• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


TÜRKİYƏ BÖYÖK MİLLƏT MƏCLİSİNİN DEPUTATI, ƏDALƏT VƏ İNKİŞAF PARTİYASI SƏDRİNİN MÜAVİNİ ŞABAN DİŞLİNİN ÇIXIŞI


- Hörmətli Prezident!
   Dəyərli qurultay iştirakçıları!

       Biz Dünya azərbaycanlılarının II Qurultayında iqtidar və müxalifət partiyalarından olan 40 millət vəkili ilə birlikdə iştirak edirik. Onların da adından sizləri hörmət və ehtiramla salamlayıram.

        Hörmətli Prezident, dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm və icazənizlə, hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçılarına ünvanlanmış məktubunu çatdırmaq istəyirəm.

“Hörmətli Prezident!
  Dəyərli iştirakçılar!

      Dünya azərbaycanlılarının ikinci qurultayının keçirilməsində əməyi olan bütün rəsmi və qeyri-rəsmi şəxsləri səmimi qəlbdən təbrik edirəm. Gərgin iş cədvəlim imkan vermədiyinə görə, qurultayda iştirak edə bilməsəm də, mənən siz qardaşlarımın yanında olduğumu və uğurlu işlərinizlə türk dünyasının möhkəmlənməsinə töhfə vermənizi ürəkdən arzuladığımı bilməyinizi istəyirəm. Mərhum Prezident Heydər Əliyevin müdrik kəlamında, dediyi kimi, Türkiyə ilə Azərbaycan eyni millətin iki dövlətidir. Türkiyə Azərbaycanın müstəqilliyindən bu yana ən çətin vaxtlarda qardaş xalqın yanında olmuş, əlindən gələn yardımı və dəstəyi əsirgəməmişdir. Bu mövqeyimizin qarşıdakı dövrdə də qəti surətdə davam edəcəyini bu mötəbər iştirakçıların qarşısında bir daha vurğulamaq istəyirəm.

      Azərbaycanla əlaqələr bölgədəki nüfuzu və geostrateci mövqeyinə görə çoxtərəfli xarici siyasət yeritməli olan Türkiyənin xarici siyasətində hər zaman ən yüksək və xüsusi yerə malikdir. Qardaş Azərbaycandakı hadisələr Türkiyədə çox böyük maraqla və yaxından izlənilir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Azərbaycanın demokratikləşmə və iqtisadi inkişaf yolunda atdığı addımların dünyada təqdirlə qarşılanması Türkiyədə də qürur doğurur.

      Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması ilə yaxından maraqlanır. Mövcud münaqişələri bölgədəki sülh, sabitlik və əməkdaşlığın qarşısındakı ən böyük maneə kimi görürük. Bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin ən yaxın vaxtlarda sülh yolu ilə öz həllini tapması prioritet vəzifədir. Dağlıq Qarabağ münaqişəsinin davam etməsi bölgənin gələcəyi üzərindəki qara buludların dağıdılmasına imkan vermir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə aparılan müzakirələrə son zamanlar verilən təkanın qorunması və beynəlxalq ictimaiyyətin işğalçı Ermənistanı həll yoluna daha təsirli şəkildə inandırması böyük əhəmiyyət kəsb edir.

       Qardaş Azərbaycan xalqı müstəqilliyin qazanılmasından sonrakı dövrdə çətin sınaqlardan keçmişdir. Bölgədə yaşayan xalqların erməni liderlərinin iddialı və təcavüzkar siyasəti üzündən qarşılaşdıqları problemlərin bundan sonra da davam etməsi qəbuledilməzdir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanaraq dərhal həll edilməlidir. Azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində, qarşılıqlı hörmət, əmin-amanlıq və sülh şəraitində əbədi gələcəyə addımlamaq əzmi və qətiyyətimiz heç vaxt sarsılmayacaqdır.
     Bu hiss və fikirlərlə Dünya azərbaycanlılarının ikinci qurultayının türk dünyasına inteqrasiyası prosesinə töhfə verməsini arzulayır, bütün iştirakçıları sevgi və hörmətlə salamlayıram.
Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!

 Rəcəb Tayyib Ərdoğan
  Türkiyə Respublikasının Baş naziri”.


MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved