• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN DEPUTATI YÜCEL ARTANTAŞIN ÇIXIŞI


- Hörmətli cənab Prezident!
Dəyərli qurultay iştirakçıları!


      Böyük dövlət olmaq, dünyada layiqli yer tutmaq o dövlətin vətəndaşlarının birliyi, iqtisadiyyatının gücü və sosial yaşayış səviyyəsinin yüksəlişi ilə ölçülür. Azərbaycan dövləti gənc olsa da, böyük öndər Heydər Əliyevin müdrik uzaqgörənliyi və dövlətçilik təcrübəsi sayəsində bu yöndə çox önəmli mərhələlər qət etmişdir. Dünya siyasətində vacib olan diasporunu hərəkətə gətirmiş, dünyanın hər yerindən Azərbaycan mənşəli insanlarla əlaqə qurmuş, xaricdəki azərbaycanlıların birliyinə önəmli dərəcədə nail olmuşdur.

      Dünya azərbaycanlılarının II qurultayı da bu müvəffəqiyyətin ən gözəl örnəyidir. Hörmətli Prezident İlham Əliyevin himayədarlığı ilə keçirilən bu qurultayın Azərbaycanın gələcəyində önəmli yer tutacağı danılmazdır. Dövlətlər keçmişi ilə olan əlaqələrini nə qədər güclü saxlaya bilirsə, gələcəyinə də bir o qədər arxayın baxa bilər. Azərbaycan bu qurultaya diaspordakı keçmiş vətəndaşlarını da dəvət etmişdir və bu, keçmişə olan bağlılığın və hörmətin daha bir ifadəsidir.

      Bu gün Azərbaycanın üzləşdiyi haqsızlıqlar, bütün dünyanın gözləri önündə törədilən soyqırımlar, işğallar hər kəsə məlumdur. Bütün bu olaylara dünya ictimaiyyəti tərəfindən lazımi diqqət göstərilmir. Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanın dostlarının üzərinə bu sahədə böyük vəzifələr düşür. Azərbaycanın haqlı mövqeyi dünyanın hər bir yerində ümidsizliyə qapılmadan, israrla anladılmalıdır. Əminəm ki, dünyanın tanınmış mərkəzlərində yaradılan Azərbaycan diaspor təşkilatları bu sahədə gərgin əmək sərf edəcəklər.

       Böyük dövlət adamı Heydər Əliyev bu çatışmazlığı gördüyü, hiss etdiyi üçün diaspor təşkilatlarının yaradılmasına göstəriş vermiş, bu işə çox ciddi diqqət yetirmişdir. Ulu öndəri bir daha dərin hörmətlə anıram.

       Bu qurultayda iştirak edən bütün qonaqlara, azəri əsilli deputat olaraq,Türkəyədən olan deputatlara çox təşəkkür edirəm. Başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla, bu qurultayı təşkil edənlərə bütün diaspor təşkilatlarına təşəkkür edir, zəhmət çəkənlərin hər birinə məhəbbətimi çatdırıram.

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved