• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


QIRĞIZISTANIN DÖVLƏT KATİBİ DASTAN SARIQULOVUN ÇIXIŞI


- Hörmətli Prezident!
Əziz dostlar!


       Ulu Azərbaycan elini, Dünya azərbaycanlılarının ikinci qurultayının hörmətli iştirakçılarını qırğız eli adından səmimi qəlbdən və hərarətlə salamlayıram. Bu qurultay təkcə Azərbaycan elinin tarixinə yox, bütün türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunacaqdır. Atalarının mirasını göz bəbəyi kimi qoruyan, 40-dan çox ölkədən gəlmiş Azərbaycan övladlarını bir məqsəd ətrafında toplayan hörmətli Prezident İlham Heydər oğlu Əliyevə ən dərin hörmət və ehtiramlarımı çatdırıram.

       1995-ci ildə türk dünyasının böyük oğlu və ağsaqqalı Heydər Əlirza oğlu Əliyev “Manas” dastanının minilliyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Qırğızıstana gəlmişdi. Onun oradakı çıxışı bütün qırğız xalqının qəlbində əbədi iz buraxmışdır. Bizim dilimiz, dinimiz, tariximiz, qanımız, canımız birdir. Hər bir gənc türk övladının damarlarında şanlı ulu babalarımız Manasın, Atillanın, Qorqudun, Nizaminin, Koroğlunun, Əmir Teymurun, Babur Şahın qanı axır. Dərin ağıl və zəka, böyük həyat təcrübəsi və müdriklik, igidlik və mərdlik bizə onlardan miras qalmışdır. Türk dünyasının ulu ruhu Altayda bərqərardır. Biz şumer, hun, saka, oğuz, karluq və cığatay dövlətlərində böyük mədəniyyətlər qurmuş bir millətik.

       Qırğız torpağının nümayəndələrinin də iştirak etdiyi bu tədbir, heç şübhəsiz, Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqdır. Ürəkdən inanıram ki, bu qurultay Azərbaycan xalqının, məmləkətinin firavan gələcəyinə geniş yol açacaqdır. Bu tarixi qurultayı təşkil edən hörmətli Prezident İlham Heydər oğlu Əliyevə uzun ömür və cansağlığı arzulayıram.

      Türk dünyasının qızıl körpüsü olan ulu Azərbaycan eli qoy daha da çiçəklənsin və inkişaf etsin.

     Yaşasın ulu Azərbaycan eli!



VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved