• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN PREZİDENTİ MƏMMƏDBAĞIR ƏLİYEVİN ÇIXIŞI


- Çox hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlərimiz!

        Rusiyanın iki milyonluq Azərbaycan diasporu və Ümumrusiya Azərbaycan Konqresi adından qurultayımızın bütün iştirakçılarını ürəkdən salamlayıram.

          Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıları birləşdirmək ideyası, Azərbaycanın müqəddəs torpağında görüşümüzü keçirmək ideyası böyük lider, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev yeni əsrdə, XXI əsrdə dünya azərbaycanlılarını sıx birləşdirmək strategiyasını irəli sürmüşdür. İndi Vətəndən xaricdəki azərbaycanlılar bu yolla gedərək, birləşdirici və nüfuzlu qüvvə kimi çıxış edirlər. Biz buna görə də böyük liderin xatirəsi qarşısında dərin ehtiramla baş əyirik.
        Ümumrusiya Azərbaycan Konqresinin yaradılmasında da həlledici rol Heydər Əliyevə məxsusdur. Məhz onun sayəsində bu gün ÜAK Azərbaycanda da, Rusiyada da iri və nüfuzlu ictimai təşkilat kimi tanınmışdır. Heydər Əliyevin ideyaları bu gün də təşkilatımızın strategiyasının başlıca istiqaməti olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük irsi layiqincə inkişaf etdirir. O, özünün bütün fəaliyyəti ilə təsdiqləyir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətəni ilə əlaqələrinin möhkəmləndirilməsi yenə də Azərbaycan dövlətinin başlıca prioritetlərindən biridir. Rusiya azərbaycanlılarına göstərdiyi qayğı və diqqətə görə, Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı Azərbaycan diasporunun sıx birləşdirmək sahəsində səylərini dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidentinə ürəkdən minnətdarıq.
         Deməliyəm ki, Azərbaycanın dövlət hakimiyyəti orqanları, diasporla işləmək üçün xüsusi olaraq yaradılan Dövlət Komitəsi bizimlə sıx əməkdaşlıq edir, bizə lazımi kömək göstərir. Rusiya və Azərbaycan prezidentlərinin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında iştirakı və onların işimizi yüksək qiymətləndirməsi təşkilatımızın nüfuzunun təsdiqinin mühüm sübutudur. Təxminən bir ay əvvəl Azərbaycanda Rusiya İlinin açılışı mərasimi oldu. Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin də iştirak etdi. İki ölkənin rəhbərləri curnalistlər qarşısında çıxış edərək, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində Azərbaycan və Rusiya diasporlarının mühüm rol oynadıqlarını vurğuladılar. Cənab Prezident, Siz dediniz ki, dövlətlərarası münasibətlərin ümumi fonu da rusların Azərbaycanda və azərbaycanlıların Rusiyada nə dərəcədə rahat və yaxşı yaşamasından asılı olacaqdır. Deyilənlərə əlavə edərdim ki, diasporlarımızın əhval-ruhiyyəsi ölkələrimizin daxili ab-havasına da təsir göstərə bilər. Bunu demək kifayətdir ki, Rusiyadakı iki milyonluq Azərbaycan diasporunda Azərbaycan vətəndaşları 1 milyon 500 min nəfərdir, yəni onlar Azərbaycan əhalisinin ümumi sayının 18,3 faizini təşkil edirlər. Rusiyadakı azərbaycanlıların böyük əksəriyyətinin vətəndə xeyli qohumları və yaxınlarının olduğunu nəzərə alsaq, görərik ki, həm Azərbaycanda, həm də Rusiyadakı ümumi ab-hava vətəndə, yəni Azərbaycanda baş verən hadisə və proseslərə biganə qalmayan həmvətənlərimizin ovqatına təsir göstərir. Bununla əlaqədar ölkələrimizin liderlərinin mövqeyi bizdə dərin məmnunluq doğurur. Belə ki, onlar diasporların ölkələrimizin ictimai-siyasi və iqtisadi həyatına cəlb olunmasını Rusiya ilə Azərbaycanın daha sıx inteqrasiyasının mühüm amili sayırlar.

       Fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Rusiya azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcəklər. Məhz bu əsasda çalışırıq ki, Rusiya ictimai həyatının müxtəlif sahələrinə cəlb olunan azərbaycanlılar iki ölkənin strateci tərəfdaşlığının daha da inkişafına kömək etsinlər. Mən Ümumrusiya Azərbaycan Konqresinin istər Rusiyanın, istərsə də           Azərbaycanın iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə sanballı töhfə verən onlarca, hətta minlərlə üzvünün adlarını çəkə bilərəm.
        Həyatın özünün qarşımıza qoyduğu mühüm və mürəkkəb məsələləri uğurla həll etməyə, müasir dövrün tələblərinə cavab verməyə, onun ziddiyyətlərini aradan qaldırmağa ancaq sıx birləşmiş, yaxşı təşkil olunmuş diaspor qadirdir. Bu isə o deməkdir ki, müasir mərhələdə bir çox ölkələr üçün səciyyəvi olan diasporlar, zəif təşkil edilmiş, amorf birliklər nəinki səmərəsizdir, hətta həmvətənlərin sıx birləşməsi yolunda əngələ çevrilirlər. Bu gün peşəkar diaspor qurumu gərəkdir.
        Mən təşkilatımızın daha da inkişaf etməsini, perspektivlərini icra aparatının möhkəmlənməsində, qəzetlə güclü təhlili informasiya blokunun yaradılmasında, geniş təhsil proqramlarının həyata keçirilməsində görürəm. Bu, Rusiya üçün xüsusilə əhəmiyyətlidir. Təşkilatın hər bir üzvünün fəallığını və məsuliyyətini artırmaq strategiyamızın əsas vəsiləsidir. Əlbəttə, Ümumrusiya Azərbaycan Konqresinin hər bir üzvü başa düşür ki, daimi maliyyə yardımı olmadan təşkilat uğurla işləyə və inkişaf edə bilməz. Üzvlük haqlarının müntəzəm surətdə daxil olması təşkilatımızın fəaliyyətini ciddi şəkildə möhkəmləndirir, onun sabitliyinin, başlıcası isə, müstəqilliyinin təminatçısına çevrilir. Təəssüf ki, heç də hamı bu sadə həqiqəti indiyədək dərk etməmişdir. Üzvlük haqları məsələsi təkcə maliyyə məsələsi deyil, bu həm də həmvətənlərimizin kamillik, siyasi şüurluluq dərəcəsini və təşkilatımızın nizamnamədə nəzərdə tutulan məqsəd və vəzifələrinin gerçəkləşdirilməsinə şəxsi maraq dərəcəsini göstərən mühüm ictimai-mənəvi amildir. Bunlara üç, hətta dörd əsas vəzifəni yerinə yetirməklə nail olmaq mümkündür. Birincisi, peşəkar icra aparatıdır. İkincisi, qəzetdir. Üçüncüsü, üzvlük haqları, üstəgəl diasporda üzvlüyün nüfuzlu olmasının dərk edilməsidir. Hazırda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və Ümumrusiya Azərbaycan Konqresinin irəlidəki beş ildə fəaliyyəti üçün reseptimiz belədir.
       Millətimizin bütün dünyaya səpələnmiş nümayəndələri bu salona toplaşmışlar. Səpələnmiş, amma artıq pərakəndə olmayan nümayəndələri. Biz Azərbaycanla qırılmaz məhəbbət telləri ilə, Vətənimizə görə, xalqımıza görə, böyük mədəniyyətimizə görə, dünya sivilizasiyasına töhfəyə görə iftixar telləri ilə bağlıyıq.
        Biz Azərbaycanın hüdudlarından kənarda yaşasaq da, Vətənimizin beynəlxalq nüfuzu məsələlərinə xüsusilə həssas yanaşırıq. Fəxr edirik ki, bədxahlarımızın fitnə-fəsadlarına baxmayaraq, gənc Azərbaycan dövlətinin beynəlxalq nüfuzu və hörməti gündən-günə artır, Azərbaycan dinamik inkişaf edir, problemlərimizin beynəlxalq birlik tərəfindən daha yaxşı başa düşülməsinə nail olur.

Hörmətli həmvətənlər!
 
        Bildiyiniz kimi, bu yaxınlarda Moskvada, Basman bazarında çoxlu insan tələfatına səbəb olan faciə baş verdi. Onların əksəriyyəti azərbaycanlılar idi. Biz onların həlak olmasına dərindən kədərlənərək, bütün qohumlarına və yaxınlarına başsağlığı veririk. Bu kədərli hadisə göstərdi ki, indiki Azərbaycan dövləti və onun rəhbəri çətin anda Rusiyadakı hər bir azərbaycanlının yanındadır. Prezident İlham Əliyevin zərər çəkmiş bütün həmvətənlərimizə yardım və dəstək göstərilməsi üçün gördüyü konkret, mühüm, təxirəsalınmaz tədbirlər bu faciəni yaşayanların, öz yaxın və doğma adamlarını itirənlərin hamısında dərin minnətdarlıq və təşəkkür hissləri doğurdu. Fövqəladə hallar və səhiyyə nazirliklərinin Moskvaya göndərilən rəhbərləri, habelə Azərbaycan səfirliyinin işçiləri həmvətənlərimizə kömək göstərilməsi üçün mümkün olan hər şeyi etdilər. Diaspor da biganə qalmadı. Hazırda xəstəxanada olanların hamısı Moskvanın diaspor təşkilatlarının nəzarəti altındadır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi humanitar aksiya Rusiyanın ictimaiyyəti və hakimiyyət qurumları arasında çox geniş müsbət əks-səda doğurdu. Heyranlığını gizlətməyən rusiyalılar Azərbaycan Prezidentinin tədbirlərini yüksək siyasi yetkinlik, insanlıq, öz ölkəsinin vətəndaşlarına qayğı təzahürü kimi qiymətləndirdilər. İcazə verin, mən də Rusiya azərbaycanlılarının dərin məmnunluğunu və minnətdarlığını ifadə edim.
       Əminik ki, tarixi Vətənimiz xeyirdə də, şərdə də həmişə bizimlə olacaq, qayğı və diqqətini bizdən əsirgəməyəcəkdir. Sıx birləşmək zəruriliyini hamının dərk etməsi diasporumuzu bir böyük ailədə birləşdirir. Harada yaşasaq da, hər birimiz özünü Azərbaycan xalqının bir hissəsi kimi hiss edir. Biz Vətənin qayğıkeş münasibətinə həmişə ehtiyac duyacağıq. Lakin biz də Vətən qarşısında borclu qalmamalıyıq. İnsanların və Vətənin dəstəyimizə, həmrəyliyimizə ehtiyacı var.
       İcazə verin, əmin olduğumu bildirim ki, Dünya azərbaycanlılarının II qurultayı müasir dünyada Azərbaycan millətinin nüfuz və hörmətinin daha da artmasına, ümummilli həmrəyliyimizin güclənməsinə doğru yolda yeni, mühüm mərhələ olacaqdır. Biz əminik ki, Prezident başda olmaqla Azərbaycan Respublikası bundan sonra da irəliləyərək, bütün dünya azərbaycanlılarını daha sıx birləşdirəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved