• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


VARŞAVA ÜSYANI MUZEYİNİN HƏYƏTİNDƏ AZƏRBAYCANLI ZABİTLƏRİN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞ MƏRASİMİ


 

        
     30 mart 2005-ci il
     Martın   30-da,   Azərbaycan   Prezidenti İlham Əliyevin   Polşaya   rəsmi   səfəri   çərçivəsində   Varşava   Üsyanı Muzeyinin      həyətində İkinci     Dünya     müharibəsi    zamanı   Varşava     üsyanında    iştirak etmiş   və   həlak   olmuş azərbaycanlı zabitlərin xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.
    AZƏRBAYCAN PREZIDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
     - Hörmətli cənab mer!
     Hörmətli xanımlar və cənablar!
     Bu     gün   çox   əlamətdar      bir   gündür.    Burada,    Varşava      Üsyanı    Muzeyinin      həyətində     Azərbaycan vətəndaşlarının   xatirəsinə   həsr   edilmiş   bir   lövhə   açılır.   Çox şadam   ki,   bu   gözəl   mərasimdə   mən   də   iştirak edirəm.
İkinci   Dünya     müharibəsində   Azərbaycandan         600   min   insan   iştirak edibdir. Onlardan     300   mini həlak olmuşdur. O cümlədən Polşanın azadlığı uğrunda döyüşlərdə də azərbaycanlılar həlak olmuşlar. Bir neçə aydan sonra biz İkinci Dünya   müharibəsinin başa çatmasının və ümumi qələbəmizin ildönümünü qeyd edəcəyik. Bu qələbə bizim hamımızın qələbəsidir.
Bu    gün   Azərbaycan      bütün   müstəqil    ölkələr   kimi   öz   taleyini, öz müqəddəratını      özü   müəyyən      edir. Müstəqillik hər bir xalq, hər bir millət üçün ən böyük sərvətdir, ən böyük nemətdir.
İndi ölkələrimiz arasında olan əlaqələr ən yüksək səviyyəyə çatıbdır və mənim Polşaya rəsmi səfərim bu istiqamətdə atılmış çox mühüm bir addımdır. Mən əminəm ki, bu səfərdən sonra iki ölkə arasında əlaqələr daha da inkişaf edəcək, bizim xalqlarımız bir-biri ilə daha sıx əməkdaşlıq edəcəklər.
Bizim    xalqlarımızı,    eyni   zamanda     müştərək   tarix də   birləşdirir. İkinci   Dünya    müharibəsindəki      qələbə dünyanın     bir çox   xalqlarına   azadlıq,   müstəqillik    bəxş   etdi. Ancaq    bizim   müstəqilliyimiz,     həqiqi   mənada azadlığımız   yalnız 1990-cı illərdə baş vermişdir.   Polşa   və Azərbaycan   müstəqil   ölkələr   kimi bu   dövr ərzində böyük uğurlar əldə etmiş, böyük qələbələr qazanmışlar. Mən əminəm ki, bundan sonra da Polşa və Azərbaycan dostluq, mehribanlıq münasibətlərini möhkəmləndirəcək və ölkələrimiz daha da sıx əməkdaşlıq edəcəkdir.
Mən   hörmətli   cənab     merə   bu   lövhənin   açılması   ilə əlaqədar   öz   dərin   təşəkkürümü   və   minnətdarlığımı bildirirəm.
Sonra    Azərbaycan   Prezidenti     İlham Əliyev     və   Varşava   şəhərinin   meri   Lex   Koçinski   xatirə   lövhəsinin üzərindəki ağ örtüyü götürdülər.
Azərbaycan   Prezidenti İlham Əliyev   Varşava   üsyanı   zamanı   həlak   olanların   xatirəsini   yad   etmək   üçün divardakı   kiçik   kilsə   zənginin   yanına   yanan şam   qoydu.   Sonra   Azərbaycan   dövlətinin   başçısı muzeylə   tanış oldu.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved