• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


İSTANBULDA HEYDƏR ƏLİYEV ADINA PARKIN VƏ ÜMUMMİLLİ LİDERİMİZİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİM


 

 
    26 iyun 2004-cü il
    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 26-da İstanbulun mərkəzində - Şişli bələdiyyəsinin ərazisində ümummilli liderimiz Heydər Əliyev adına parkın və xalqımızın dahi oğlunun büstünün açılış mərasimində iştirak etmişlər.
Büstün yaxınlığındakı binada ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən “Əsrlərə bərabər bir ömür” adlı fotosərgi təşkil olunmuşdur. Binanın divarındakı mərmər lövhədə Heydər Əliyevin məşhur “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həkk edilmişdir.    Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.   Mərasimin iştirakçılarına ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti barədə məlumat verildi.
İstanbulun minlərlə sakininin toplaşdığı mərasimi Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül açdı.    Sonra İstanbul valisi Müəmmər Gülər çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. 
Sonra büstün üzərindəki ağ örtük götürüldü. Prezident İlham Əliyev və mərasim iştirakçıları “Əsrlərə bərabər bir ömür” fotosərgisi ilə tanış oldular. (kitabda yoxdur, AzərTacda var)
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

     -Hörmətli cənab vali!      Hörmətli Şişli bələdiyyəsinin başqanı!      Əziz dostlar, qardaşlar, xanımlar və cənablar!      Mən, ilk növbədə, sizin hamınızı ürəkdən salamlayıram. Sizi görməyimə çox şadam. Bu gün qeyd olundu ki, mən dövlət başçısı kimi İstanbula ilk səfərdəyəm. İstanbulda dəfələrlə olmuşam. Bu şəhəri çox sevirəm. Bu şəhər bizim hamımız üçün, həm Türkiyədə, həm də Azərbaycanda yaşayanlar üçün çox əziz, doğma şəhərdir. Mənim   də   həyatımın   bir   hissəsi İstanbulda   keçmişdir.   Ona   görə   mən İstanbulu   çox   yaxşı   tanıyıram,   gözəl xatirələrim var. Mən öz fikrimi   demək istəyirəm və siz mənimlə razılaşarsınız ki, İstanbul dünyanın ən gözəl şəhəridir.      Əlbəttə, mənim üçün və bütün Azərbaycan xalqı üçün çox böyük şərəfdir ki, bu gün İstanbulda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park açılır. Burada Heydər Əliyevin abidəsi ucaldılıb və sərgi təşkil   edilibdir.   Bütün    bu işlərdə   iştirak edən,   bunları   təşkil   edən   dostlarımıza,    qardaşlarımıza     öz   dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.      Heydər Əliyev, həqiqətən, Azərbaycan xalqının ümummilli lideri idi. Azərbaycanın ən çətin anlarında, ən çətin dövrlərində xalqla bir yerdə idi. Xalqı çətin vəziyyətdən irəli, tərəqqiyə, inkişafa aparırdı. Keçən əsrin 70- ci   illərində   Azərbaycan   müstəqil   dövlət   deyildi,   Sovet İttifaqı   çərçivəsində   bir   respublika   idi.   Amma   o   illər ərzində Azərbaycanda böyük quruculuq işləri aparılmış, zavod və fabriklər tikilmişdir. Azərbaycan, demək olar ki, öz iqtisadi potensialını məhz o dövrlərdə, məhz 70-ci illərdə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman yaratmışdır.      Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağır keçirdi. Ölkə böhran içində idi, vətəndaş müharibəsi, qardaş qırğını    baş   verirdi.   Müharibədə       Azərbaycan      torpaqları    işğal   olunurdu.     Ölkə    iqtisadiyyatı    çökmüşdü. Ümumiyyətlə,   Azərbaycan və onun müstəqil gələcəyi çox böyük təhlükə altında idi. Məhz   o zaman, 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtmış və qısa   müddət ərzində ölkəni böhran vəziyyətindən çıxarmışdır.   Bundan sonra   Azərbaycan sabitlik əldə etmiş və öz inkişaf yoluna   qədəm qoymuşdur.      Bu   gün   müstəqil   Azərbaycan   dünya   birliyinin   layiqli   üzvüdür.   Azərbaycan   beynəlxalq   təşkilatlarda   fəal iştirak edir. Ölkəmizin iştirakı ilə dünyada və bölgədə önəmli regional layihələr həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı   sürətlə   inkişaf   edir. Mən   sizə   deyə   bilərəm   ki, son   yeddi   il ərzində   iqtisadiyyatımız   90    faiz artmışdır. Hər il iqtisadi artım 10 faizdən yuxarıdır. Bu siyasət bundan sonra da aparılacaqdır. Ölkəmizin çoxlu sosial problemləri öz həllini tapır. Bir sözlə, bu gün Azərbaycan inamla irəliyə, gələcəyə baxır.      Ölkəmizin iqtisadi,   siyasi potensialı çox güclüdür.   Siz bilirsiniz   ki,   Azərbaycanda   həyata   keçirilən böyük neft   layihələri   də Heydər Əliyevin   neft   strategiyası ilə bağlıdır.  Məhz   onun   cəsarəti,   uzaqgörənliyi   və siyasi iradəsi 1994-cü ildə bu strategiyanın təməlini qoymuşdur. Baxmayaraq ki, o illərdə Azərbaycana bu məsələ ilə əlaqədar   böyük təzyiqlər   olmuşdur.   Ölkə daxilində də buna   müqavimət   var   idi.   Xaricdə də bəzi dairələr   açıq şəkildə bunun əleyhinə çıxırdı. Belə cəhdlər olurdu. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyevin iradəsi və    qətiyyəti   nəticəsində    bu   layihələr   həyata   keçdi.   Türkiyə    və   Azərbaycanı      iqtisadi  baxımdan      daha   da yaxınlaşdıran   Bakı-Tbilisi-Ceyhan   neft   kəmərinin   tikintisi   uğurla   davam   edir.   Bu,   bir   daha   onu   göstərir   ki, Heydər Əliyev   ikitərəfli   münasibətlərə,   Türkiyə-Azərbaycan   münasibətlərinə   böyük əhəmiyyət   verirdi.   Mən şübhə etmirəm ki, yaxın zamanlarda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası uğurla başa çatacaq və biz bu mərasimi qeyd edəcəyik.      Türkiyə-Azərbaycan əlaqələri   Heydər          Əliyev   siyasətinin əsas   istiqamətlərindən  biri   olmuşdur.   O,   daim çalışırdı ki,   Türkiyə   ilə   Azərbaycan   arasında   olan əlaqələr   bütün   sahələrdə   güclənsin   və inkişaf   etsin.   Məhz onun rəhbərliyi altında son 10 il ərzində iki qardaş ölkə arasındakı əlaqələr ən yüksək zirvəyə qalxmışdır. Bu gün bizi siyasi, iqtisadi, mədəni və digər sahələrdə möhkəm tellər bağlayır. Türkiyə və Azərbaycan beynəlxalq aləmdə bir   mövqedən çıxış edir,   daim bir-birinə dəstək olur. Əlbəttə ki, Azərbaycanın və Türkiyənin xoşbəxt gələcəyi   bizim   xalqlarımızın   birliyindədir.   Bu   gözəl   kəlam   Azərbaycanda   və Türkiyədə   çox   məşhurdur.   Bu, həm həqiqəti,   həm də Türkiyə ilə Azərbaycan arasında   olan əlaqələri əks   etdirir.   Türkiyə və Azərbaycan   bir millət,   iki  dövlətdir. Bu şüar   bizim   hamımız   üçün   örnəkdir.    Bu şüar   bizim   siyasətimizin əsasıdır.    Biz   bu dostluğa, bu qardaşlığa sadiqik.      Mən çox şadam ki, ölkə başçısı kimi bu əlaqələrin inkişafına da öz töhfəmi verirəm. Sizə deyə bilərəm ki, keçən il Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunduqdan sonra mənim ilk xarici səfərim məhz Türkiyəyə olmuşdur. Mən Prezident seçiləndən sonra da Türkiyə-Azərbaycan əlaqələrinə çox böyük əhəmiyyət verirəm və Azərbaycanın   müasir   siyasətinin  prioriteti   hesab   edirəm.   Mən   Prezident   kimi   də   Türkiyəyə   səfər   etmişdim. Lakin əfsuslar olsun ki, o zaman vaxt çox məhdud idi və İstanbula gələ bilmədim. Bu gün çox xoşbəxtəm ki, İstanbuldayam, bu gözəl mərasimdə sizinlə birlikdəyəm.      Heydər Əliyevin xatirəsinə belə hörmətlə, belə məhəbbətlə yanaşdığınıza görə mən sizə bir daha öz dərin minnətdarlığımı   bildirirəm. Əmin   ola   bilərsiniz   ki,   Azərbaycan   bu   siyasətə,   Heydər Əliyev   siyasətinə   sadiq qalacaqdır. Bu siyasət bütün sahələrdə davam etdirilir. Mən bu siyasətə sadiqəm. Yalnız Heydər Əliyev siyasəti Azərbaycanı xoşbəxt gələcəyə apara bilər.      Mən   bir   daha   qeyd   etmək   istəyirəm ki,   Türkiyə-Azərbaycan   münasibətləri   çox   güclüdür.   Aramızda   olan qardaşlıq, dostluq çox güclüdür və heç kim bu münasibətlərə təsir edə bilməz. Bu, bizim siyasətimizdir, biz də bunu aparacağıq.      Əziz   dostlar,   qardaşlar,   bu   gözəl parka   Heydər Əliyevin adını verdiyinizə görə,   burada   bu   gözəl abidəni yaratdığınıza görə mən sizə həm Heydər Əliyevin oğlu kimi,   həm də Azərbaycan Prezidenti kimi bir daha öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.      Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!      Sonra büstün uzərindəki örtük götürüldü.      Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, mərasim iştirakçıları “Əsrlərə bərabər bir ömür” adlı fotosərgi   ilə tanış   oldular.   Sərgidə ümummilli   liderimiz   Heydər Əliyevin   həyatının ən   müxtəlif   dövrlərindən bəhs    edən   fotoşəkillər    nümayiş    etdirilir. Burada    dünyanın    görkəmli    dövlət   xadimlərinin     Azərbaycanın ümummilli lideri barədə fikirlərinə də geniş yer verilmişdir.      Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:      “Bu   gün   Türkiyənin İstanbul şəhərində   Heydər      Əliyev   adına   parkın   açılışında   iştirak   etməkdən   böyük mutluluq və qürur hissi duyuram. Parkda ucaldılan Heydər Əliyevin abidəsi çox böyük ustalıqla işlənilib.      Türkiyə-Azərbaycan        ilişkiləri xalqımızın   ümummilli     lideri Heydər Əliyevin   siyasətində ən   önəmli     yer tuturdu. Mən Azərbaycanın Cümhurbaşqanı kimi bu   siyasətə sadiqəm.   Türkiyə-Azərbaycan ilişkiləri daha   da inkişaf edəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaqdır. Biz bir millət, iki dövlətik.      Yaşasın Türkiyə Azərbaycan dostluğu, qardaşlığı!  

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved