• Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir


DÜNYA AZƏRBAYCANLI GƏNCLƏRİN I KONQRESİNİN QƏTNAMƏSİ


 

 
Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Ilham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilmişdir.
Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu vardır. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaqşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.
Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılmışdır. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən əsas amillərdir.
Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir.  
Dünya Azərbaycanlı Gənclərinin I Konqresi
Azərbaycan Respublikasının ötən dövr ərzində əldə etdiyi iqtisadi, siyasi, habelə diplomatik nailiyyətləri yüksək qiymətləndirərək;
Azərbaycanlı gəncləri narahat edən bir sıra ümummilli məsələləri müzakirə edərək;
Azərbaycan Respublikasının qaşılaşdığı bir sıra problemlərin həllində gənclərin üzərinə düşən vəzifələrin məsuliyyətini, milli dövlət quruculuğu prosesində rolunun əhəmiyyətini dərk edərək;
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlandırılmasının zəruriliyini anlayaraq;
Diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin önəmini başa düşərək;
Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakı, milli-mənəvi dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, yerli cəmiyyətə inteqrasiyasının vacibliyini nəzərə alaraq,
QƏRARA   ALIR:
1.       Azərbaycan Respublikasının gənclər təşkilatları və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları arasında aşağıdakı istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi tövsiyə olunsun:
1.1.          Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsi;
1.2.          Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi;
1.3.          Beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi, bu məqsədlə BMT və digər beynəlxalq təşkilatlarlaəməkdaşlığın inkişaf etdirilməsi;
1.4.          Müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi;
1.5.          Xarici ölkələrdə təhsil alan  və yaşayan azərbaycanlı gənclərin problemlərinin həllində səylərin birləşdirilməsi, yüksək nəticələr əldə etmiş gənclərə həvəsləndirici mükafatların verilməsi;
1.6.          1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırım iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi;
1.7.          Azərbaycanlı gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə ətraflı məlumatlandırılması istiqamətində elmi-praktik konfranslar, diskussiyalar, simpoziumların təşkili və maarifləndirici tədbirlərin həyata keçirilməsi;
1.8.          Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində səylərin birləşdirilməsi;
1.9.          Islam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən həyata keçirilən «Xocalıya ədalət – Qarabağa azadlıq» beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi;
1.10.     Virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması;
1.11.     Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi;
1.12.     Bəzi ölkələrdə miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar azərbaycanlı miqrantlar arasında maarifləndirmə işinin genişləndirilməsi, digər xalqların diasporları ilə məsləhətləşmələr əsasında bu dəyişikliklərin miqrantlar üçün yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
1.13.     Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, ana dilini mənimsəməsi, gənc istedadların öz potensialını reallaşdırılmasına dəstək verilməsi məqsədilə layihələrin həyata keçirilməsi;
1.14.     Xarici ölkə vətəndaşları tərəfindən qəyyumluğa götürülmüş azərbaycanlı uşaqlarla əlaqələrin qurulması, onlarla mütəmadi görüşlərin təşkil edilməsi;
1.15.     Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının nümayəndələri üçün diaspor, lobbi quruculuğu və təbliğat sahəsində treninqlərin təşkili ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edilməsi.
2.       2011-ci ildə keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlılarının III Qurultayında azərbaycanlı gənclərin daha geniş heyətinin cəlb olunması, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasında gənclərin təmsil olunması qurultayın təşkilat komitəsindən xahiş edilsin.
3.       Dünya Azərbaycanlı Gəncləri IKonqresi Niderland Krallığının Den Haaqa şəhərində keçirilmiş, Azərbaycan dövləti əleyhinə, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş aksiyanı qətiyyətlə pisləyir, bu cür təşəbbüsləri separatçılıq və bölücülük cəhdi kimi qiymətləndirir, bütün soydaşlarımızı belə qüvvələrə qarşı mübarizə aparmağa çağırır.
4.       Dünya Azərbaycanlı Gənclərinin Konqresləri üç ildən bir keçirilsin. Dünya Azərbaycanlı Gəncləri II Konqresinin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilsin.
5.       Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin (Ittifaqı) təsis edilməsi ideyası dəstəklənsin.
6.       Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılsın.
Qətnamə Dünya azərbaycanlı gənclərinin
I Konqresində qəbul edlmişdir
 
Almaniya Federativ Respublikası,
Frankfurt-Mayn şəhəri,
28 noyabr 2010-cu il
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved