• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ RƏSSAM TAHİR SALAHOVA HEYDƏR ƏLİYEV ORDENİNİ TƏQDİM ETMİŞDİR


    27 noyabr 2008-ci il

 
    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də görkəmli rəssam, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahova “Heydər Əliyev” ordenini təqdim etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev görkəmli fırça ustasına müraciətlə dedi:
-Hörmətli Tahir müəllim, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Sizin fəaliyyətiniz, yaradıcılığınız bütün dünyanı sevindirir. Siz dünyamiqyaslı rəssamsınız, əsərləriniz dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Ən sevindirici hal odur ki, sizin əsərlərinizin böyük əksəriyyəti Azərbaycana həsr olunubdur. Sizin əsərlərinizdə Azərbaycanın görkəmli şəxsiyyətləri və adi insanlar təsvir edilmişdir.
Siz həm də çox geniş ictimai fəaliyyət göstərirsiniz. Azərbaycan qarşısında çox böyük xidmətləriniz var. Mən bütün bu xidmətləri nəzərə alaraq, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinizə görə sizi Azərbaycanın ən yüksək, ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmək istəyirəm. Mən bu gün bu barədə Sərəncam imzaladım və istəyirəm, bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Tahir Salahova təqdim etdi.
Xalq rəssamı Tahir Salahov onu Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görməsi münasibətilə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, dövlətimizin başçısının Sərəncamı ilə 80 illik yubileyinin Azərbaycanda geniş qeyd olunmasına görə də təşəkkür etdi. Tahir Salahov ulu öndər Heydər Əliyevin XX əsrin ən böyük şəxsiyyətlərindən biri olduğunu vurğulayaraq dedi ki, məhz ümummilli liderin müdrik siyasəti nəticəsində respublikamızın dünya birliyində layiqli yerini tutmuşdur.
Heydər Əliyevlə şəxsi dostluğunu böyük məmnunluqla xatırlayan yubilyar ulu öndərin gərgin fəaliyyəti sayəsində əsaslı inkişaf yoluna qədəm qoyan Azərbaycanın son illərdə daha da inkişaf etdiyini və dünya birliyində mövqeyini daha da möhkəmləndirdiyini bildirdi. Tahir Salahov Prezident İlham Əliyevin mədəniyyət və incəsənətə, bu sahədə xüsusi xidmətləri olan sənət adamlarına hərtərəfli qayğı göstərdiyini vurğuladı, özünün “Heydər Əliyev” ordeninə layiq görülməsini bu qayğı və diqqətin daha bir nümunəsi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev yubilyarı Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olduğunu bir daha vurğulayaraq qeyd etdi ki, Tahir Salahov sənəti daim mövzu və janr zənginliyi, bədii formanın əlvanlığı və estetik kamilliyi ilə seçilib, onun əsərləri milli incəsənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur.
Dövlətimizin başçısı görkəmli fırça ustasının ulu öndər Heydər Əliyevlə çox səmimi münasibətlərinin canlı şahidi olduğunu bildirdi, bunu əsl dostluq nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Tahir Salahovun yüksək mənəvi keyfiyyətlərini, Vətən və xalq qarşısında xidmətlərini bir daha xüsusi vurğuladı, dövlətimizin ali mükafatına layiq görülməsi münasibətilə təkrar təbrik etdi və ona ən xoş arzularını çatdırdı.
Sonra yadigar olaraq xatirə şəkli çəkdirildi.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved