• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MSTİSLAV ROSTROPOVİÇİN 80 İLLİYİ ŞƏRƏFİNƏ RƏSMİ QƏBULDA ÇIXIŞI


27 mart 2007-ci il

Prezident İLHAM ƏLİYEV təntənəli qəbulda çıxış edərək dedi:
 
Əziz Slava!
Əziz Qalina Pavlovna!
Hörmətli xanımlar və cənablar!
Bu gün, bu gözəl gündə şanlı yubiley münasibətilə bütün Azərbaycan xalqının hərarətli salamını və ən xoş arzularını əziz həmyerlimizə çatdırmaq istəyirəm. Azərbaycanda biz belə böyük həmyerlimizlə fəxr edirik. Bakıda Rostropoviçlərin adını daşıyan küçə var. Slava hər il öz Vətəninə gəlir, ustad dərsləri keçir, gənc istedadlara, xəstə uşaqların müalicəsinə kömək edir, öz vətəni üçün çox böyük humanitar iş görür.
Məlum olduğu kimi, Azərbaycan uzunömürlülər diyarıdır. Dünyanın ən məşhur uzunömürlü insanı Azərbaycanda yaşamış və o, 160 yaşınadək ömür sürmüşdür. Lakin bu, heç də yeganə hal deyildi. 120-130 il yaşayan çoxlu adam var. Odur ki, Azərbaycan meyarlarına görə Slava hələ çox cavandır. Ruhən də gəncdir. O, həmişə ətrafdakılarda nikbinlik doğurur, həmişə öz enerjisi, təşəbbüsü və fəallığı ilə ilham verir. Biz həyatı sevməyi, həyatdan kam almağı və xeyirxah işlər görməyi ondan öyrənirik.
Hamı bilir ki, Slava Rostropoviç böyük musiqiçi, böyük vətənpərvər, böyük humanistdir. O, ən ağır anlarda belə öz prinsiplərinə sadiq qalmış, həmişə haqq-ədalət uğrunda mübarizə aparmış insandır. Lakin necə gözəl insan olduğunu yalnız onu tanıyan adamlar bilirlər. Onun özünə dost bildiyi adamlar bununla, haqlı olaraq, fəxr edirlər.
Bu gözəl gündə elan etmək istəyirəm ki, Azərbaycan dövləti özünün görkəmli həmyerlisini Azərbaycanın ən ali ordeni ilə - Slavanın dostunun adını daşıyan ordenlə, “Heydər Əliyev” ordeni ilə təbrik etmişdir. İndi mən bu ordeni təqdim etmək istəyirəm.
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Mstislav Rostropoviçə təqdim etdi.
Qəbul başa çatdıqdan sonra Dövlət Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü oldu.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved