• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


ALMANİYADAKI MAYNTS-AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ BAŞAR KÖMÜRÜN ÇIXIŞI


- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!
Dünya azərbaycanlılarının II qurultayının dəyərli iştirakçıları!

       İcazə verin, Sizi bu qurultayın keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edim, bütün dünya azərbaycanlıları adından Sizi salamlayım. Qurultayımız Azərbaycanımıza, türk dünyasına uğurlu, faydalı olsun, bayramınız mübarək olsun!
      

       Cənab Prezident, bizləri uzaq yolları qət edib beş qitədən Bakıya toplayan bir böyük amal var ki, o da Azərbaycan amalıdır. Bizim hər birimizi buraya çəkib gətirən ümumi Vətənimiz Azərbaycana olan həsrətimizdir. Azərbaycan həsrəti ilə yanmıs, Azərbaycanı görmədən dünyalarını dəyişmiş Analarımızın, Atalarımızın, Bibilərimizin, Əmilərimizin, “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” - deyən Əhməd Cavadın həsrətidir.

       Bu qurultay dövlət başçımız cənab İlham Əliyevin sayəsində dünya türklüyünün həsrətinin sonunda görüşdüyü türkün Məkkəsidir.

       Hörmətli soydaşlar, Dünya azərbaycanlılarının II Qurultayı böyük bir dahinin qoyduğu yoldur. Bu yolun sahibi hazırda cismən aramızda olmasa da, ruhən və fikrən qəlbimizdə, düşüncəmizdə olan ulu azəri atamız Heydər Əliyevdir. Heydər Əliyev Dünya azərbaycanlılarının I Qurultayında soydaşlarımızı birləşdirdi. Cənab Prezident, bu qurultayda Siz dünya türklüyünü birləşdirdiniz. Sağ olun.

        Cənab Prezident, bu birlik sonradan dost olanların yox, eyni anadan doğulanların birliyidir. Bu, qardaşların onlara düşmən olanlara qarşı yumruq kimi birləşməsidir.

        Dünya azərbaycanlılarının I Qurultayında azəri atamız bizə tövsiyə etmişdir: “Dünyanın harasında yaşayırsınız yaşayın, o ölkənin vətəndaşı olun, onların dilini danışın, amma siz öz mədəniyyətinizi, adət və ənənələrinizi, ən əhəmiyyətlisi isə, dininizi və dilinizi unutmayın. Yaşadığınız ölkələrdə Azərbaycanın məsələlərini çatdırın və Azərbaycanı tanıdın!”

        Biz nə dilimizi, nə dinimizi, nə də göy rəngi türklük, qırmızı rəngi müasirlik, yaşıl rəngi İslam olan bayrağımızı, Azərbaycanımızı unutmadıq. Onun qurduğu bu qurum dünyanın hər yerində azərbaycanlı olmağın şərəf olduğunu, özü üçün deyil, dövləti və milləti üçün iş görməyi öyrətmiş, dünya azərbaycanlılarının birliyinə zəmin hazırlamışdır. İşğal altındakı müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi, can Azərbaycanımızın dünya dövlətləri arasında layiqli yerini tutması üçün var gücü ilə çalışmaq, xaricdə yasayan hər bir azərbaycanlının əsas vazifəsi olmuşdur.
 
        Azərbaycan türk dünyasının, şərqdən-qərbə, şimaldan-cənuba gedən türk yurdlarının şah damarıdır, türkün körpüsüdür. Əsas vəzifəmiz atalarımızın keçdiyi o körpünün qorunması və nəvələrimizin də ondan keçməsinə imkan yaratmaqdır.

Şair deyir:

“Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.
O Vətən məhz Azərbaycandır.
Cənab Prezident, Siz dövlət xilaskarının, böyük bir dövlət adamının oğlusunuz. Atasının vəsiyyətinə sahib çıxan, onun mirasını qoruyan, onun qurduğunu davam etdirən bir insan olduğunuz üçün biz Sizi ürəkdən dəstəkləyirik, “Əsrin müqaviləsi”ni başladan atanızın memarı olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin başa çatdırılması Sizin vəzifəniz olmaqla yanaşı, Azərbaycanın qara günlərinin firavanlığa çevrilməsinə şərait yaradacaqdır. Sağ olun, var olun.

Cənab Prezident, bu gün Sizə qurultayımızın iştirakçılarının bir qismini təqdim etmək istəyirəm. Bilgə Xaqan, Oğuz Atam, Dədəm Qorqud, Teymur, İldırım Bəyazit, Uzun Həsən, Fateh Sultan Mehmet, Şah İsmayıl, Sultan Yavuz, Mövlana Cəlaləddin Rumi, Nizami Gəncəvi, Füzuli, Babək, Üzeyir Hacıbəyli, Səttar Xan, Heydər Əliyev və Atatürkün övladları nümayəndə kimi bu qurultaydadırlar.

Böyükdürlər, diridirlər və birdirlər!

     Hörmətli dövlət başçımız, Dünya azərbaycanlılarının II qurultayını keçirməklə Siz bir çox insanın qəlbindəki həsrəti söndürür və qardaşlıq birliyi yaradırsınız. Biz görürük ki, Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında dünya dövlətləri arasında ulduz kimi parlamaqdadır. Xaricdə yaşayan azərbaycanlılar olaraq biz Sizi bu çətin işdə dəstəkləməyi, Sizə dayaq olmağı özümüzə böyük şərəf bilirik. Amalımız odur ki, dünyanın harasında bir türk varsa, ora Azərbaycan olmalıdır, Ermənistan, Qarabağ məsələsi yalnız Azərbaycanın yox, “mən türkəm” deyən hər kəsin məsələsi olmalıdır.

       Dünya azərbaycanlılarının qurultayı buradan bütün dünyaya çatdırır: erməni yalanlarını dünyada öz parlamentlərində soyqırım kimi tanıyan ölkələr Osmanlı dövlətinin vətəndaşları olan ermənilər dövlətlərinə xəyanət edərək, 1915-ci ildə Türkiyənin Şərqi Anadolu bölgəsində minillik qonşusu olan 700 min türkü öldürərkən, Türkiyə Cümhuriyyətinin diplomatları qətl edilərkən, 20 Yanvarda Azərbaycan xalqı azadlıq uğrunda tankların altında əzilərkən, Azərbaycanın Qarabağı, torpaqlarının 20 faizi işğal edilərkən, bir milyon Azərbaycan türkü qaçqın-köçkün vəziyyətinə düşərkən, Xocalı soyqırımı həyata keçirilərkən bunları görmürdülərmi? İşğal edilən torpaqlar türkün, qətl edilən, öldürülən türk. Ey vicdaniyyət, ey insanlıq, ey adı böyük mədəni dövlətlər, ey insan hüquqları qurumları haradasınız? Yetər artıq səbrimizi sınamayın!

     Qurultayımız Ali baş komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan bayrağını Qarabağda asmağa hazırdır.

       Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-sərtsiz tərk etməlidir. Bir milyon insan öz vətənində qaçqın-köçkündür, buna son qoyulmalıdır, həmvətənlərimiz öz yurdlarına qayıtmalıdır. Xocalı faciəsi soyqırımı kimi tanınmalıdır. Qarabağ məsələsinin həll edilməməsi beynəlxalq hüququn ayaq altına atılmasıdır. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr dərhal icra olunmalıdır.

       Əziz həmvətənlər, əgər bir dövlətin xaricdə dostları olmazsa, onun öz problemlərini həll etməyə gücü az olar. O gücü artırmaq üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təşkil edilmiş və üç il ərzində böyük işlər görmüş, dünyanın hər yerində yaradılmış və yaradılan təşkilatların Azərbaycan ətrafında birləşməsinə çağırmışdır. Bu işlərin ən gözəl örnəyi bu qurultaydır. Qurultayın kecirilməsinə və bizim işlərimizə qayğı ilə yanaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə bütün dünya türkləri adından dərin minnətdarlıq bildirməyi özümə borc sayıram.

        Dünya azərbaycanlılarının II qurultayının Azərbaycanımıza, dövlətimizə, xalqımıza, Azərbaycanın dostlarına və türk dünyasına uğurlar gətirməsini arzu edirəm. Qurultay istirakçılarını səmimi qəlbdən təbrik edir, hamınıza cansağlıgı, uğurlar, ailələrinizə, yaxınlarınıza xoşbəxtlik və səadət arzulayıram.

Çıxışımı bir millət, iki dövlətin ümummilli liderləri Atatürkün və Heydər Əliyevin sözləri ilə tamamlayıram:

Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!

Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!

Fəxr edirəm ki, mən azərbaycanlıyam!
Nə mutlu, türkəm deyənə!

Gələcək qurultayımızı Qarabağda keçirmək ümidi ilə hamınıza “Allah sizi saxlasın!” deyirəm. Türkün türkü qoruması, var olması davam etsin! Sağ olun.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved