• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


TBİLİSİDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN AÇILIŞ MƏRASİMİ


 

TBİLİSİDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN AÇILIŞ MƏRASİMİ

   15 iyun 2004-cü il 
 
   İyunun 15-də Tbilisinin mərkəzində Heydər Əliyev adına parkın açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, dövlətimizin başçısını səfərdə müşayiət edən Azərbaycan nümayəndə heyətinin üzvləri mərasimdə iştirak edirdilər.
Mərasimi Gürcüstan paytaxtının meri Zurab Çiaberişvili açdı.
    AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
       Hörmətli cənab Prezident!

       Əziz dostlar!

  
Heydər Əliyev adına parkın yaradılması haqqında qərara görə, ilk növbədə, Gürcüstan Prezidenti Mixail Saakaşviliyə bütün Azərbaycan xalqı adından və şəxsən öz adımdan təşəkkür etmək istəyirəm. Bu qərar Azərbaycanda böyük minnətdarlıqla qarşılanmışdır. Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə Gürcüstanda ölkə rəhbərliyi tərəfindən göstərilən ehtiram bizə çox əziz və qiymətlidir. Bu, ölkələrimiz arasında və xalqlarımız arasında olan sarsılmaz əlaqələrə daha bir sübutdur. 
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır. Prezident kimi Azərbaycana başçılıq etdiyi on il ərzində o, beynəlxalq aləmdə də, iqtisadi, sosial məsələlərin həllində də, habelə ən yaxın qonşumuz, strateji tərəfdaşımızla – Gürcüstanla münasibətlərdə çox böyük uğurlar qazanmışdır. 
Onun millətlərarası münasibətlərin inkişafı işindəki rolunu Azərbaycanda və Gürcüstanda çox yüksək qiymətləndirirlər. Buna görə də biz Heydər Əliyevin adını daşıyacaq belə gözəl parkın yaradılması haqqında Gürcüstan rəhbərliyinin qərarını bir daha böyük minnətdarlıqla qarşılayırıq.
Bizim münasibətlərimiz bünövrəsi Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində inkişaf edir və özü də uğurla inkişaf edir. Mənim Gürcüstana səfərim də buna daha bir sübutdur. Prezident Mixail Saakaşvilinin Azərbaycana çox uğurlu səfərini ölkəmizdə xatırlayırlar. İndi mən Gürcüstandayam. Biz bütün tədbirlərdə, imkan olan hər bir yerdə çox fəal ünsiyyətdə oluruq. Bizim dostluğumuz, şəxsi münasibətlərimiz bunun böyük rəhnidir ki, Gürcüstan və Azərbaycan əvvəlki kimi, yenə də həmişə bir-birinin yanında, həmişə birlikdə olacaq, həmişə bir-birinə kömək göstərəcək və ümumi məqsədə - mühüm məsələləri birlikdə həll edəcək azad, demokratik, iqtisadi cəhətdən güclü tərəfdaş dövlətlər yaratmaq məqsədinə doğru birlikdə irəliləyəcəklər. 
Heydər Əliyevin xatirəsinə göstərilən belə səmimi ehtirama görə bir daha Prezidentə təşəkkür edirəm, bütün gürcü xalqına təşəkkür edirəm. Bu, həm Azərbaycan Prezidenti kimi, həm də Heydər Əliyevin oğlu kimi mənim üçün çox qiymətlidir.
   Sağ olun. 
Mərasimdən sonra Prezident İlham Əliyev və Prezident Mixail Saakaşvili, dövlət başçılarının xanımları burada Bakıdan gətirilmiş ağaclar əkdilər. Prezident İlham Əliyev Tbilisi sakinləri ilə səmimiyyətlə görüşdü, Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
Azərbaycan dövlətinin başçısı Gürcüstan milli televiziyasına müsahibə verdi.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved