• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN PREZİDENTİ BAHƏDDİN QAYANIN ÇIXIŞI



- Hörmətli cənab Prezident!

Dəyərli qurultay iştirakçıları!

     
Dünya azərbaycanlılarının II qurultayını təbrik edir, səmərəli fəaliyyət diləyirəm.

       Cənab Prezidentimiz İlham Əliyevin bu qurultaya verdiyi dəstəyə görə öz adımdan, Avropa Azərbaycanlıları Konqresi adından hörmət və minnətdarlığımı bildirirəm.

       Qloballaşan dünyada beynəlxalq əlaqələri inkişaf etdirmək və beynəlxalq təşkilatlarda yer tutmaq önəmli ölkə olmanın ən mühüm şərtlərindən biridir. Beynəlxalq platformalarda haqlı məsələləri digər ölkələrə qəbul etdirmək və onların ictimaiyyətinə təsir etmək üçün həmin ölkədə yaşayan diasporun fəaliyyətinin önəmi çox böyükdür.

      Gənc Azərbaycan Respublikasının rəhbərləri bunu görərək, 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaratmışlar və bu, çox mühüm bir hadisədir. Bu işdə mərhum Prezidentimiz Heydər Əliyevin böyük əməyi olmuşdur. Bu münasibətlə xaricdə yaşayan azərbaycanlılar olaraq Azərbaycan hökumətini təbrik edir, bunu diaspora verilən qiymətin göstəricisi kimi dəyərləndiririk.

Dövlət Komitəsinin dəstəyi ilə 2004-cü il aprelin 17-də Avropanın ən önəmli paytaxtlarından biri olan Berlində 60-dan yuxarı Azərbaycan dərnəyinin iştirakı ilə Avropa Azərbaycanlıları Konqresinin yaradılması bizlərə böyük sevinc vermişdir. Bu tədbirdə hörmətli Nazim İbrahimov, Əli Həsənov və Türkiyədən gəlmiş qonaqlar və mətbuat nümayəndəsi də iştirak etmişlər. Biz onların hamısına təşəkkür edirik.

Hörmətli Prezident!

        Avropadakı fəaliyyətimiz Sizin fəaliyyət sürətinizə görə daha yavaş getsə də, bizlərə dəstəyinizi davam etdirməyi istərdik. Bir neçə il sonra Avropadakı Azərbaycan diasporu güclənərək, Azərbaycan həqiqətlərinin təbliğində daha fəal rol oynayacaqdır.
Bu, uzun bir proses olsa da, sizlərin dəstəyi ilə biz bunu bacaracağıq. Avropadakı bütün azərbaycanlılar son zamanlar Azərbaycanın problemlərinə daha çox diqqət göstərirlər. Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarını işğal etməsi, Xocalı soyqırımını törətməsi təşkilatımız və digər təşkilatlar tərəfindən bütün Avropada daha geniş kütlələrə anladılmaqdadır.

        Artıq işğalçı Ermənistan Azərbaycanın və Türkiyənin Avropada lobbi yaratmalarını, əsil gerçəklikləri avropalılara başa salan insanların olduğunu hiss etməkdədir. Bizim bu fəaliyyətimizi gələcəkdə daha çox hiss edəcəklər. Bunu hər kəs yaxşı bilməlidir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək və törətdiyi soyqırımına görə beynəlxalq aləm qarşısında cavab vermək məcburiyyətində qalacaqdır.

       Hörmətli Prezident, biz Avropada üzərimizə düşən bütün işləri görəcəyik. 2004-cü ilin aprelində başladığımız birlik və bərabərlik hərəkatını qarşıdakı illərdə daha sürətli və güclü bir şəkildə davam etdirəcəyik.

       Avropa Azərbaycanlıları Konqresi olaraq məqsədimiz aramızda güclü təşkilatlanma yaratmaq, digər ölkə və şəhərlərdəki təşkilatlarla yaxın əlaqə qurmaq, Azərbaycanın zəngin mədəniyyətini və ədəbiyyatını müxtəlif tədbirlərdə Qərb aləminə tanıtmaqdır. Biz Azərbaycanın ədalətli mövqeyini konfranslar, anma mərasimləri və simpoziumlar vasitəsilə ictimaiyyətə çatdırmağa çalışacağıq.

       Bu qurultaya göstərilən böyük diqqət xaricdəki azərbaycanlıların Vətənə olan sevgi və məhəbbətinin bir göstəricisidir. Qurultayda həm Azərbaycan, həm də diaspor üçün çox gözəl qərarların qəbul olunacağına inanıram.

       Hörmətli qonaqlar, neft və digər yeraltı sərvətlərində bütün dünyanın gözü olan Azərbaycan kimi çox önəmli ölkədə sabitliyi qorumağın və demokratiyanı inkişaf etdirməyin nə qədər çətin olduğunu bilirik. On yeddi illik bir müddət ərzində Ermənistan tərəfindən təcavüzə məruz qalmasına, torpaqlarının 20 faizinin işğal edilməsinə və bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, yaşadığı bölgədə ən sabit ölkəyə sahib, iqtisadi inkişafı, demokratik dəyərləri ilə bölgədə önümüzdəki illərdə də örnək olmağa çalışan Azərbaycan xalqını və onun rəhbərliyini ürəkdən təbrik edir və təşəkkürümü bildirirəm.

       Bu qurultayın ən mühüm nəticələrindən biri də türk dünyasını birləşdirmək olacaqdır. Böyük dövlət adamı və siyasi xadim, mərhum liderimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Dünyadakı bütün türk və Azərbaycan diasporları öz fəaliyyətini bu əsasda qurur və qurmağa davam edəcəkdir.

      Ölkədə hər şey kökündən dəyişərkən, xaricdə yaşayan azərbaycanlıları unutmayan, bizim problemlərimizin həlli məqsədi ilə Komitənin təşkil edilməsinə, səfirliklərdə bizə göstərilən münasibətə, Azərbaycan dövlətinin bizə verdiyi dəyərə görə sevinirik. Bu səmimi duyğular içində qurultayı keçirən və bu işdə əməyi olan, üç gündür bizlərin zəhmətini çəkən hər kəsə dərin hörmət və təşəkkürümü bildirirəm. Sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved