• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


TBİLİSİ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV ADINA PROSPEKTİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


7 fevral 2007-ci il

Fevralın 7-də Gürcüstan paytaxtının mərkəzində Heydər Əliyev adına prospektin təntənəli açılış mərasimi olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili mərasimdə iştirak edirdilər.Mərasimə toplaşan, əllərində Azərbaycanın və Gürcüstanın dövlət bayraqları, prezidentləri salamlayan şüarlar olan minlərlə sakin dövlət başçılarını hərarətlə qarşıladı.Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili üzərində gürcü və ingilis dillərində “Heydər Əliyev prospekti” sözləri yazılan xatirə lövhəsinin üzərindən ağ örtüyü götürdülər.Kür çayının sağ sahilində yerləşən prospektin uzunluğu 3,7 kilometrdir. Hündürlüyü 4 metr olan xatirə lövhəsində göstərilir ki, buradan Bakıya olan məsafə 556 kilometr, Ankaraya isə 1441 kilometrdir.İncəsənət ustaları Azərbaycan xalq mahnılarını ifa etdilər.Sonra prezidentlər İlham Əliyev və Mixail Saakaşvili Tbilisi sakinlərinə yaxınlaşıb onlarla səmimi görüşdülər.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved