• Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib
  • Azərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblərAzərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblər
  • Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilibFransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib
  • Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşübAzərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb


DÜNYA AZƏRBAYCANLILARINI ƏLAQƏLƏNDİRMƏ ŞURASI İDARƏ HEYƏTİNİN SƏDRİ MAHMUD KƏRİMOVUN ÇIXIŞI


 Möhtərəm cənab Prezident, məzmunlu nitqinizə, diaspor quruculuğuna göstərdiyiniz xüsusi diqqət və qayğıya, dünya azərbaycanlılarının ünvanına söylədiyiniz dəyərli tövsiyələrə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli qurultay nümayəndələri!

Təklif edilir ki, çıxışlara başlanmazdan əvvəl Qurultayın proqramını və reqlamentini təsdiq edək, işçi orqanlarını yaradaq. Proqram sizə paylanılıbdır. Onun bu şəkildə təsdiq edilməsinə etiraz edən varmı? Yoxdur. Proqram təsdiq edilir.

Biz gün ərzində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin məlumatını, Mandat Komissiyasının hesabatını, nümayəndə və qonaqların çıxışlarını dinləməli, qurultayın sənədlərini qəbul etməli, təşkilati məsələləri həll etməliyik. Dövlət Komitəsinin geniş məruzəsi sizə paylandığına görə, Təşkilat Komitəsi təklif edir ki, Komitə sədrinin çıxışı üçün 15 dəqiqə, Mandat Komissiyasının hesabatı üçün 5 dəqiqə, çıxışlar üçün 5-7 dəqiqə, arayış və təkliflər üçün 2 dəqiqəyədək vaxt müəyyənləşdirilsin. Kim reqlamentin bu şəkildə təsdiqinə razıdırsa, xahiş edirəm səs versin. Əleyhinə olan, yoxdur. Bitərəf qalan, yoxdur. Beləliklə, reqlament təsdiq edilir.

İndi biz qurultayın işçi orqanlarını - Katibliyi , Mandat və Redaksiya komissiyalarını formalaşdırmalıyıq. Təşkilat Komitəsi təklif edir ki, qurultayın işini aparmaq üçün Katibliyə 7 nəfər seçilsin. Katibliyin tərkibinə dair təkliflər sizə paylanılmışdır. Kim Katibliyin göstərilən tərkibdə yaradılmasına tərəfdardırsa, xahiş edirəm, səs versin. Kim əleyhinədir? Əleyhinə olan, yoxdur. Bitərəf qalan, yoxdur. Katibliyin tərkibi təsdiq edilir.

Qurultay nümayəndələrinin vəkalətlərinin yoxlanılması üçün Mandat Komissiyasının 10 nəfərdən ibarət tərkibdə yaradılması təklif edilir. Təşkilat Komitəsi tərəfindən Mandat Komissiyasının üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısı sizə paylanılmışdır. Kim Komissiyanın göstərilən tərkibdə yaradılmasına razıdırsa, xahiş edirəm, səs versin. Kim əleyhinədir? Əleyhinə olan, yoxdur. Bitərəf qalan, yoxdur. Mandat Komissiyasının tərkibi təsdiq edilir.

Təşkilat Komitəsi əlaqədar dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, diaspor təşkilatları və bir çox qurultay nümayəndələri ilə aparılmış fikir mübadiləsinin, onlar tərəfindən irəli sürülmüş təkliflərin əsasında qurultayın qəbul edəcəyi sənədlərin ilkin layihələrini hazırlamışdır. Həmin sənədlər sizə paylanılmışdır. Onlar haqqında məlumat vermək, habelə qurultayın gedişində səslənəcək irad və təklifləri nəzərə almaqla layihələr üzərində işi davam etdirmək üçün Redaksiya Komissiyasının yaradılması təklif olunur. Təşkilat Komitəsi Redaksiya Komissiyasının tərkibi ilə bağlı təkliflərini sizə təqdim etmişdir. Komissiyanın 13 nəfərdən ibarət formalaşdırılması təklif olunur. Kim Redaksiya Komissiyasının göstərilən tərkibdə yaradılmasına tərəfdardırsa, xahiş edirəm, səs versin. Əleyhinə olan, yoxdur. Bitərəf qalan, yoxdur.

 

Beləliklə, biz qurultayın bütün işçi orqanlarını formalaşdırdıq. Katibliyin və hər iki komissiyanın üzvlərindən xahiş olunur ki, foyedə yığışıb təşkilati məsələləri həll etsinlər və funksiyalarının icrasına başlasınlar.

İndi isə proqrama uyğun olaraq, çıxış etmək üçün söz Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova verilir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved