• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİN I KONQRESİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN,DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİİLƏ ƏLAQƏDAR DÜNYA İCTİMAİYYƏTİNƏBEYNƏLXALQTƏŞKİLATLARA,XARİCİ ÖLKƏLƏRİN PARLAMENTLƏRİNƏ,DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARINA MÜRACİƏTİ


 

Biz -Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları 22 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin narahatlığımızı ifadə edir və bu münaqişənin regional sülhə və təhlükəsizliyə ən ciddi təhdid olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı hər­bi tə­ca­vüzü nə­tıcə­sin­də 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, Azər­bay­can əra­zilə­rinin 20 faizi iş­ğal olun­muş, bir mil­yo­na ya­xıin­san doğ­ma tor­paq­la­rın­dan didər­gin sa­lı­na­raq, qaç­qın və məcburi köç­kün və­ziy­yə­tınə düş­müş­, 50 min­dən çox in­san ya­ra­lan­mış və ya əlil ol­muş­dur. 890 ya­şa­yış mən­tə­qə­si, 150 min ev, 7 min in­ziba­ti bına, 693 mək­təb, 855 uşaq bağ­ça­sı, 695 sağ­lam­lıq mər­kə­zi, 927 kıtab­xa­na, 44 mə­bəd, 9 məs­cid, 9 ta­rixi yer, 464 ta­rixi abidə və mu­zey, 40 min mu­zey eks­po­na­tı, 6 min sə­na­ye və kənd tə­sər­rü­fa­tı müəs­sisə­si, 160 kör­pü, 2300 km sukə­mə­ri, 2000 km qazkə­mə­ri, 15 min km elekt­rik xət­ti, 280 min hek­tar me­şə, 1 mil­yon hek­tar əkin sa­hə­si, 1200 km konalizasiya sis­te­mi da­ğı­dı­la­raq məhv edil­miş­dir.
Bir mühüm faktı da acı kədər hissi ilə xatırlatmaq istərdik ki, bu münaqişə bəşər tarixinə Xocalı soyqırımı kimi dəhşətli insanlıq cinayətinin yazılması ilə nəticələnmişdir. Erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırıma beynəlxalq ictimaiyyətin zəruri hüquqi-siyasi qiymət verməməsi bütün dünyada sülhün və ədalətin təntənəsinə inanan biz gənclərdə dərin məyusluq hissi yaratmışdır.
Biz təəssüf hissi ilə qeyd edirik ki, Bir­ləş­miş Mil­lət­lər Təş­kila­tı Təh­lü­kə­siz­lik Şu­ra­sı­nınDağ­lıq Qa­ra­bağ­labağ­lı 822, 853, 874 və 884 say­lı qətnamələrin­də silah­lı əmə­liy­yat­la­ra və düş­mən­çilik hə­rə­kət­lə­rinə son qo­yul­ma­sı, er­mə­nisilah­lı qüv­və­lə­rınin Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zilə­rin­dən dər­hal, ta­ma­milə və qeyd-şərt­siz çı­xa­rıl­ma­sı barədə tələblərin öz əksini tapması da təcavüzkarı dayandıra bilməmişdir.  
Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sı­nın 2005-ciil 1416 say­lı qət­na­mə­sin­də, 2005-ciil 1690 say­lı töv­siyə­sin­də Azər­bay­can əra­zilə­rınin er­mə­nilər tə­rə­fin­dən iş­ğal olun­du­ğuvə se­pa­rat­çı qüv­və­lə­rin Dağ­lıq Qa­ra­bağ böl­gə­sınə nə­za­rət et­diyi qeyd edilmiş, mü­na­qışə ilə bağ­lı Bir­ləş­miş Mil­lət­lər Təş­kila­tı Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­rin­də əksolun­muş tə­ləb­lə­rin ye­rinə ye­tiril­mə­sinin və silah­lı qüv­və­lə­rin iş­ğal olun­muş əra­zilər­dənçı­xa­rıl­ma­sı­nın va­cib­liyi vur­ğu­lanmışdır. Bundan başqa ATƏT-infak­ta­raş­dı­rı­cı mis­siya­sı nü­ma­yən­də­lə­rinin 2005-ci ilin mar­tın­da Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zilə­rinə sə­fə­ri  za­ma­nı ora­da er­mə­nilə­rin küt­lə­vi şə­kil­də qey­ri-qa­nu­ni məs­kun­laş­dı­rıl­dı­ğı təs­diqolun­muş və bufakt təş­kila­tın ye­kun he­sa­ba­tın­da da öz əksini tapmışdır.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı BMT Baş Assambleyasının «Azərbaycanın işğaledilmiş ərazilərində vəziyyətbaşlıqlı 7 sentyabr 2006-cı iltarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş «ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsiilə əlaqədar Bəyanatı» digər beynəlxalq təşkilatların sənədlərində də qeyd olunmuşdur.
Lakin bütün bunlar Ermənistanı işğalçılıq siyasətindən çəkindirməmişdir. Artıq 16 ildir davam edən danışıqlar prosesi hər dəfə konkret nəticə yaxınlaşdıqda Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uğursuzluğa düçar olur. Azərbaycanın münaqişəni sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında nizamlanması üçün göstərdiyi səylərə baxmayaraq, təcavüzkar dövlətin rəhbərliyi prosesin qeyri-müəyyən müddətə uzadılması üçün bütün imkanlarını səfərbər edir, müxtəlif bəhanələrlə beynəlxalq birliyin diqqətini yayındırmağa çalışır. Bu bir daha göstərir ki, beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalamaqda olan Ermənistanın işğalçılıq siyasətinə yalnız bəyanatlar və qətnamələrlə münasibət bildirmək yetərli deyildir. Beynəlxalq birlik Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə daha konkret və əməli addımlar atmalı, təcavüzkara qarşı sanksiyalar tətbiq etmək təcrübəsindən faydalanmalıdır. Yalnız bu halda Ermənistanın bilərəkdən danışıqlar prosesini uzatmaq cəhdlərinin qarşısını almaq, bölgədə həqiqi və davamlı sülhə nail olmaq mümkündür.
Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sülhün və dostluğun tərəfində olan bütün ölkələrin rəhbərləri və parlamentlərinə müraciət edərək, Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini səfərbər etməyə çağırırıq. Biz əminik ki, yalnız dünya birliyinin ədalətli, qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin açarıdır.
 
 
Müraciət Dünya azərbaycanlı gənclərinin
I Konqresində qəbul edilmişdir
 
 
Almaniya Federativ Respublikası,
Frankfurt-Mayn şəhəri,
28 noyabr 2010-cu il,
 
 
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved