• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


SOFİYADA BAKI KÜÇƏSİNİN AÇILIŞI


 

SOFİYADA BAKI KÜÇƏSİNİN AÇILIŞI
    Sentyabrin 23-də Bolqarıstanın paytaxtı Sofiyanın Tələb rayonunda Bakı küçəsinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyevi Tələbə rayonu İcra Hakimiyyətinin başçısı Ventislav Dudolenski səmimiyyətlə qarşıladı. Cənab Ventislav Dudolenski mərasimi açaraq dedi:
   -Hörmətli cənab Prezident!
   Sizi Tələbə rayonunda qarşılamaqdan və Bakı küçəsinin açılışı münasibətilə təbrik etməkdən böyük şərəf və məmnunluq duyuram. Bu küçə xalqlarımız arasında dostluğun rəmzi olacaq və zənnimcə, bu dostluq gələcəkdə də davam edəcəkdir.
      
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
  
Şəhərin küçələrindən birini Bakı küçəsi adlandırmaq barədə qərarına görə şəhərin meriyasına dərin təşəkkürümü bildirirəm. Bakı Azərbaycanın paytaxtıdır, böyük tarixi, ənənələri olan qədim şəhərdir və bu küçəyə onun adının verilməsi bizim üçün, Azərbaycanın bütün vətəndaşları üçün çox xoşdur. Münasibətlərimiz çox yüksək səviyyəyə qalxır. Bolqarıstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq çox fəaldır və ölkənizə səfərim, aparılmış danışıqlar, imzalanmış sənədlər, bir tərəfdən, ikitərəfli münasibətlərin inkişafına sübutdur, digər tərəfdən isə ölkələrimizin imkanları, iqtisadi potensialı, habelə siyasi inteqrasiya prosesləri nəzərə alınmaqla, ikitərəfli səviyyədə, beynəlxalq təşkilatlar çərçivəsində, regional istiqamətdə sıx qarşılıqlı fəaliyyət göstərmək üçün daha yaxşı imkanlar yaradır. 
Şübhə etmirəm ki, çox yaxın gələcəkdə biz ikitərəfli münasibətlər sahəsində daha böyük uğurlara nail olacağıq. Düşünürəm ki, Azərbaycan paytaxtının şərəfinə küçənin açılması faktı da bu münasibətlərin təzahürüdür. Bu, onun nəticəsidir ki, ölkələrimiz arasında səmimi münasibətlər, dostluq münasibətləri mövcuddur. Bu, Azərbaycana olan böyük hörmətin əlamətidir və biz bunu çox yüksək qiymətləndiririk.   
Odur ki, əvvəla, qonaqpərvərliyə görə, səmimi qəbula görə, əlbəttə ki, indi Sofiyada Azərbaycan paytaxtının adını daşıyan küçə olacağına görə bütün bolqarıstanlı dostlara, Bolqarıstan rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istəyirəm.
    Hamınıza təşəkkür edirəm.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved