• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


KİŞİNYOVDA NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


 

 
   21 aprel 2005-ci il
   Aprelin 21-də, Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olmuşdur.
Mərasimə toplaşan Moldova ictimaiyyətinin nümayəndələri, Kişinyov sakinləri və Azərbaycan diasporunun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevi və Moldova Prezidenti Vladimir Voronini hərarətlə qarşıladılar.
Moldovanın Mədəniyyət və Turizm naziri Artur Kozma mərasimi açaraq, President İlham Əliyevin rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılamsını tarixi hadisə kimi qiymətləndirdi.
    Prezident İlham Əliyev  mərasimdə nitq söylədi.
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
     - Hörmətli cənab Prezident!
     Hörmətli qonaqlar, xanımlar və cənablar!
     İlk növbədə, Moldova Respublikasına rəsmi səfərim zamanı mənə və                         nümayəndə heyətimizin üzvlərinə yüksək      qonaqpərvərlik      göstərildiyinə     görə   Moldova      Respublikasının       Prezidenti    çox    hörmətli    Vladimir Nikolayeviçə bir daha öz minnətdarlığımı bildirmək istərdim.
Məmnunluqla   vurğulamaq   istəyirəm   ki,   sizin   gözəl   ölkənizə   səfərim   daha   bir əlamətdar   hadisə   ilə   qeyd olunur.    Bildiyiniz   kimi,   bugünkü   görüşümüzdən   məqsəd   Azərbaycan   xalqının   dahi   oğlu,   XII əsrin şair   və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini açmaqdır. Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof   idi.   Onun əsərləri   dünyanın   azad   fikir   xəzinəsini   layiqincə   zənginləşdirmiş   və   bütün Şərq   xalqlarını bəşəriyyətin   firavanlığı   naminə   yaxşı,   xeyirxah   işlərə ruhlandırmışdır.   Heç   bir şübhə   yoxdur   ki,   Azərbaycan xalqının   böyük   oğlu   Nizami   Gəncəvinin   dahiyanə əsərləri   dünya           mədəniyyətinin   qızıl   fondunun ən   parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.
Nizaminin   bütün   fəlsəfəsinin   mərkəzində   varlığın   ali   dəyəri,   mənəvi   zənginliyin   və   biliklərin   tükənməz mənbəyi kimi insan durur. Nizami insanın cəmiyyətdə roluna öz baxışı prizmasından nəzər salaraq, antik irsi, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik poetik ənənələrini yaradıcılığında əks   etdirə bilmişdir.   Böyük sənətkarların      yaratdıqlarının     ümumbəşəri      əhəmiyyətinin       xüsusiyyətlərindən       biri   budur    ki, onlar   həyati əhəmiyyətlidir, əbədiyaşardır,   çünki onların mənası gözəllik və əzəmətdədir.   Bu əsərlərdə əks olunmuş ümdə arzu - insanları xoşbəxt etmək istəyi ümumbəşəri mədəniyyət inkişaf tapdıqca, dünya miqyasında sivilizasiyanın səviyyəsi   yüksəldikcə   açıqlanır.   Nizaminin   yaradıcılığı   bunun   aşkar   təsdiqidir.   Onun   bəşər   sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin bədii və fəlsəfi təfəkkürünün katalizatorları olmuş Aristotel, İbn Sina, Dante, Şekspir   və Puşkin   kimi   dühalarla   müqayisə etmək   olar.   Nizaminin əsil   humanizm   ideyalarını özündə birləşdirən     fəlsəfi konsepsiyası     onun    ilhamlı   lirikasının   və   qəhrəmanlıq      dastanının    bənzərsiz    dünyasında ifadəsini tapmışdır. Məhəbbətin əbədiliyi, həyat və ölümün mənası, cəmiyyətin ideal quruluşu, kainatın böyük sirləri   haqqında   onun   yaratdığı   poemalar   bugünədək Şərqdə   örnək   üçün   meyar   olaraq   qalır.   Dünya şöhrətli ölməz "Xəmsə"nin müəllifi olan Nizami humanizm,   insan şəxsiyyətinin azadlığı ideologiyası, onun iradəsinin taleyin   qaçılmaz   iradəsindən   və   təbiətin   fövqündə   duran   qüvvələrin   hökmündən   asılı   olmaması   kimi   böyük fəlsəfi təlimlərin banilərindən biridir. O, bəşər tarixində ilk dəfə olaraq, insan qəlbinin saf və ülvi amallarının gözəl aləmini ilahiləşdirmiş, nəcib və pak məhəbbətin mükəmməl nəzəriyyəsini yaratmışdır.
Nizami   bu   gün   də   müasirimiz   olaraq   qalır.   O,    özünün   ölməz   humanist   ideyaları   ilə   bəşəriyyətin   işıqlı gələcəyinin qurulmasında iştirak edir. Xeyrin, ülvi olan hər bir şeyin gözəlliyinin mənəvi qüvvəsinə inamı ilə bu gün də bizimlədir.   Fürsətdən istifadə edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözlərini misal gətirmək   istəyirəm.   O   demişdir:   "Xalq   bir   çox   xüsusiyyətləri   ilə tanınır,   sayılır   və dünya   xalqları içərisində fərqlənir.   Bu   xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.   Məhz   mədəni əlaqələr,   mənəvi yaxınlıq xalqları   getdikcə   daha     çox   yaxınlaşdırır   və   dostluq   münasibətlərini      möhkəmləndirir".      Hesab    edirik   ki, bu baxımdan   Azərbaycan   və   Moldova   təkcə   siyasi,   iqtisadi   və   digər   sahələrdə   deyil,   mədəniyyət   və   incəsənət sahəsində də ikitərəfli əməkdaşlığı genişləndirməlidir.
Əziz    dostlar,   fürsətdən   istifadə   edərək   qonaqpərvərliyə   görə,      mənə   və   nümayəndə   heyətimizə   səmimi münasibətə   görə,   bu   gün   Moldova   paytaxtında,   Kişinyov şəhərində   Azərbaycan   xalqının   dahi   oğlu   Nizami Gəncəvinin abidəsinin açılmasına görə Moldova Prezidenti hörmətli Vladimir Nikolayeviç Voroninə, Moldova hökumətinə təşəkkürümü bildirmək istəyirəm.
İkitərəfli   münasibətlərimiz   çox   uğurla   inkişaf   edir.   Bu   gün   ölkələrimiz   arasında   siyasi   dialoq ən   yüksək səviyyədədir,      mühüm      sazişlər   imzalanmışdır,      onlar   ölkələrimizin     gələcək    inkişafını   müəyyən      edəcəkdir. İkitərəfli   miqyasda,   regional kontekstdə və regionda   təhlükəsizliyin qlobal sistemi məsələlərində Moldova   ilə Azərbaycanın      əməkdaşlığı   birinci      dərəcəli əhəmiyyətə   malikdir.       Biz   dostuq,   biz   müttəfiqik,    bizi çox şey birləşdirir. Ona   görə   də   bundan sonra da çalışacağıq   ki, ölkələrimiz və   xalqlarımız arasında əməkdaşlıq genişlənsin və həm Moldova vətəndaşlarına, həm də Azərbaycan vətəndaşlarına fayda gətirsin. Bu   imkandan    istifadə   edərək, sizin   gözəl ölkənizdə   yaşayan   azərbaycanlılara xoş   münasibətə   görə   də Moldova Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Moldovadakı Azərbaycan diasporu çox mütəşəkkildir, iqtisadiyyatın   inkişafına   böyük   töhfə verir, Moldova    cəmiyyətinə   fəal inteqrasiya   olunub   və əminəm    ki, ikitərəfli əlaqələrimizin mühüm vəsiləsidir.   Sizə məmnunluqla   demək istəyirəm ki,   Azərbaycanın Moldovada səfirliyinin açılması haqqında bu   yaxınlarda qərar qəbul edilmişdir.   Səfirlik bir   müddətdən sonra   açılacaqdır. Əminəm ki, bundan sonra ölkələrimiz arasında ikitərəfli münasibətlər daha intensiv olacaqdır. Biz əməkdaşlığı bundan sonra da inkişaf etdirmək istəyirik. Bunun üçün yaxşı zəmin var. Ölkələrimizin iqtisadi potensialı artır, qarşılıqlı siyasi əlaqələr   möhkəmlənir. Hesab edirəm ki, gələcəkdə ölkələrimiz Avropaya inteqrasiya   yolu   ilə, quruculuq yolu ilə, regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması yolu ilə birlikdə gedəcəklər.
Hörmətli Vladimir Nikolayeviç, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək və Azərbaycan xalqının ən dərin hörmətini ifadə etmək, bütün Moldova vətəndaşlarına sülh və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved