• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun nitqi


 

 

 
rmətli qurultay nümayəndələri!
Əziz qonaqlar!
Xanımlar və cənablar!
İlk növbədə hər birinizi salamlayır və Azərbaycan xalqının tarixindəəlamətdar hadisə olan Dünya azərbaycanlılarının III qurultayımünasibətilə təbrik edirəm.
Ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində doğma Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən Azərbaycançılıq məfkurəsi yaranmışdır. Azərbaycançılıq milli özünüdərki sürətləndirmiş, yeni və müasir cəmiyyət quruculuğu prosesini stimullaşdırmış, müstəqil dövlətçilik ənənələri və həmrəylik ideyalarının milli şüurda öz yerini möhkəmləndirməsini təmin etmişdir.
On il bundan öncə bu möhtəşəm sarayda ümummilli liderin iştirakı ilə Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay tarixi vətəndən kənarda məskunlaşmış azərbaycanlıların həyatında yeni bir mərhələnin əsasını qoymuş, soydaşlarımızın təşkilatlanmasını, yaşadıqları ölkələrin iqtisadi, mədəni və siyasi həyatında fəal iştirakını təmin etmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm dəyişikliklərə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, mütəşəkkil diasporun və güclü lobbinin formalaşması məsələsini daim diqqət mərkəzində saxlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mart ayının 16-da keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında diaspor quruculuğu sahəsində qarşıda duran yeni vəzifələr müəyyən olunmuşdur. Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etmişdir.
 
 
Hörmətli həmvətənlər!
Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində diaspor quruculuğu sahəsindəgörülən işlərin yekununu əks etdirən məruzənin tam mətni xüsusi kitabşəklində qurultay iştirakçılarına paylanılmışdır. Ona görə də icazənizlə, ötən müddət ərzində həyata keçirilmiş tədbirlər və fəaliyyətimiz haqqında ümumi məlumat verim.
Ötən dövr ərzində xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha da sürətlənmişdir. Hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 416 diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatların 103-ü məhz II qurultaydan sonra təsis edilmişdir.
Təqdirəlayiq haldır ki, diaspor quruculuğuna xaricdə yaşayan azərbaycanlı ziyalılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri daha fəal qoşulmuşlar. Müxtəlif ölkələrdə yeni Azərbaycan icmaları təsis edilmiş, ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzətrafındabirləşdirilməsi istiqamətində tədbirlər görülmuşdür.
2008-ci ilin dekabrında Bakıda keçirilmiş Dünya AzərbaycanlılarınıƏlaqələndirməŞurasının toplantısında dünya azərbaycanlılarının birliyinin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən konseptual sənəd – Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edilmişdir.
Əziz dostlar!
Ötən dövrdə soydaşlarımız tərəfindən yaradılmış internet saytları, müxtəlif sosial şəbəkələr, kütləvi informasiya vasitələrində xalqımızın məruz qaldığı haqsızlıqlar, terror və soyqırımı aktları, eləcə də ölkəmizdə gedən inkişaf prosesləri haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılmışdır. Diaspor ılması işinin daha da təkmilləşdirilmiş və müasir dünyanın tələblərinə uyğunlaşdırılmışdır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu müstəsna rol oynamışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun həyata keçirdiyi layihələr Azərbaycan xalqının qədim tarixi, zəngin maddi-mədəni irsi haqqında məlumatların yayılmasında böyük əhəmiyyətə malik olmuşdur.  
Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha yaxından iştirak etmiş, dövlət orqanları, siyasi partiya və təşkilatlar, kütləvi informasiya vasitələri iləəlaqələr qurmuşlar. Xarici ölkələrin nüfuzlu siyasət adamları, ictimai xadim və ziyalıları milli maraqlarımızın müdafiəsi işinə cəlb olunmuş, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində fəal iş aparılmışdır.
Azərbaycan diaspor təşkilatları türkdilli xalqların diasporları iləəməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin mart ayında Bakışəhərində keçirilmiş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunda Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyası qəbul edilmişdir.
2007-ci ilin noyabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmiz ikinci böyük beynəlxalq tədbirə - Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq vəəməkdaşlıq qurultayına ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixəşşdür.
Hörmətli qurultay iştirakçıları!
Fəaliyyətimizin əsas istiqamətlərindən biri də xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb edilməsi olmuşdur. Təqdirəlayiq haldır ki, gənclərimiz Azərbaycan həqiqətlərinin və zəngin mədəni irsimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması işinə layiqli töhfələrini vermişlər. “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq, 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresi  bu baxımdan xüsusilə mühüm əhəmiyyətə malik olmuşdur.
Ötən müddətdə Azərbaycan icmaları tərəfindən təşkil olunmuş müxtəlif mədəni-kütləvi tədbirlər xalqımızın zəngin mədəniyyətini tanıtmaq  məqsədinə xidmət etmişdir. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Avrovizion” Müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbə qazanmasında xaricdə yaşayan soydaşlarımızın fəallığı da mühüm rol oynamışdır.
Əziz soydaşlar!
Bu gün diasporumuzun fəaliyyəti hücum taktikasına əsaslanır. İndi informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistandan daha güclü, çevik və sistemli fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Dünyanın istənilən yerində bizim nümayəndələrimiz istənilən aksiyanı keçirə bilərlər və keçirirlər. Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik”.
 
Hörmətli qurultay nümayəndələri!
Dünya azərbaycanlılarının III qurultayı tamamilə yeni bir tarixi mərhələyə təsadüf edir. Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, iqtisadiyyatın inkişafı, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atmışdır. Bu baxımdan, bizim bugünkü qurultayı iqtisadi və siyasi baxımdan daha qüdrətli Azərbaycan Respublikasında keçirilməsindən qürur duymağa əsasımız var.
Əminik ki, bu qurultay dünya azərbaycanlılarının daha sıx birləşməsini təmin edən mühüm qərarlar qəbul edəcək, Azərbaycan diasporumuzun tarixində yeni bir səhifə açacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Sağ olun!
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved