• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


FRANSADAKI AZƏRBAYCAN EVİ ASSOSİASİYASININ SƏDRİ SƏİD İSMAİLOVUN ÇIXIŞI


- Möhtərəm cənab Prezident!
Hörmətli Komitə sədri!
Hörmətli xanımlar və cənablar!
Əziz türk qardaşlarımız!

       
Mən hər zaman analarımızın və atalarımızın sözlərinə çox böyük əhəmiyyət vermişəm. Bunu nə üçün deyirəm? Mən kiçik yaşlarda olarkən atam Azərbaycandan getmişdir. Bir gün mənə nə anlatdı? Dedi, oğlum bir məsələ ilə qarşılaşdığın zaman əgər ürəyin həyəcanla çırpındısa, demək, sən çox dolu bir sevgi və xoşbəxtlik hissi ilə yaşamaq istəyirsən. 1993-cü ildə mən birinci dəfə Azərbaycana gəldiyim zaman hava limanından şəhərə yola düşdüm. Mən o hissi, çırpıntını o gün hiss etdim. Atamın sözü yadıma düşdü, - bu ölkə bizim torpağımızdır. Bu ölkənin tozu, havası, insanları - hər şeyi ilə bizim bağlılığımız var.

          2001-ci ildə keçirilmiş ilk qurultayda ümummilli liderimiz Heydər Əliyevin söylədiyi çox dərin və məzmunlu sözləri hər zaman xatırlayıram və beynimə nəqş olunmuşdur. O fikirlərdən çox önəmli ikisini həmişə hər yerdə danışıram. İlk öncə, bizə öndərimiz Heydər Əliyev o qədər sevgiyə cürət verib ki, mən bunu hər zaman söyləmək istərdim. “Siz azərbaycanlılar sizi qəbul edən ölkələrin ən layiqli vətəndaşları olmalısınız”. Bizim milli liderimiz Heydər Əliyevin bu sözü mənə çox təsir etdi. Nəyə görə? Çünki mən Fransada Azərbaycanı öz səviyyəmdə təmsil etmək üçün böyük cürət sahibi oldum və o tövsiyələrlə 2001-ci ildə Parisə döndüyüm zaman “Azərbaycan evi” yaratdıq. Mən “Azərbaycan evi”nin üzvlərindən sizə bəhs etmək istərdim.

          Parisdə “Azərbaycan evi”nə Fransanın senatorları, parlament deputatları və ziyalılar üzv olmuşlar. Bu gün siz internetdə azmezon.www saytına baxa bilərsiniz. Rəsmi qaydada fəaliyyət göstərərək, işimizi sürətlə qurur və icra edirik. Sözüm odur ki, Azərbaycanı təmsil etmək hər bir diasporun, hər bir azərbaycanlının borcudur. Mən bu yola qərar vermişəm. Mən söz verirəm, iki il ərzində 165 parlament üzvünü, senatoru və digər tanınmış şəxsləri üzv qəbul edəcəyəm. Artıq bu gün 42 nəfər rəsmən bizim “Azərbaycan evi”nin üzvüdür.

           Dünyanın tanınmış siyasətçisi Heydər Əliyevin ikinci müdrik sözünü də heç bir zaman unutmaram. “Dünyanın harasında olursunuz olun, amma Azərbaycan dilini və mədəniyyətinizi heç bir zaman unutmayın”. Fransada biz fransızlar üçün Azərbaycan dilində metodiki vasitələr, kitablar çap etmişik və indi Parisdə Xarici Dillər Universitetində bu kitablardan istifadə olunur. Buna “Azərbaycan evi”i və azərbaycanlılar kömək etmişlər. Eyni zamanda, bu gün Azərbaycan dilini Parisdə insanlara kitab və dialoqla öyrədirik.

        Mənim ürəyimdən keçən sözlər budur ki, əgər biz azərbaycanlılar bir-birimizdən incimədən, bir-birimizdən heç nə gözləmədən, sadəcə, Azərbaycanı düşünərək iş görsək, məncə, çox böyük bir gücə sahib olacağıq. Parisdə əziz türk qardaşlarımızla hər gün görüşürük və iki qardaş kimi Azərbaycanın inkişafını, iqtisadi və mədəni gücünü göstərməyə başlamışıq.

       Mən sizin vaxtınızı çox almaq istəməzdim. Cənab Prezident, bizi yenidən bütün azərbaycanlıların ürəyinə əziz olan bu gözəl şəhərə topladığınıza görə Sizə təşəkkür edirik. Ölkəmiz haqqında xaricdə yaratdığınız gözəl təəssüratdan hamımız qürur hissi duyur və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu çətin vaxtda sülh və inkişaf arzusu ilə yaşayan bir xalqın gələcəyinə ümid verdiyinizə görə bir daha Sizə təşəkkür edirik.

        Cənab Prezident, icazənizlə, mən Dövlət Komitəsi haqqında da qısaca danışım. Bakıya gəldiyimiz zaman hörmətli Nazim İbrahimov bizi çox gözəl şəkildə, “Azərbaycan evi” kimi qəbul edir. Biz orada ürəyimizi boşaldır, dərdlərimizi anladır, sözlərimizi söyləyirik və onlar bizi dinləyirlər. Komitənin əməkdaşlarına təşəkkür edirəm.

       Cənab Prezident, biz həmişə Sizinləyik. Dövlət başçısı kimi işlərinizi azacıq da olsa yüngülləşdirmək üçün hər tövsiyənizi yerinə yetirməyə həmişə hazırıq.

Sağ olun, var olun!
Hər birimizin bayramını təbrik edirəm

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved