• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


RUSİYADA AZƏRBAYCAN İLİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


16 fevral 2005-ci il

   Fevralın16-da Moskvada, Dövlət Kreml sarayında Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimi olmuşdur. Rusiyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hərarətli alqışlarla qarşıladılar.
   Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndi.
   Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış etdilər.
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
 
     -Hörmətli Vladimir Vladimiroviç!
     Hörmətli xanımlar və cənablar!
     Əziz dostlar!
     Bu gün Moskvada olmaq və Rusiyada Azərbaycan ilinin açılışında iştirak etmək mənə çox xoşdur. Əminəm ki,   bu   il   çox   uğurla   keçəcəkdir.   Moskvada   da,   Rusiya   Federasiyasının   digər şəhərlərində   də   çoxlu   müxtəlif tədbirlər    planlaşdırılmışdır.    Şübhəm       yoxdur    ki, bu   il ərzində    rusiyalılar   bugünkü      Azərbaycanın      nə   ilə yaşadığından, necə inkişaf etdiyindən və nə kimi nailiyyətlərinin olduğundan daha yaxşı xəbər tutacaqlar.
Biz   Rusiyada   Azərbaycan   ilinin   keçirilməsinə   böyük        əhəmiyyət   veririk.    Əminəm   ki,   bu   bir   il ərzində ölkələrimiz      və xalqlarımız     daha    da yaxın    olacaq,   ölkələrimiz     arasında    ikitərəfli münasibətlər     daha    da möhkəmlənəcəkdir. Bu münasibətlər indi də kifayət qədər yüksək səviyyədədir. Ölkələrimiz arasında çox fəal siyasi   dialoq   var.   Biz regional   məsələlərdə,   regional   inkişafda,   regional   təhlükəsizlikdə iştirak edirik,   iqtisadi əlaqələr   çox fəal   inkişaf   edir.   Bu   gün   biz   Vladimir   Vladimiroviçlə ikitərəfli iqtisadi münasibətlərin   vəziyyəti barədə fikir mübadiləsi apararkən böyük məmnunluqla qeyd etdik ki, cəmi bir ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 50 faiz artmışdır. Əlbəttə, ötən ilin fevralında mənim Rusiyaya rəsmi səfərim zamanı   biz əmtəə dövriyyəsini iki dəfə artırmağı qarşıya bir vəzifə kimi qoyduq. Lakin, görünür, güman etmirdik ki, bu, belə tez baş verəcəkdir. Bu sübut edir ki, çox böyük qarşılıqlı maraq, qarşılıqlı surətdə çox faydalı iqtisadi fəaliyyət və ticarət var.
Humanitar sahədə münasibətlərimiz həmişə yüksək səviyyədə olması ilə fərqlənmişdir və bu gün də belədir. Azərbaycanda   rus mədəniyyətinə,   rus dilinə həmişə çox   qayğı ilə yanaşmışlar   və yanaşırlar.   Bu, həmişə belə olmuşdur və həmişə də ölkəmizi fərqləndirmişdir. Lakin çox xoşdur ki, ictimai formasiyadan asılı olmayaraq, istənilən şəraitdə mövcud   olmuş bu   gözəl ənənələr   indi   də yaşayır,   inkişaf   edir   və möhkəmlənir.   Mən hesab edirəm     ki, ikitərəfli münasibətlərin     bütün   müsbət     təcrübəsi   bu əlaqələrin    inkişafına   gələcəkdə     də xidmət edəcəkdir.   Biz bunu çox istəyirik. Təsadüfi deyil ki,   biz Rusiya   ilə münasibətlərimizi strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Biz təkcə sözdə deyil, bəyanatlarda deyil, praktikada da, real işlərdə də tərəfdaşıq.
Arzu edirəm ki, Rusiyada Azərbaycan ili uğurla keçsin. Hesab edirəm ki, belə də olacaq və dediyim kimi, biz   bir-birimizi   daha   yaxşı tanıyacaq,   başa   düşəcək   və bir   çox   məsələləri   birlikdə   həll   edəcəyik.   Lakin   eyni zamanda düşünürəm ki, 2005-ci il ərzində biz Azərbaycanda 2006-cı ildə olacaq Rusiya ilinin keçirilməsinə də fəal   hazırlaşacağıq. Əlbəttə   ki,   ikitərəfli   münasibətlərimiz   yalnız   Azərbaycan   və   Rusiya   illəri   çərçivəsindəki tədbirlərlə   məhdudlaşmayacaqdır.          Bu   münasibətlər     gələcəkdə   də   inkişaf   edəcək,    dərinləşəcək   və   yeni-yeni sahələri əhatə edəcəkdir.
Əziz dostlar, mən sizin hamınızı Azərbaycan xalqı və hökuməti adından ürəkdən salamlayıram. Rusiyaya, Rusiya xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
    Diqqətinizə görə təşəkkür edirəm.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved