• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ANKARADA HEYDƏR ƏLİYEV KÜÇƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR


6 noyabr 2008-ci il

 
     Noyabrın 6-da Ankaranın Batıkənd məhəlləsində Heydər Əliyev küçəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, habelə Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər və xanımı, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek mərasimdə iştirak edirdilər.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə salamladılar.
Prezident İlham Əliyev və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek Heydər Əliyev küçəsinin açılışını bildirən lövhə üzərindən örtüyü götürdülər. Lövhənin üzərində “Heydər Əliyev küçəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek tərəfindən 2008-ci il noyabrın 6-da olmuşdur” sözləri yazılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 900 metrə yaxın olan bu küçəyə 2008-ci ilin iyununda ulu öndər Heydər Əliyevin adı verilmişdir. Ətrafda Heydər Əliyev adına ibtidai məktəb, ümummilli liderin adını daşıyan park, yaşayış evləri, ofislər və inzibati binalar yerləşir. Ətraf ərazi abadlaşdırılmışdır.
Ankaralılar türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini əziz tuturlar və küçəyə onun adının verilməsi də böyük şəxsiyyətə olan hörmət və məhəbbətin nümunəsidir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved