• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI PARKININ TƏNTƏNƏLİ AÇILIŞI


13 iyul 2006-ci il

 
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ceyhan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan “Türkiyə-Azərbaycan qardaşlığı parkı”nın təntənəli açılışında iştirak etdilər.
 
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan türk dünyasının dahi şəxsiyyətləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin parkda ucaldılmış abidələri önünə gül dəstələri qoydular.
Mərasimi Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü açdı.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.
Sonra Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri parkla tanış oldular.
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
 
-Əziz dostum, qardaşım Rəcəb Tayyib Ərdoğan!
 
Əziz bacılar və qardaşlar!
 
Mən sizin hamınızı ürəkdən salamlayıram və bütün türk xalqına öz dərin hörmət və məhəbbətimi ifadə edirəm.
“Türkiyə-Azərbaycan qardaşlığı parkı” iki ölkə, iki xalq arasında olan münasibətləri əks etdirir. Bizim tariximiz, müştərək köklərimiz və bizim bu günümüz – bütün bunlar bir-biri ilə sıx bağlıdır. Türk və Azərbaycan xalqları əsrlər boyu bir-birinə çox sıx bağlı olmuşlar. Ancaq tarixin hökmünə görə, illər ərzində bir-birindən uzaq düşmüşlər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra biz yenidən bir-birimizə qovuşduq, bir-birimizlə yenidən təmasda oluruq. Bu gün bizim birliyimiz, bir-birimizə bağlılığımız həm xalqlarımız, dövlətlərimiz üçün və həm də bütün bölgə üçün çox böyük əhəmiyyət kəsb edir.
Bu gün açılışında iştirak etdiyimiz Bakı-Tbilisi-Ceyhan boru xəttinin ərsəyə gəlməsi də iki xalqın, iki ölkənin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bizim gücümüz birliyimizdədir. Bu gün biz çox tarixi gün yaşadıq. Əsrlər boyu Azərbaycan xalqı və türk xalqı birlikdə yaşamağa meyil göstərmişdir. Bu gün biz bunu yaşayırıq. Bu gün bizim birgə fəaliyyətimizdən dünyada gedən proseslərə də təsir payı düşür. Bu gün bu gözəl gündə sizinlə bərabər olmağımdan çox böyük xoşbəxtlik hissi duyuram.
Bu parkda iki ulu insanın, türk dünyasının öndərlərinin heykəlləri qoyulmuşdur. Mustafa Kamal Atatürk, ulu öndərimiz müasir Türkiyənin qurucusudur, Türkiyənin xilaskarıdır və bu gün müasir Türkiyənin çox möhkəm inkişafı məhz Mustafa Kamal Atatürkün fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana hakimiyyətə gələndə Azərbaycan faktik olaraq parçalanma ərəfəsində idi. Azərbaycan çox pis duruma düşmüşdü və ölkənin müqəddəratı çox qeyri-müəyyən idi. Onun fəaliyyəti nəticəsində Azərbaycan toparlandı, öz müstəqilliyini qoruyub saxlaya bildi və bu gün uğurla inkişaf edən ölkədir.
Bu gün Türkiyə və Azərbaycan dünyada öz mövqeylərini möhkəmləndirirlər. Türkiyə və Azərbaycan iqtisadi baxımdan öz imkanlarını artırırlar. Bizim birgə fəaliyyətimiz bizə fayda gətirir, xalqlarımıza fayda gətirir, bölgəyə sülh, sabitlik gətirir və bu gün bu gözəl gündə sizinlə bərabər olmaq mənim üçün çox böyük şərəf və xoşbəxtlikdir.
Əziz, doğma bacı-qardaşlarım, bu əziz gündə sizi bir daha ürəkdən salamlayıram. Hər bir Türkiyə vətəndaşına, xoşbəxtlik, səadət, cansağlığı, yeni–yeni uğurlar arzulayıram.
 
Yaşasın Türkiyə, yaşasın Azərbaycan!
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved