• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN GÖRKƏMLİ SİYASİ VƏ MƏDƏNİYYƏT XADİMLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞDİR


 

 
İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tbilisinin qədim Meydan məhəlləsində yerləşən Botanika bağındakı Panteona gələrək, Azərbaycanın görkəmli siyasi və mədəniyyət xadimlərinin məzarlarını ziyarət etmişlər. 
Azərbaycan Prezidenti və onun xanımı Azərbaycan poeziyasının klassiklərindən biri Mirzə Şəfi Vazehin, dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundovun, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Həsən bəy Ağayevin və Fətəli Xan Xoyskinin məzarları üzərinə gül-çiçək qoydular. 
Prezident İlham Əliyev və xanımı Şərqdə ilk müstəqil demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə qoyulmuş xatirə daşının önünə də gül qoydular. 
Sonra gürcü və Azərbaycan jurnalistlərinə qısa müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın görkəmli xadimlərinin məzarlarının qayğı ilə qorunub saxlanmasına görə Gürcüstan hökumətinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Tbilisidə keçirdiyi görüşlərdən danışaraq, səfərinin yekunlarından razı qaldığını vurğuladı.
Panteonun ziyarət olunması mərasimində Azərbaycan Prezidentini Tbilisi şəhərinin meri Zurab Çiaberişvili müşayiət edirdi.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved