• Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib


ALMANİYANIN KEÇMİŞ DÖVLƏT KATİBİ OTTO HAUZERİN ÇIXIŞI


- Cənab Prezident!
Hörmətli qurultay iştirakçıları!


       Mən qurultay iştirakçılarına Almaniya hökumətinin salamlarını çatdırmaq istərdim. Mən buraya tərcüməçi kimi Berlində doktoranturada oxuyan bir gənci gətirmişəm. Bu qonaqpərvərlikdir və biz bununla Almaniya ilə Azərbaycan arasındakı münasibətləri daha da genişləndirə bilərik. Almaniyada minlərlə azərbaycanlı yaşayır və biz onlarla birgə yaşamaqdan qürur duyuruq və onları öz qonağımız kimi saxlayırıq.

      Mən sizə həmçinin Baden-Vürtemberq federal əyalətinin rəhbərinin salamlarını çatdırmaq istərdim. Baden-Vürtemberq əyalətinin paytaxtı Ştutqart şəhəridir. Kim Ştutqart şəhərini tanımırsa, bilsin ki, söhbət “Mersedes” avtomobillərinin istehsal olunduğu şəhərdən gedir.

      Bizim əlaqələrimizin tarixi kökləri qədimlərə gedib çıxır. XIX əsrin əvvəllərində Baden-Vürtemberq əyalətindən yüzlərlə alman köçüb Azərbaycana gəlmişdir. Bu tarixi əlaqələr əsasında biz sizə təkcə “Mersedes” avtomobillərini verməklə kifayətlənmək istəmirik, başqa sahələrdə, xüsusilə mədəniyyət sahəsində birgə əməkdaşlıq etmək istəyirik. Bunun üçün mən Baden-Vürtemberq əyalətinin rəhbərinin məktubunu cənab Prezidentə şəxsən təqdim etmək istərdim. Mən burada olmağımdan xüsusi şərəf duyuram, dəvətə görə təşəkkür edirəm. Bakıda olduğum müddətdə özümü çox məmnun hiss etdim. Sizə təşəkkür edirəm.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved