• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


FRANKFURTDA DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİN KONQRESİ KEÇİRİLİR


 

 
Almaniyanın Frankfurt şəhərindəki «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçirilib. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçirilib. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Gənclər və İdman naziri Azad Rəhimov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Quban Əmirov, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Şurası yanındakı Daimi nümayəndəliyimizin rəhbəri, səfir Arif Məmmədov, Azərbaycanın  Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, TürkPA-nın baş katibi Ramil Həsənov,  Türkiyədənin Frankfurtdakı baş konsulu İshan Sayqılı, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər qonaqlar iştirak ediblər. Ümumilikdə tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin İ Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və bütün iştirakçıları salamlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib kibu toplantıda  xarici ölkələrdə yaşayan azərbaycanlı həmvətənlərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallarının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində ,habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıda gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. “Azərbaycan gəncliyinin daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellekual səviyyəyə, müasir dünya görüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib”-deyən  Nazim İbrahimov əlavə edib ki, 1970-ci illərdə milli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin 170-dən çox ali təhsil müəssisələrində15 mindən artıq azərbaycanlı gənc təhsil alıb. Bu gün Azərbaycan diasporunun ən fəal üzvləri elə həmin o gənclər təşkil edir. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğıyla yanaşır.Dövlət başçısının imzaladığı «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)», “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, habelə gəncləri təhsil səviyyəsinin yüksədilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur. Dövlət Komitəsi sədrinin sözlərinə görə, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının  40-dan çoxunu məhz gənclər təsis edib. “Xaricdə  yaşayan  azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi  bü gün də davam edir. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan  azərbaycanlı dhəmvətənlərimizin həyatında mühüm bir hadisə hesab olunub. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması,gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox mühüm addımlar atıb” deyə Nazim İbrahimov bildirib. 
DİDK sədri əlavə edib ki, bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiəsi, xalqımızın tarixi və müasir həyatı, ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin maddi irsimizin təbliği sahəsində uğurlu işlər həyata keçirməsi təqdirə layiq haldır. Dünyanın müxtəlif regionlarında -Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclət təşkilatı Xocalı soyqrımını yaşadıqları ölkələrin ictimaiyyətinə, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin  məlumatlandırılması, məqsədi ilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar, etiraz aksiyaları keçirir. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənista-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında  əsil həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə eləcədə sadə vətəndaşlara çatdırmağa çalışırlar. Nazim İbrahimov onu da deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin  maddi irsininin ən fəal təbliğatçılarıdırlar. Ötən müddətdə azərbaycanlı gənclər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə onlarla layihə həyata keçirib, tədbirlər təşkil ediblər. Fransa,Almaniya,Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası,Yaponiya, Misir, Koreya və digər ölkələrdə  azərbaycanlı gənclər təşkilatlarının təşkil etdiyi bu tədbirlər Azərbaycan mədəniyyətini,  xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir.Nazim İbrahimovun sözlərinə  görə, bu həm də o deməkdirki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından asılı olmayaraq öz xalqının tarixini, mədəniyyətini,onun milli maraqlarının, sərhədləri barədə dəqiq və aydın təsəvvürə malikdir. Bu mühüm amil ölkəmizin gələcək və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında optimist düşünməyə əsas verir. Görünür elə buna görə də   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək deyib: «Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki  bizim bu günki  gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir».
“Ötən müddət ərzində qazanılmış nailiyyətlər yüksək qiymətləndirməklə yanaşı, qeyd etməliyikki,  xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının qarşısında həllini gözləyən bir sıra  taleyüklü vəzifələr də dayanır. Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallağının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq yəşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmsı sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması və digər sahələrdə görüləsi işlər çoxdur. Lakin gəncliyin bü günkü ruhu, proseslərə baxışı, intellektual potensialı deməyə əsas verir ki, gənc soydaşlarımız bu vəzifənin öhdəsindən uğurla gələcəklər. Dünya azərbaycanlı gənclərin İ Konqresi də əslində bu inamın və etimadın  bir təzahürüdür!”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri belə deyib.  
 
Daha sonra RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin İ Konqresinə müraciətini qurumun idarə heyətinin üzvü Emin Haciyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciətində deyilir:
 “Əziz dostlar!
Bu gün siz mühüm bir hadisənin – Dunya Azərbaycanli Gəncləri İ  Konqresinin  iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq  Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər. Ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər. Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.
            Frankfurtda keçirilən Dunya Azərbaycanli Gənclərinin İ  Konqresi həmvətənlərimiz arasında yalniz dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil,  həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan əlavə, Kongres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – AMOR rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır.  AMOR öten dövrdə öz fealiyyet coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının demək olar ki, bütün regionlarında yaradılıb. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqametlenib, biz onlara təhsil almasına kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir. 

            Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplanti istirakcilarinin hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir.
Əminəm ki, iştirakçısı olduğumuz gənclər kongresi çərçivəsində  Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir.
Sizə yeni-yeni uğurlar və kongresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!”
           
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.   
Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. “Bu gün biz xalqımız üçün önəmli olan bir gündə tarixi bir hadisənin iştirakçılarıyıq. Əminəm ki, Dünya Azərbaycanlı Gənclərinin İ Konqresi Azərbaycanın zəngin ictimai – siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək. İnanıram ki, bu tarixi tədbirin iştirakçısı olmaq qismətini əldə etmiş hər bir şəxs ömür boyu bununla qürur hissi duyacaq və müasir tariximizdə üzərinə düşən məsuliyyəti düzgün dərk edəcək.” deyə nazir bildirib. Azad Rəhimov bildirib ki, zaman-zaman müstəqilliyindən məhrum edilən Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibinə çevrilib. Tarixin gedişatı nəticəsində bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə geniş imkanlar yaranıb. O əlavə edib ki. İndi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır. Ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzimkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütünlar üzərində Azərbaycan dövləti inişaf etməkdədir. “Bilirsiz ki, Ümummili Liderimiz gənclərə daim xüsusi diqqət və qayğı göstərib. Ulu öndərmizin təşəbbüsü və rəhbərliyi altında reallaşan dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biri məhz gənclər siyasəti olub. Mənəvi cəhətdən saf, geniş dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, intellektual, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi - milli gənclər siyasətimizin əsas vəzifəsi kimi qoyulub. Milli liderimiz daim öz çıxışlarında gənclərin ictimai fəallığına şəraitin yaradılması və gənc peşəkarların müxtəlif məsul vəzifələrə irəli çəkilməsini aidiyyəti dövlət qurumları qarşısında vəzifə kimi qoyub”. Azad Rəhimov belə deyib. Gənclər və idman naziri qeyd edib ki, bu illər  ərzində gənclərin inkişafına yönəlmiş normativ-hüquqi baza formalaşdırılmış, bir sıra dövlət proqramları icra edilib. 200-dən artıq qeyri-hökumət gənclər təşkilatları yaranıb. Gənclər bu təşkilatlarda birləşərək ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak edir və müxtəlif sosial və mədəni layihələr həyata keçirirlər. Ümumilikdə, son 5 il ərzində hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənmsəi üçün dövlət büdcəsindən 3.800.000 manat vəsait ayrılıb. “Qeyd edim ki, gənclərin ölkənin dövlət idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30%-ə yaxını gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm qoyub. Təməli Ulu Öndərmiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.
Gənclər və İdman nazirinin sözlərinə görə, indi Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. Misal olaraq İslam Konfransı Təşkilatının Gənclər Forumunu, GUAM ölkələri Gənclər Forumunu və digərlərini qeyd etmək olar. Son dörd ildə Azərbaycan Avropa Gənclər Fondu tərəfindən ayrılmış qrantları əldə edən gənclər təşkilatlarının sayına görə Avropa miqyasında lider ölkədir. Son beş il ərzində 8 mindən artıq gənc (buraya müxtəlif ölkələrdən gələn gənclər və Azərbaycanda müxtəlif ölkələrə gedən gənclər aiddir) Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən layihələr çərçivəsində beynəlxalq mübadilələrdə iştirak ediblər.
“Son illər ərzində xaricdə təhsil alan azərbaycanlı gənclərinin diaspor və lobbiçilik sahəsində fəaliyyəti güclənməkdədir. Bu işdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın xüsusi rolu var. Proqram çərçivəsində hər il Azərbaycan gəncləri müxtəlif ölkələrin nüfüzlu universitetlərində təhsil almağa göndərilirlər. Bu proqramın icrası Vətənimizin gələcək intellektual potensialının möhkəmlənməsinə, elmin və biznesin, eyni zamanda mədəniyyətin inkişafında gənclərin iştirakına yeni imkanlar yaradır”. Sitat Azad Rəhimovdandır. Nazirin sözlərinə görə, təbii ki, bu cür şərait gənclik enerjisinin səmərəli istiqamətə yönləndirilməsini və mədəniyyətlərarası dialoqun formalaşmasını zəruri edir. Çünki, əldə edilən bilik və bacarığın düzgün və lazımi  şəkildə tətbiqi də vacib məsələdir. Bir sıra ölkələrdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirən qeyri hökumət gənclər təşkilatları yaranmaqdadır. “Bunların içərisində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sədrlik etdiyi bu təşkilat Rusiyada fəaliyyət göstərən azərbaycanlı gənclər klublarını və təşəbbüs qruplarını birləşdirən və Rusiya Federasiyanın bütün subyektlərində təmsil olunan vahid bir platformaya çevrilib” deyən Azad Rəhimov əlavə edib ki, təşkilatın keçirdiyi layihələr Azərbaycanın mədəni irsinin və həqiqətlərinin Rusiyada təbliğ edilməsinə və iki ölkə gəncləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Son bir neçə il ərzində Almaniyada, Fransada, Yunanıstanda, Avstriyada, Belçikada, Böyük Britaniyada və digər ölkələrdə xaricdə təhsil alan azərbaycanlı gənclərin forumları keçirilib. Forumlarda həmin ölkələrin parlament üzvləri, siyasət və iş adamları iştirak ediblər. Bununla yanaşı, ənənəvi olaraq hər yay tətili zamanı Azərbaycanda xaricdə təhsil alan azərbaycanlı gənclərin forumları keçirilir. Artıq 8 forum keçirilib və bu il avqust ayında Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu adlı təşkilat təsis edilib. Azad Rəhimov onu da deiyb ki, XXİ əsr qloballaşma ilə yanaşı digər bir çağırışı da gündəmə gətirib – güclü rəqabət. Bu gün güclü və artan rəqabət gənclərin biliyinin, bacarığının, təşəbbüsünün, iradəsinin çox yüksək olmasını tələb edir. Bütün bu keyfiyyətlər o qədər möhkəm və rəqabətli olmalıdır ki, gələcəkdə siz nəinki Azərbaycanın iqtisadiyyatına, elminə, mədəniyyətinə yeni biliklər və bacarıqlar tətbiq edəsiniz. Məhz bu səbəbdən dövlətimiz ölkəmizin təbii sərvəti olan neft və qazdan əldə olunan kapitalın ən səmərəli xərclər istiqamətlərindən biri - gənclər müəyyən edilib. Nazir belə deyib.
Gənclər və İdman nazirinin sözlərinə görə, gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar. Bu istiqamətdə bütün səylər səfərbər edilməlidir. Belə ki, gənclər yaşadıqları ölkələrdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi təqdim etməli, bunun üçün ən effektiv təqdimat formalarından istifadə etməli və uzunmüddətli ictimai layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüslərini artırmalıdırlar. Azad Rəhimov çıxışını bu fikirlərlə bitirib: “Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclərinin İ Konqresi gənclərin Azərbaycan naminə fəaliyyətini daha da əlaqələndirilməsinə, gücləndirilməsinə və təşkilatlanmasına təkan verəcək. İnanıram ki, aparılacaq müzakirələr və qarşılıqlı fikir mübadilələri hər birimizi yeni ideyalarla zəngiləşdirəcək və Dünya Azərbaycanlı Gənclərinin İ Konqresinin nəticələri gələcək üçün faydalı olacaq.
Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb. “Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur” misalını xatırladan Əli Həsənov deiyb ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır. “Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir” deyən Əli Həsənov bəyan edib ki, gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir.
 Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə   hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-də Gənclər və İdman Nazirliyinin yaradılması olub. “Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla milli liderimiz bu gunləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin təməlini saglam qoyub”. Əli Həsənov belə deyib. O, həm Azərbaycanda, həm da ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin dqarşısında duran qarşısında duran vəzifələr barədə də danışıb. O gənclərə müraciətlə deiyb ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır. “Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və dəstək verəcək” deyən Əli Həsənov dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini  də qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməkdir.  Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi  yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı faydalanmaq lazımdır”. Sitat Əli Həsənovdandır.
Açılışdan sonra 4 paneldən ibarət konqresin «AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN TƏBLİĞİ VƏ DİASPOR QURUCULUĞUNDA GƏNCLİYİN ROLU» mövzusunda ilk panel iclası keçirilib. Bu paneldə Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan «Gəncliyin diaspor quruculuğu  və lobbiçilik fəaliyyətində rolu və yeri», “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev «Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri», Azərbaycan Diplomatiya Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi», Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev «Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi», gənc iş adamı Anar Məmmədov “Azərbaycan və qloballaşan dünyanın reallıqları-gənclərin gözü ilə”, Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsi “USAN”-nın  Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov «Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək perspektivlər» mövzularında məruzələr təqdim edibl
 
 
Almaniyanın Frankfurt şəhərində keçirilən «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin İ Konqresi işini davam etdirib. Tədbirin ikinci günü “Virtual həftə sonu məktəbi»nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib.
“Virtual həftə sonu məktəbi» barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçıları bilgiləndiriblər. Bildirilib ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd olunub ki, bu bölmə digər bölmələrdən daha genişdir və burada əyani vəsaitlərdən daha çox istifadə edilib. Azərbaycan ədəbiyyatı bölməsində Azərbaycanın yazılı və şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilib. Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür. Layihənin üstünlüyü ondadır ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək mənimsəmək imkanı var. Bundan başqa mövzulara uyğun əyani vəsaitlər, foto, video və audio materiallar yerləşdirilmişdir. Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də verilib.
Məktəbin vəsaitlərindən istifadə etmək üçün buraya üzv olmaq vacib şərt deyil. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və “online” imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır.
Qeyd edək ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin Xİ Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı da məsələlər müzakirə edilib. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Qurultayın Elm, təhsil və texnologiya komissiyasının iclasındakı çıxışında xaricdə yaşayan soydaşlarımıza milli-mənəvi irsimizin, tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq, bu sahədə virtual məkanın imkanlarından daha geniş şəkildə faydalanmağın vacibliyini vurğulayıb. 2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası» layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftə sonu məktəbi"nin yaradılması nəzərdə tutulub.
Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb.
Layihənin geniş təqdimatından sonra suallar verilib və təkliflər səsləndirilib. Çıxış edənlər gələcəkdə “Virtual Həftəsonu Məktəbi”ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsi, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer alması və digər maraqlı təkliflər irəlü sürüblər. Qeyd olunub ki, Azərbaycandan kənarda yaşayan ailələrdə yeni dünyaya gələn və ilk təhsili başqa cəmiyyətdə almağa başlayan uşaqlar Ana dilini o qədər də mükəmməl bilmirlər və onların doğma dilini bu portal vasitəsilə yaxşı öyrənə bilmələri üçün, eyni zamanda digər xalqların nümayəndələrinin də “Virtual Həftəsonu Məktəbi”ndən istifadə edə bilməsi məqsədilə saytın ingilis dilində variantının hazırlanması da vacibdir. Bu təklifin ən yaxın zamanda reallaşdırılması tövsiyə olunub. Gənc soydaşlarımız bu layihənin önəmindən danışaraq onu hazırlayan hər iki quruma və mütəxəssislərə təşəkkür ediblər.
Konqresin işi növbəti panellərlə davam edib. Tədbir  yekun sənədlərin qəbulu ilə başa çatacaq.
Qeyd edək ki, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin İ Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
 
 
 
Almaniyanın Frankfurt şəhərində keçirilən «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi başa çatıb.
Qeyd edək ki, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Gəncliyi Dövlət Proqramı»na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin İ Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Tədbirin ikinci günü “Virtual həftə sonu məktəbi»nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib.
“Virtual həftə sonu məktəbi» barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçıları bilgiləndiriblər. Bildirilib ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd olunub ki, bu bölmə digər bölmələrdən daha genişdir və burada əyani vəsaitlərdən daha çox istifadə edilib. Azərbaycan ədəbiyyatı bölməsində Azərbaycanın yazılı və şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilib. Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür. Layihənin üstünlüyü ondadır ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək mənimsəmək imkanı var. Bundan başqa mövzulara uyğun əyani vəsaitlər, foto, video və audio materiallar yerləşdirilmişdir. Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də verilib.
Məktəbin vəsaitlərindən istifadə etmək üçün buraya üzv olmaq vacib şərt deyil. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və “online” imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır.
Qeyd edək ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı da məsələlər müzakirə edilib. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Qurultayın Elm, təhsil və texnologiya komissiyasının iclasındakı çıxışında xaricdə yaşayan soydaşlarımıza milli-mənəvi irsimizin, tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq, bu sahədə virtual məkanın imkanlarından daha geniş şəkildə faydalanmağın vacibliyini vurğulayıb. 2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası» layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftə sonu məktəbi"nin yaradılması nəzərdə tutulub.
Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb.
Layihənin geniş təqdimatından sonra suallar verilib və təkliflər səsləndirilib. Çıxış edənlər gələcəkdə “Virtual Həftəsonu Məktəbi”ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsi, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer alması və digər maraqlı təkliflər irəlü sürüblər. Qeyd olunub ki, Azərbaycandan kənarda yaşayan ailələrdə yeni dünyaya gələn və ilk təhsili başqa cəmiyyətdə almağa başlayan uşaqlar Ana dilini o qədər də mükəmməl bilmirlər və onların doğma dilini bu portal vasitəsilə yaxşı öyrənə bilmələri üçün, eyni zamanda digər xalqların nümayəndələrinin də “Virtual Həftəsonu Məktəbi”ndən istifadə edə bilməsi məqsədilə saytın ingilis dilində variantının hazırlanması da vacibdir. Bu təklifin ən yaxın zamanda reallaşdırılması tövsiyə olunub. Gənc soydaşlarımız bu layihənin önəmindən danışaraq onu hazırlayan hər iki quruma və mütəxəssislərə təşəkkür ediblər.
 
Konqresin işi Dünya Türk Gəncləri Birliyinin sədri, millət vəkili Əkrəm Abdullayevin aparıcılıq etdiyi «XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLİ GƏNCLƏRİN CƏMİYYƏTƏ İNTEQRASİYASİ» adlı üçüncü və «İNSAN HÜQUQ VƏ AZADLİQLARİNİN MÜDAFİƏSİ GƏNCLƏR TƏŞKİLATLARİNİN FƏALİYYƏTİNDƏ» adlı 4-cü panellərlə davam edib. İlk olaraq Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov bu mpvzuda çıxış edib. Səfir bildirib ki, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası ən aktual məsələdir. Onlar Sovetlər Birliyi dağıldıqdan sonra, ölkəmizin müstəqilliyinin ilk illərində müxtəlif səbəblərdən digər dövlətlərə miqrasiya ediblər. Bu səbəbdən də onların yaşadıqları cəmiyyətə tam mənada interqrasuyasına hələ zaman lazımdır. Səfir Emin Eyyubov gənclərə tövsiyyə edib ki, təhsil aldıqları və yaşadıqları dövlətlərdə təmasda olduqları insalarla unsiyyət zamanı dərham Azərbaycanın qlobal problemlərindn danışmasınlar, çünki avropalılar sakit və sabit həyata alışdıqları üçün problemlərdən uzaq durmaq istəyirlər. “Bunun üçün də ilk olaraq onlarla dostlaşmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxindən danışmaq, evlərinizə qonaq dəvət etməlisiniz və bu cür yaranan ünsiyyət əsnasında da tədricən onların diqqətini ölkəmizin problemlərinə yönəltməlisiniz”. Səfir belə deyib. Emin Eyybovun sözlərinə görə, ermənilər məhz bu yolla oz problemlərini yaşadıqları cəmiyyətin probleminə çevirə biliblər. Səfir gənclərə arzu edib ki, onlar savadlı və fəal insanlara çevrilsinlər və bu yolla milli problemlərimizin həllinə yaşadıqları cəmiyyətin diqqətini çəkə və bu problemlərin həllinə onların dəstəyini qazana bilsinlər.
Daha sonra Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının sədri Ziya Qazıyev «Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları», Almaniyanın Höttinqen Universitetinin doktorantı Vüsal Məmmədov «Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı», Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov «Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri», BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev «Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri», Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev «Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu» barədə çıxışlar səsləndiriblər. mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və bu günkü fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri fəakiyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanıb”. Tale Heydərov qeyd edib ki, cəmiyyət yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında hazırlanmış ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlardan ibarət 3 cildlik yeni kitabı çapa hazırlayır. Kitabın rus variantı artıq hazırdır, Azərbaycan və ingilis dili versiyaları isə hazırlanır. Bu kitab bütün dünyada yayılacaq. AAC-nin sədrinin sözlərinə görə, Azərbaycan və ayrıca olaraq Xocalı soyqırımı haqqında filmlər hazırlanır və gələn ilin əvvəllərində həmin filmlər Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcək. O, Britaniya parlamentində «Azərbaycanın mühafizəkarlar dostu» qrupunun yaradılması barədə də məlumat verib və əlavə edib ki, Xocalı qətliamının tanınması üçün təkcə bu il parlamentdə 30-dan çox imza toplanıb. Tale Heydərov qeyd edib ki, Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür və erməniəlr özləri də bunu etiraf edirlər. AAC sədri onu da deyib ki, qurum siyasətçilərin və deputatların Azərbaycana səfərlərini təşkil edərək ölkəmizin tanıdılması məqsədilə layihələr həyata keçirir. Tale Heydərov həmçinin lobbiçilik işində “online” kampanilayarın əhəmiyyətindən də danışıb və AAC-nin bu kampaniyalardan uğurla istifadə etdiyini bildirib. Onun fikrincə, dünyada yaşayan soydaşlarımızı, azərbaycanlı gəncləri məhz bu cür kampaniyalara səfərbər etmək lazımdır. O deyib ki, AAC Avropadakı digər diaspor təşkilatları və gənclərdən ibarət qurumlarla əməkdaşlığa və birgə layihələr həyata keçirməyə həmişə hazırdır. 
Sonra Kanada Azərbaycan Əməkdaşlıq Assosiasyasının sədri İlham Axundov xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı barədə çıxış edib.Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Böyük Britaniyadakı “Sara Xatun” Cəmiyyətiib sədri Simuzər Baloğlanova, Hyuston-Baki Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Avropa Azərbaycanları Konqresinin prezidenti Başar Kömür və digər diaspor təşkilatlarının rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrdən sonra tədbirin yekun sənədləri qəbul edilib. Əvvəlcə Dünya Azərbaycanlı Gənclərinin İ Konqresii qətnaməsi oxunub və təkliflər nəzərə alınmaqla qəbul edilib. Qətnamədə deyilir: “Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaqşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.” Sənəddə daha sonra bildirilir ki, Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılıb. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən əsas amillərdir.
Qətnamədə o da bildirilir ki, bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Qətnaməyə görə Dünya Azərbaycanlı Gənclərinin İ Konqresi Azərbaycan Respublikasının ötən dövr ərzində əldə etdiyi iqtisadi, siyasi, habelə diplomatik nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycanlı gəncləri narahat edən bir sıra ümummilli məsələləri müzakirə edərək, Azərbaycanın qaşılaşdığı bir sıra problemlərin həllində gənclərin üzərinə düşən vəzifələrin məsuliyyətini, milli dövlət quruculuğu prosesində rolunun əhəmiyyətini dərk edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlandırılmasının zəruriliyini anlayaraq, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin önəmini başa düşərək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakı, milli-mənəvi dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, yerli cəmiyyətə inteqrasiyasının vacibliyini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilsin, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilsin, beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi məqsədlə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə işbirliyi dərinləşdirilsin. Sənəd həmçinin xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin problemlərinin həllində səylərin birləşdirilməsini, yüksək nəticələr əldə etmiş gənclərə həvəsləndirici mükafatların verilməsini nəzərdə tutur. 1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırım iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi də konqresin qətnaməsinə daxil edilib. Qətnamənin daha bir bəndinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində səylər birləşdiriləcək. Sənəddə İslam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi «Xocalıya ədalət – Qarabağa azadlıq» beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, bəzi ölkələrdə miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar azərbaycanlı miqrantlar arasında maarifləndirmə işinin genişləndirilməsi, digər xalqların diasporları ilə məsləhətləşmələr əsasında bu dəyişikliklərin miqrantlar üçün yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, ana dilini mənimsəməsi, gənc istedadların öz potensialını reallaşdırılmasına dəstək verilməsi məqsədilə layihələrin həyata keçirilməsi, xarici ölkə vətəndaşları tərəfindən qəyyumluğa götürülmüş azərbaycanlı uşaqlarla əlaqələrin qurulması, onlarla mütəmadi görüşlərin təşkil edilməsi kimi müddəalar da əksini tapıb.
         Qətnaməyə görə, Dünya Azərbaycanlı Gəncləri İ Konqresi Niderland Krallığının Den Haaqa şəhərində keçirilmiş, Azərbaycan dövləti əleyhinə, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş aksiyanı qətiyyətlə pisləyir, bu cür təşəbbüsləri separatçılıq və bölücülük cəhdi kimi qiymətləndirir, bütün soydaşlarımızı belə qüvvələrə qarşı mübarizə aparmağa çağırır.
Yekun sənədə görə Dünya Azərbaycanlı Gənclərinin Konqresləri üç ildən bir keçiriləcək və İİ Konqresin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilir. Qətnamə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasını dəstəkləyir.
Beləliklə, Konqresin qətnaməsinə əsasən sonda Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılıb.
Sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə deyilir:
“Biz – Dünya Azərbaycanlı Gənclərinin I Konqresi iştirakçıları xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək imkanı yaradan bu toplantının təşkilinə verdiyiniz yüksək dəstəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir Azərbaycan Respublikasının gənclərin ictimai-siyasi həyatda iştirakına verdiyi xüsusi önəmin parlaq təzahürüdür.
Biz Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildiririk ki, bu nailiyyətlərin davam etdirilməsi, eyni zamanda doğma Vətənin qarşısında duran bir sıra taleyüklü problemlərin həllinə öz töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla, qloballaşan dünyaya sürətlə inteqrasiya edəcək, inkişaf etmiş ölkələrin sırasında dayanacaq. Ölkəmizin zəngin təbii sərvətləri, iqtisadi potensialı, yüksək intellektual imkanlara malik insani resursları və seçdiyi strateji yol belə düşünməyimizə əsas verən başlıca amillərdir.
 Dünya Azərbaycanlı Gənclərin İ Konqresi milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, diaspor və lobbi quruculuğu, Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın yaşadığı ölkələrdə ictimai-siyasi həyata fəal inteqrasiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinin daha obyektiv məlumatlandırılması ilə bağlı bir sıra mühüm məsələləri müzakirə etdi. Azərbaycanlı gənclərin Vətənə məhəbbət, xalqımızın tarixi, mədəni irsi, dövlət dili və rəmzləri, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Diqqətinizə çatdırmaq istərdik ki, Konqres nümayəndələri ölkənin inkişafı və tərəqqisi, eləcə də milli diaspor quruculuğu və gənclərlə iş sahəsində Azərbaycan dövlətinin gördüyü işlərin əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı biz hesab edirik ki, azərbaycanlı gənclər bu siyasətə daha fəal dəstək verməli, ümummilli mənafelərdən irəli gələn məsələlərin həllində daha yüksək templə iştirak etməlidir.
Dünya Azərbaycanlı Gənclərin I Konqresi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, eyni zamanda ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan digər məsələlərdə Sizin nümayiş etdirdiyiniz qətiyyəti və prinsipial mövqeyi dəstəkləyir, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ölkənin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan təmizlənməsi haqqında qəbul edəcəyiniz qərarı səbirsizliklə gözləyirik.
Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir.”
 
Tədbirin daha bir yekun sənədi olaraq Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul edilib. Müraciətdə deyilir: 
 
“Biz -Dünya Azərbaycanlı Gəncləri I Konqresinin iştirakçıları 22 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin narahatlığımızı ifadə edir və bu münaqişənin regional sülhə və təhlükəsizliyə ən ciddi təhdid olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı hər­bi tə­ca­vüzü nə­tıcə­sin­də 30 mindən çox azərbaycanlı qətlə yetiriib, Azər­bay­can əra­zilə­rinin 20 faizi iş­ğal olun­ub, bir mil­yo­na ya­xın in­san doğ­ma tor­paq­la­rın­dan didər­gin sa­lina­raq, qaç­qın və məcburi köç­kün və­ziy­yə­tınə düş­üb­, 50 min­dən çox in­san ya­ra­lan­mış və ya əlil ol­ub. 890 ya­şa­yış mən­tə­qə­si, 150 min ev, 7 min in­ziba­ti bına, 693 mək­təb, 855 uşaq bağ­ça­sı, 695 sağ­lam­lıq mər­kə­zi, 927 kıtab­xa­na, 44 mə­bəd, 9 məs­cid, 9 ta­rixi yer, 464 ta­rixi abidə və mu­zey, 40 min mu­zey eks­po­na­tı, 6 min sə­na­ye və kənd tə­sər­rü­fa­tı müəs­sısə­si, 160 kör­pü, 2300 km su kə­mə­ri, 2000 km qaz kə­mə­ri, 15 min km elekt­rik xət­ti, 280 min hek­tar me­şə, 1 mil­yon hek­tar əkin sa­hə­si, 1200 km ir­riqa­sıya sis­te­mi da­ğidila­raq məhv edil­ib.
Bir mühüm faktı da acı kədər hissi ilə xatırlatmaq istərdik ki, bu münaqişə bəşər tarixinə Xocalı soyqırımı kimi dəhşətli insanlıq cinayətinin yazılması ilə nəticələnib. Erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırıma beynəlxalq ictimaiyyətin zəruri hüquqi-siyasi qiymət verməməsi bütün dünyada sülhün və ədalətin təntənəsinə inanan biz gənclərdə dərin məyusluq hissi yaradıb.
Biz təəssüf hissi ilə qeyd edirik ki, Bir­ləş­miş Mil­lət­lər Təş­kila­tı Təh­lü­kə­siz­lik Şu­ra­sinın Dağ­lıq Qa­ra­bağ­la bağ­lı 822, 853, 874 və 884 say­lı qətnamələrin­də silah­lı əmə­liy­yat­la­ra və düş­mən­çilik hə­rə­kət­lə­rinə son qo­yul­ma­sı, er­mə­ni silah­lı qüv­və­lə­rınin Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zilə­rin­dən dər­hal, ta­ma­milə və qeyd-şərt­siz çixa­rıl­ma­sı barədə tələblərin öz əksini tapması da təcavüzkarı dayandıra bilməyib. 
Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sinın 2005-ci il 1416 say­lı qət­na­mə­sin­də, 2005-ci il 1690 say­lı töv­siyə­sin­də Azər­bay­can əra­zilə­rınin er­mə­nilər tə­rə­fin­dən iş­ğal olun­du­ğu və se­pa­rat­çı qüv­və­lə­rin Dağ­lıq Qa­ra­bağ böl­gə­sınə nə­za­rət et­diyi qeyd ediib, mü­na­qışə ilə bağ­lı Bir­ləş­miş Mil­lət­lər Təş­kila­tı Təh­lü­kə­siz­lik Şu­ra­sinın qət­na­mə­lə­rin­də əks olun­muş tə­ləb­lə­rin ye­rinə ye­tiril­mə­sinin və silah­lı qüv­və­lə­rin iş­ğal olun­muş əra­zilər­dən çixa­rıl­ma­sinın va­cib­liyi vur­ğu­lanıb. Bundan başqa ATƏT-in fak­ta­raş­diricı mis­siya­sı nü­ma­yən­də­lə­rinin 2005-ci ilin mar­tın­da Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zilə­rinə sə­fə­ri za­ma­nı ora­da er­mə­nilə­rin küt­lə­vi şə­kil­də qey­ri-qa­nu­ni məs­kun­laş­dirıl­diğı təs­diq olun­ub və bu fakt təş­kila­tın ye­kun he­sa­ba­tın­da da öz əksini tapıb.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı BMT Baş Assambleyasının «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 7 sentyabr 2006-cı il tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş «ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı» digər beynəlxalq təşkilatların sənədlərində də qeyd olunun.
Lakin bütün bunlar Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyib. Artıq 16 ildir davam edən danışıqlar prosesi hər dəfə konkret nəticə yaxınlaşdıqda Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uğursuzluğa düçar olur. Azərbaycanın münaqişəni sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında nizamlanması üçün göstərdiyi səylərə baxmayaraq, təcavüzkar dövlətin rəhbərliyi prosesin qeyri-müəyyən müddətə uzadılması üçün bütün imkanlarını səfərbər edir, müxtəlif bəhanələrlə beynəlxalq birliyin diqqətini yayındırmağa çalışır. Bu bir daha göstərir ki, beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalamaqda olan Ermənistanın işğalçılıq siyasətinə yalnız bəyanatlar və qətnamələrlə münasibət bildirmək yetərli deyildir. Beynəlxalq birlik Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə daha konkret və əməli addımlar atmalı, təcavüzkara qarşı sanksiyalar tətbiq etmək təcrübəsindən faydalanmalıdır. Yalnız bu halda Ermənistanın bilərəkdən danışıqlar prosesini uzatmaq cəhdlərinin qarşısını almaq, bölgədə həqiqi və davamlı sülhə nail olmaq mümkündür.
 Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sülhün və dostluğun tərəfində olan bütün ölkələrin rəhbərləri və parlamentlərinə müraciət edərək, Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini səfərbər etməyə çağırırıq. Biz əminik ki, yalnız dünya birliyinin ədalətli, qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin açarıdır.”
 
 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı Gənclərin I Konqresinin işini yekunlaşdıraraq toplantının uğurla keçdiyini bildirib və bütün iştirakçıları təbrik edib. Bir daha bu konresin önəmini vurğulayan Nazim İbrahimov tədbirin gənclərə yaratdığı ünsiyyət imkanının gələcəkdə konkret əməkdaşlıqda, səmərəli layihələrdə əksini tapacağına ümid etdiyini deyib.
                 Dünya Azərbaycanlı Gənclərin I Konqresi işini başa çatdırıb.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved