• Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir


DÜNYA AZƏRBAYCANLIGƏNCLƏRİN I KONQRESİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ


 

Zati-aliləri!
Biz – Dünya Azərbaycanlı Gənclərinin I Konqresi iştirakçıları xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək imkanı yaradan bu toplantının təşkilinə verdiyiniz yüksək dəstəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir Azərbaycan Respublikasının gənclərin ictimai-siyasi həyatda iştirakına verdiyi xüsusi önəmin parlaq təzahürüdür.
Biz Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildiririk ki, bu nailiyyətlərin davam etdirilməsi, eyni zamanda doğma Vətənin qarşısında duran bir sıra taleyüklü problemlərin həllinə öz töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla, qloballaşan dünyaya sürətlə inteqrasiya edəcək, inkişaf etmiş ölkələrin sırasında dayanacaqdır. Ölkəmizin zəngin təbii sərvətləri, iqtisadi potensialı, yüksək intellektual imkanlara malik insani resursları və seçdiyi strateji yol beləşünməyimizə əsas verən başlıca amillərdir.
Cənab Prezident!
 Dünya Azərbaycanlı Gənclərin I Konqresi milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, diaspor və lobbi quruculuğu, Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın yaşadığı ölkələrdə ictimai-siyasi həyata fəal inteqrasiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinin daha obyektiv məlumatlandırılması ilə bağlı bir sıra mühüm məsələləri müzakirə etdi. Azərbaycanlı gənclərin Vətənə məhəbbət, xalqımızın tarixi, mədəni irsi, dövlət dili və rəmzləri, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Zati-alinizin diqqətinə çatdırmaq istərdik ki, Konqres nümayəndələri ölkənin inkişafı və tərəqqisi, eləcə də milli diaspor quruculuğu və gənclərlə iş sahəsində Azərbaycan dövlətinin gördüyü işlərin əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı biz hesab edirik ki, azərbaycanlı gənclər bu siyasətə daha fəal dəstək verməli, ümummilli mənafelərdən irəli gələn məsələlərin həllində daha yüksək templə iştirak etməlidir.
Dünya Azərbaycanlı Gənclərin I Konqresi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, eyni zamanda ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan digər məsələlərdə Sizin nümayiş etdirdiyiniz qətiyyəti və prinsipial mövqeyi dəstəkləyir, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ölkənin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan təmizlənməsi haqqında qəbul edəcəyiniz qərarı səbirsizliklə gözləyirik.
Möhtərəm cənab Prezident!
Biz - Dünya Azərbaycanlı Gənclərin IKonqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir.
 
Müraciət Dünya azərbaycanlı gənclərinin
I Konqresində qəbul edlmişdir.
 
 
Almaniya Federativ Respublikası,
Frankfurt-Mayn şəhəri,
28 noyabr 2010-cu il,
 
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved