• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


BUXARESTDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR


    Oktyabrın 12-də, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində Buxarestin mərkəzində yerləşən “8 May” parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olmuşdur. Mərasimə toplaşan şəhər sakinləri, Azərbaycan diasporunun və türk toplumunun nümayəndələri prezidentlər İlham Əliyevi və İon İliyeskunu böyük səmimiyyətlə qarşıladılar.
Rumıniya Senatının üzvü, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İoan Top De Popa mərasimi açaraq, iki ölkə arasında əlaqələrin yaranması və möhkəmləndirilməsində, xalqlarımızın daha da yaxınlaşmasında müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışdı.
Rumıniya Prezidenti İon İliyesku mərasimdə nitq söyləmiş və Azərbaycan Prezidentinin Rumıniyaya səfərindən məmnun olduğunu qeyd etmişdir.
O qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün açılışı cənab İlham Əliyevin Rumıniyaya səfərinin tərkib hissəsi olmaqla bird aha iki ölkə arasındakı münasibətləri nümayiş etdirir. Rumıniya Prezidenti bildirmişdir ki, Heydər Əliyev yeni, müstəqil Azərbaycan dövlətinin memarı idi. O, ilk növbədə, xalqını sevən, onun maraqlarını müdafiə edən və Azərbaycanı yeni dövlət statusuna qovuşduran vətənpərvər insan idi.

   
 
 AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
 
     - Hörmətli cənab Prezident İon İliyesku!
     Hörmətli xanımlar və cənablar!
 
     Əziz dostlar!
     Xalqımızın ümummilli lideri Heydər Əliyevin Rumıniya torpağında, Rumıniyanın paytaxtı olan Buxarest

şəhərində büstünün ucaldılmasına görə bütün rumın xalqına və ilk növbədə, Prezident cənab İliyeskuya öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.      Azərbaycanın ümummilli   lideri Heydər Əliyev bütün   dövrlərdə öz   xalqına   sədaqətlə xidmət   etmişdir.   O, Azərbaycanda   hakimiyyətə   gələndə   ölkəmiz   çox   çətin   dövr   yaşayırdı.   Ölkə   siyasi   cəhətdən   təcrid   olunmuş vəziyyətdə idi, iqtisadiyyat tamamilə dağılmışdı və total böhran yaşanırdı. Ermənistanın Azərbaycana təcavüzü davam   edirdi   və torpaqlarımız   işğal   altına   düşürdü.   Məhz   Heydər Əliyevin   cəsarəti,   qətiyyəti,   uzaqgörənliyi nəticəsində ölkəmiz   bu   çətin vəziyyətdən çıxa   bildi və bu  gün   Azərbaycan çox   dinamik şəkildə inkişaf   edir. Onun   səyləri   nəticəsində   müharibə   dayandırıldı,   ölkədə   vətəndaş   müharibəsinə   son   qoyuldu,   sülh   və əmin- amanlıq yarandı. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bildi, Avropa, Avratlantik strukturlarına inteqrasiya etməyə başladı.      Bu gün Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin   təşəbbüskarı   da   məhz   Prezident   Heydər Əliyev   olmuşdur.   Onun   təşəbbüsü   ilə   başlanmış   iqtisadi islahatlar ölkəmizi iqtisadi cəhətdən gücləndirdi və deyə bilərəm ki, son səkkiz il ərzində Azərbaycanın ümumi daxili məhsulu yüz faiz artmışdır. Bu meyillər indi də davam edir.      Heydər Əliyevin neft strategiyası nəticəsində ölkəmizə milyardlarla dollar sərmayə qoyulubdur və bu gün adambaşına   düşən   xarici   sərmayələrin   həcminə   görə   Azərbaycan   bölgədə   lider   dövlətdir.   Aparılmış   iqtisadi islahatlar bizə imkan verdi ki, ölkədə mövcud olan çoxlu sosial problemlər öz həllini tapsın. Heydər Əliyevin təşəbbüsü ilə, ilk növbədə, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın və köçkünlər üçün yeni layihələr həyata keçirilməyə başlandı. Onlar üçün yeni qəsəbələr, şəhərciklər salındı. Yenə də qeyd etməliyəm ki, bu gün bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də siyasət davam etdirilir və biz bundan sonra da bu məsələ ilə ciddi məşğul olacağıq.      Bir   sözlə,   bütün   sahələrdə   -   beynəlxalq,   siyasi,   iqtisadi,   sosial,   regional   istiqamətlərdə   Heydər Əliyevin siyasi xətti ölkəmizi yeni mərhələyə gətirib çıxarmış, Azərbaycanı möhkəmləndirmiş, beynəlxalq aləmdə onun mövqelərini gücləndirmiş və iqtisadi potensialını artırmışdır. Bu gün Azərbaycanmüasir, dinamik inkişaf edən ölkədir. Biz bu gün də ölkəmizdə bu siyasəti davam etdiririk.      Heydər    Əliyevin     Rumıniyaya       və rumın    xalqına    xüsusi   münasibəti     var idi. Burada    qeyd    olundu    ki, Azərbaycanın Şərqi   Avropada   ilk səfirliyi Rumıniyada   açılmışdır.   Prezident   Heydər Əliyevin Rumıniyaya   və Prezident     İon   İliyeskunun      Azərbaycana       etdikləri   səfərlər    iki ölkə    arasında    olan əlaqələri     daha    da gücləndirmişdir. Bu gün ölkələrimiz arasında çox gözəl münasibətlər mövcuddur. Onu da demək istəyirəm ki, Prezident   Heydər Əliyevlə Prezident İon İliyeskunu   çox   güclü   dostluq telləri   bağlayırdı.   Bu   iki   lider   həm   öz ölkələri   üçün,   həm   də   regionun   inkişafı   üçün   çox   böyük   işlər   görmüşlər.   Onların   öz   ölkələrinin   inkişafında müstəsna xidmətləri vardır.      Ölkəmizdə       bütün   başqa    sahələrdə    olduğu   kimi,   Rumıniya-Azərbaycan          münasibətlərində      də   bu gözəl ənənələr   yaşayır,   Heydər Əliyev   siyasəti   davam   etdirilir.   Mənim   Rumıniyaya   səfərim   buna   gözəl   sübutdur. Fürsətdən istifadə edərək, mənə və nümayəndə heyətimizə göstərilmiş gözəl münasibətə, qonaqpərvərliyə görə hörmətli cənab Prezident İon İliyeskuya bir daha öz təşəkkürümü bildirirəm.      Əziz dostlar,   xalqımızın ümummilli   lideri   Heydər Əliyevin büstünün ucaldılması münasibətilə mən sizin hamınızı   ürəkdən   təbrik     edirəm.    Büstün    qoyulmasında      iştirak etmiş   bütün   insanlara   dərin   minnətdarlığımı bildirirəm. Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün rumın xalqına, Prezident İon İliyeskuya bir daha həm Azərbaycan Respublikasının Prezidenti kimi, həm də Heydər Əliyevin oğlu kimi öz təşəkkürümü bildirirəm.                                                             x x x       Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti İon İliyesku büstün üzərindən ağ örtüyü götürdülər, abidənin önünə əklil qoydular.     Rumıniyanın   siyasi   və dövlət   xadimləri,  Azərbaycan   diasporunun   və türk   toplumunun   nümayəndələri   də büstün önünə əklil qoydular.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved