• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ


Zati-aliləri!
Dünya azərbaycanlılarının III qurultayının Bakı şəhərində keçirilməsinə verdiyiniz yüksək dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu qurultay əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının təşəkkülünün, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin parlaq təcəssümüdür.
Böyük məmnuniyyət hissi ilə vurğulamaq istərdik ki, II qurultaydan ötən müddət ərzində Azərbaycan dövlətinin iqtisadi qüdrəti daha da artmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, demokratik, hüquqi dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmiş, dünya birliyinə inteqrasiya yolunda əhəmiyyətli uğurlar qazanılmışdır. Zati-alinizin rəhbərliyi ilə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər Azərbaycanın regionda və bütün dünyada siyasi nüfuzunun daha da yüksəlməsinə, söz sahibinə çevrilməsinə, müstəqil siyasət yürüdən dövlət kimi özünütəsdiqinə şərait yaratmışdır. Biz əminik ki, doğma Vətənimizin çiçəklənməsi və inkişafı naminə atılacaq növbəti addımlar xalqımızın çoxəsrlik tarixinə yeni şanlı səhifələr yazacaqdır.
Möhtərəm cənab Prezident!
Sizin dəfələrlə vurğuladığınız kimi, bu gün müstəqil Azərbaycan dövlətinin və xalqımızın yalnız bir problemi var: Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması və yüz minlərlə soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi. İnanırıq ki, apardığınız siyasət bu taleyüklü məsələnin ədalətli həlli ilə nəticələnəcək, dövlətimiz bütün ərazilərində öz suveren hüquqlarını bərpa edəcəkdir. Biz problemin sülh yolu ilə və danışıqlar masası arxasında həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə dəstəkləyirik. Eyni zamanda bəyan edirik ki, dünya azərbaycanlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Zati-alinizin qəbul edəcəyi hər bir qərarın yerinə yetirilməsi üçün canından və qanından keçməyə də hər an hazırdır.
Cənab Prezident!
Azərbaycan dövlətinin davamlı dəstəyi sayəsində diasporumuz bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin və tariximizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, lobbi quruculuğu sahəsində əldə olunmuş uğurlar bu mərhələni səciyyələndirən əsas keyfiyyət göstəriciləridir. Təqdirəlayiq haldır ki, son dövrlər xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi də xeyli yüksəlmişdir. Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi, Azərbaycana layiqincə xidmət arzusu dayanır. Bu, eyni zamanda, dövlətimizin xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasətinin kifayət qədər praqmatik və düşünülmüş bir strategiyaya əsaslandığını göstərir.
Möhtərəm cənab Prezident!
Biz, Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları xaricdə yaşayan azərbaycanlılara və diaspor təşkilatlarına göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlətimiz dünyanın siyasi səhnəsində öz mövqeyini daha da möhkəmləndirəcəkdir.
Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin Azərbaycan Respublikasının milli maraq və mənafelərinin qorunmasına, doğma Vətənimizin tərəqqisinə, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirlər. Biz bu siyasətin Azərbaycanı dinamik inkişaf yolu ilə irəli aparacağına əminik və bu müqəddəs yolda Sizə daha böyük uğurlar arzulayırıq.
Müraciət Dünya azərbaycanlılarının
III qurultayında qəbul olunmuşdur.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved