• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul etmişdir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul etmişdir.
Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalın Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bunu Azərbaycan ilə Moldova arasında münasibətlərin göstəricisi kimi qiymətləndirdi.
Dünya azərbaycanlılarının III qurultayında iştirakını Azərbaycan ilə Moldova arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirən Mixail Formuzal rəhbərlik etdiyi qurumun Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Moldovadakı səfirliyi ilə sıx əlaqələr qurduğunu dedi. Mixail Formuzal münasibətlərimizin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi.
Dövlətimizin başçısı Moldovaya ilk səfəri zamanı Azərbaycan xalqının mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsinin açıldığını xatırlayaraq, ölkələrimiz arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Qaqauzda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılmasını xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved