• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


AVSTRİYALI PROFESSOR, TÜRK TARİXİNİN TƏDQİQATÇISI ERİX FAYQLIN ÇIXIŞI


- Zati-aliləri cənab Prezident!
Hörmətli sədr!
Əziz həmvətənlər!

       
Mən burada olmağıma görə çox məmnunam. Yanımda yaxşı bir tərcüməçim var. Onun adı Elgündür, o, əsil avstriyalıdır. Mən isə əsil azərbaycanlıyam.

       Biz bu yaxınlarda Avstriyada Azərbaycan diasporunu daha da böyüdəcəyik. Çünki bu yaxınlarda o, Avstriyada ailə quracaq və çoxlu uşaqları olacaqdır. O, mənə çıxışımın mətnini azərbaycanca oxumaqda yardım edibdir və əgər mətni yaxşı oxuya bilməsəm, xahiş edirəm, üzrlü hesab edəsiniz.

       İki min il boyunca yəhudi diasporunun həsrət dolu çağırışı belə adlanırdı: “Gələn il Yerusəlimdə”. Romalılar Yerusəlimi tam yerlə-yeksan etdikdən sonra yəhudi dövlətinin varlığına son qoyuldu, onun əvəzində bütün dünyanı əhatə edən güclü bir diaspor yarandı. Bu diasporun nümayəndələri görüşüb-ayrılarkən bir-birinə “xoş gördük” və ya “salamat qalın” deyil, “Gələn il Yerusəlimdə” deyərdilər.

       Nəhayət ki, 1967-ci ildə bu arzunu gerçəkləşdirmək onlara nəsib oldu. Mən isə bu çağırışı cəsarətlə başqa cür səsləndirmək istərdim: “Gələn il Xankəndidə”. Yalnız bir şərtlə ki, gələn il rəmzi deyil, sözün hərfi mənasında başa düşülməlidir. Bizim gözləməyə artıq vaxtımız qalmamışdır. Nəinki 2200 il, hətta 2 il də gözləmək olmaz.

       Biz qətiyyətlə və vaxt itirmədən hərəkət etməliyik, Qarabağ və Qərbi Azərbaycan Hayastan nəzarətindən azad edilməlidir. Xankəndi və Şuşa bir rəmzdir. Xankəndi tarixi Azərbaycanın yüksək mədəniyyət məkanı deməkdir. Tarixi saxtalaşdıranlar bu gün Xankəndini Azərbaycan xalqına qarşı qətliamlar törətmiş cani Stepan Şaumyanın adı ilə adlandırırlar. Ona görə də gələn il Xankəndidə...

       Bunun 2007-ci il və ya 2008-ci il olacağını biz hələ bilmirik. Bu, hər şeydən öncə, bizim, eyni zamanda diaspordakı fəaliyyətimizdən də çox asılıdır. Çünki bir şey aydındır ki, biz müharibə istəmirik. Biz istəmirik ki, erməni yaraqlıları başqa bir yerdə ikinci bir Xocalı faciəsi törətsinlər. Biz daha çox bütün dünyadakı ictimai rəyə fikir verməliyik. Biz ədalət və idrak hisslərinə müraciət etməliyik. Azərbaycanın öz haqqını əldə etməsi üçün biz müharibəni ən son vasitə kimi görürük.

       Biz hamımız bilirik ki, 1 milyondan çox insan doğma torpaqlarına geri qayıdacağı günü gözləyir. Biz bunun üçün nə etməliyik? Hesab edirəm ki, ən vacibi, biz öz insanlarımıza, hər şeydən öncə isə, gənclərimizə vətənpərvərlik hissini aşılamalıyıq. Biz Azərbaycanın rəhbər orqanlarını hərəkətə gətirməliyik ki, onlar dünyanın müxtəlif şəhərlərində Azərbaycanın mədəniyyət mərkəzlərini açsınlar. Mənə absurd təsir bağışlayır ki, “bəstəkar Aram Xaçaturyanın əsərləri”. Kim bilir ki, onun əsərlərindəki musiqinin çoxu əsil Azərbaycan musiqisidir?

Möhtərəm cənab Prezident, zati-aliləri İlham Əliyev!

       Diasporla işləyən Komitənin sədri, dostum Nazim İbrahimovdan xahişim budur, məsləhətlərimi yerinə yetirsin. Mən, Elgün və Vyanadakı dostlarımız əziz Azərbaycanımız üçün əlimizdən gələni bundan sonra daha da səmərəli edəcəyik.

       Almaniyadan olan əziz qonağımız cənab Prezidentimiz üçün kiçik bir hədiyyə gətirmişdir. Bizim də kiçik bir hədiyyəmiz vardır. Bizim bu hədiyyəmiz artıq burada, Bakıda 12 dildə çap edilmişdir. Tezliklə sizin hər birinizin əlində bu hədiyyə olacaqdır. Lakin ən birinci, təbii ki, bizim möhtərəm cənab Prezidentimizə verilməlidir.

       Sizdən xahişim budur ki, yəhudilər necə edirsə, siz də elə olun. Onlardan çox şey öyrənmək mümkündür.

Sağ olun, gələn il Xankəndidə görüşənədək!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved