• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ZƏMANƏMİZİN GÖRKƏMLİ MUSİQİÇİSİ MAESTRO MSTİSLAV ROSTROPOVİÇİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR


 

29 aprel 2007-ci il 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Moskvada zəmanəmizin görkəmli müsiqiçisi maestro Mstislav Rostropoviçin dəfn mərasiində iştirak etmişdir.
Azərbaycan dövlətinin başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə böyük musiqiçyə dua oxunması mərasiminin keçirildiyi Xilaskar İsa Məsih kilsəsinə gəldi. Prezident Mstislav Rostropoviçin xanımı Qalina Vişnevskayaya, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərhumun tabutu yanında dayanaraq onun unudulmaz xatirəsinə ehtiramlarını bildirdilər.
Böyük musiqiçinin xatirəsini yad etməyə gələn insan axınının ardı-arası kəsilmir. Xilaskar İsa Məsih kilsəsinə dua oxunması mərasiminə gələnlər arasında İspaniya kraliçası Sofiya, tanınmış incəsənət, siyasət, elm xadimləri vardır. Dünya musiqi tarixində silinməz iz qoymuş Mstislav Rostropoviç parlaq, hərtərəfli şəxsiyyət, əsl dünyamiqyaslı insan idi. Onun uçurulmuş Berlin divarı yanında violonçeldə ifası, habelə 1991-ci ilin avqustunda QKÇP əleyhinə etirazı məşhur musiqiçinin humanist mövqeyinin, onun despotizmlə barışmazlığının sübutudur.
Azərbaycanlıların yaddaşında bakılı Mstislav Rostropoviç Dost kimi qalmışdır. Azərbaycanın yaradıcı gənclərinə daim kömək etmiş, geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, uşaqların sağlamlığının qorunmasına yönəlmiş humanitar proqramları dəstəkləyən insanı məhz belə adlandırırlar. Prezident İlham Əliyev Qalina Vişnevskayaya ünvanladığı başsağlığı teleqramında qeyd etmişdir: “Mstislav Rostropoviç həqiqətən dünya vətəndaşı, görkəmli ictimai xadim, humanizmin və ümumbəşəri dəyərlərin ülvi amallarını həmişə və hər yerdə qoruyan ən yüksək mənəviyyata malik insan olmuşdur. O, bizim xatirəmizdə həmişə parlaq, qeyri-adi şəxsiyyət, gözəl, son dərəcə cəzbedici və xariqüladə bir insan kimi qalacaqdır. Bizim hamımıza ağır, əvəzsiz itki üz vermişdir”.
Azərbaycan dövlətinin başçısı xanımı ilə birlikdə Mstislav Rostropoviçin Novodeviçye qəbiristanlığında dəfn mərasimində iştirak etdi. Onlar böyük musiqiçini son mənzilə yola salaraq məzarına torpaq tökdülər.
Prezident İlham Əliyev Rusiyanın birinci prezidenti Boris Yeltsinin Mstislav Rostropoviçin dəfn mərasimində iştirak edən xanımı Naina Yeltsinaya da başsağlığı verdi, görkəmli dövlət və siyası xadimin məzarı üzərinə gül qoydu.
Azərbaycan dövlətinin başçısı və xanımı tanınmış jurnalist Artyom Borovikin də məzarı üzərinə gül düzdülər.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Vətənə yola düşdü.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved