşanmışdır.    O   illər ərzində Azərbaycan   böyük   təhlükələrdən   keçərək,   öz   dövlət   müstəqilliyini   möhkəmləndirmiş və   beləliklə,   ölkəmizin gələcək    inkişafı   üçün   gözəl   imkanlar   əldə   olunmuşdur.     1996-cı   ildən   başlayaraq,    bu günə   qədər   ölkəmiz dinamik şəkildə inkişaf   edir.   Bizdə iqtisadi artım ildə 10   faiz həddindədir.   Azərbaycanın dünyada   mövqeləri möhkəmlənibdir,   ölkəmiz   dünya   birliyində   özünə   layiq   yerini   tuta   bilibdir.   Ölkəmiz   beynəlxalq   təşkilatlarla uğurla əməkdaşlıq edir.   Azərbaycanın bütün sahələrinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.   Biz, ondan sonrakı rəhbərlər, bu gün Azərbaycana rəhbərlik edən şəxslər bütün zamanlarda onun siyasətinə sadiq olacağıq. Çünki bu siyasətin alternativi yoxdur. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, bəyənir və bu siyasətə səs verir. Heydər    Əliyevin     Türkiyə-Azərbaycan        münasibətlərinin     inkişafında   da   müstəsna    rolu   olmuşdur.    Onun siyasətinin ən əsas   istiqamətlərindən   biri   də   o   idi   ki,   Türkiyə   ilə   Azərbaycan   arasında münasibətlər   bütün sahələrdə inkişaf etsin. Biz bunun şahidiyik ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə ölkələrimiz çox güclü münasibətlər qurmuşlar və birlikdə mühüm işlərin öhdəsindən gəlirlər. Heydər Əliyevin ifadəsi bu gün burada səsləndi: “Biz bir millət, iki dövlətik”. Bu, bir daha onu göstərir ki, o, Türkiyəyə, türk dünyasına nə qədər bağlı idi. Biz bu siyasətə sadiqik, bu siyasəti davam etdirəcəyik. Mənim Türkiyəyə indiki rəsmi səfərim də məhz bu siyasətin məntiqi nəticəsidir. Dünən   və   bu   gün   keçirdiyim   bütün   görüşlərdə,   apardığım   bütün   danışıqlarda   bir   daha əmin   oldum   ki, Türkiyə   ilə   Azərbaycan   arasında   dostluq,   qardaşlıq   münasibətləri   davam   edir,   güclənir.   Mən əminəm   ki,   bu səfərdən sonra bu münasibətlərə yeni təkan veriləcəkdir. Ölkələrimiz daha sıx işbirliyi, əməkdaşlıq edəcəklər. Bunu   dəfələrlə bilidirmişəm və bir   daha   demək istəyirəm ki,   bizim gücümüz bizim birliyimizdədir.   Biz   daim bir-birimizin yanında olmalıyıq və əminəm ki, olacağıq. Heydər Əliyevi   Türkiyəyə böyük   tellər   bağlayırdı.   O,   qəlbən   Türkiyəyə,   türk   xalqına   yaxın   idi.   Bizə də vəsiyyət    etmişdir   ki, bu siyasəti   davam    etdirək. Biz   də   bunu edirik. Əminəm      ki, bundan    sonra, - bütün zamanlarda,   50-100-200   ildən   sonra,   bütün əsrlərdə Türkiyə və Azərbaycan,   iki   qardaş ölkə daim bir-birinin yanında olacaqdır. Bu    parka   Heydər   Əliyevin   adının   verilməsi     çox rəmzi    xarakter   daşıyır. Deməliyəm      ki, Azərbaycanın ümummilli      lideri Heydər   Əliyev     meşələrə,   yaşıllığa   daim   böyük    diqqət   göstərmişdir.    Onun   təşəbbüsü     ilə Azərbaycanın,  bütün   bölgələrində   meşələr,        parklar salınmışdır.   Həmin   parklar    bu   gün   də   Azərbaycanımızı gözəlləşdirir və onun adını daşıyır. O, bir dəfə çıxışları zamanı demişdir   ki, ağacları kəsməyin, ağacları əkin, bilin ki, ağacları kəsəndə,   elə bil,   mənim qolumu kəsirsiniz. Bu gün bu parkı görəndə mən düşünürəm ki, bir neçə   il   sonra bu   fidanlar böyüyəcək,   qollu-budaqlı   olacaq,    şəhərinizi   gözəlləşdirəcəkdir.     Beləliklə,   Heydər Əliyevin xatirəsi burada da yaşayacaqdır. Əziz   qardaşlar,    Azərbaycanın   Prezidenti      kimi, Heydər   Əliyevin   varisi    kimi, davamçısı   kimi    mən   sizə ürəkdən   minnətdaram.   Siz   Heydər      Əliyevin   xatirəsinə   böyük   hörmət      göstərirsiniz.   Azərbaycanımıza   böyük məhəbbət     göstərirsiniz. Mənə,   Azərbaycanın    Prezidentinə,   mənimlə    Türkiyəyə   rəsmi   səfərə gəlmiş bütün nümayəndə heyətinin üzvlərinə böyük qonaqpərvərlik göstərirsiniz. Mən sizin hamınızı bir daha salamlayır, Azərbaycan xalqının ən xoş arzularını çatdırıram. Əmin olduğumu bildirirəm   ki,   qardaş   xalqlarımız,   ölkələrimiz   bundan   sonra   da əl-ələ   verib   irəliyə   doğru   uğurla   gedəcəklər. Təşəkkür edirəm. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda xüsusi olaraq Azərbaycandan gətirilmiş ağac əkdilər.
Dövlətimizin başçısı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved