• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


AMERİKA AZƏRBAYCANLILARI CƏMİYYƏTİNİN PREZİDENTİ TOMRİS AZƏRİNİN ÇIXIŞI



- Möhtərəm cənab Prezident!
Əziz xanımlar və cənablar!
Hörmətli qonaqlar!

        Mən bütün dünyadan gəlmiş yüksək səviyyəli insanların arasında olmaqdan fəxr duyuram. Amerika Azərbaycanlıları Cəmiyyətinin (AAC) prezidenti kimi, Dünya azərbaycanlılarının II qurultayının təşkili ideyasını reallığa çevirdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

       Hörmətli Prezident, Azərbaycan mənşəli amerikalılar olaraq biz Sizin uzaqgörən təşəbbüslərinizi, Azərbaycanın nailiyyətlərini və müvəffəqiyyətlərini böyük məmnunluqla qarşılayır, atdığınız addımları dəstəkləyirik və Sizə kömək etməyə hazırıq.

      Cənab Prezident, təqdim etdiyiniz “Şöhrət” ordeni məni daha da səylə işləməyə ruhlandırdı. Mən 2001-ci ildə keçirilmiş qurultayda da iştirak etmişəm. Bu gün bizim əbədi Prezidentimiz Heydər Əliyevi xatırlamaq istərdim. Dünya azərbaycanlılarını birləşdirmək Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Mənim ən əziz xatirələrimdən biri həmin qurultayda ulu öndərin qarşısında etdiyim çıxışdır. Amerikada yaşayan azərbaycanlılar olaraq biz mərhum Prezidentimiz Heydər Əliyevi həmişə hörmətlə yada salacağıq.

      Mən həmçinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirmək istərdim. Komitə fəaliyyətə başladığı gündən etibarən biz çox yaxından işləyirik və göstərilən qayğını hiss edirik. Biz gələcəkdə qurumların daha yaxından işləyəcəyini və uğurlu beynəlxalq layihələr keçirəcəyini, əməkdaşlığımızın və birgə proqramlarımızın uğurla başa çatacağını səbirsizliklə gözləyirik.

      2006-cı ildə keçirilən bu qurultayda Amerika azərbaycanlılarından və bizim amerikalı dostlarımızdan ibarət böyük bir nümayəndə heyəti ilə iştirak etdiyimi məmnunluq hissi ilə bildirmək istəyirəm. Birləşmiş Ştatlardan gələn nümayəndə heyətinin tərkibinin müxtəlifliyi 5 il ərzində cəmiyyətimizin böyük addımlarla irəlilədiyini göstərən nümunədir. Uzun müddət üzv olan Nyu-York, Nyu-Cersi, Kaliforniya və Vaşinqton nümayəndələri ilə yanaşı, bu gün bizimlə birlikdə Azərbaycan Yəhudilərinin ABŞ İcması, Türkiyə–Azərbaycan Assosiasiyaları Assambleyasının sədri və Amerikada Yəhudi İcmasının nümayəndələri də iştirak edirlər.

     AAC 1957-ci ildə təsis edilmişdir. Təxminən 49 il fəaliyyəti nəticəsində AAC Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün ikinci vətən vəzifəsini yerinə yetirmişdir. Son 5 il ərzində cəmiyyətimiz mövqelərini və nüfuzunu bir sıra regionlarda artırmış, biz öz təsirimizi göstərməyə nail olmuşuq. Çox şadam bildirim ki, artıq Nyu-York şəhərindən kənarda milli mərkəzimiz üçün binanın bərpasına başlamışıq. Bərpa işlərinin başa çatmasından sonra Amerikada Azərbaycan haqqında məlumatları yaymaq və müxtəlif tədbirlər keçirmək üçün möhtəşəm bir mərkəz olacaqdır. Orada Azərbaycandan gələn nümayəndə heyətlərini yüksək səviyyədə qarşılaya, onlar üçün Amerika dövlətinin və ictimaiyyətinin nümayəndələri ilə birgə forum təşkil edə bilərik. Beynəlxalq mədəniyyət nümayəndələri və biznes qurumları da bu mədəniyyət mərkəzindən istifadə edə bilərlər. Bizim tədbirlərimizin və ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətimizin daha da artdığı bir vaxtda belə mərkəzin təsisi olduqca böyük əhəmiyyət kəsb edir.

     Mən böyük məmnuniyyətlə bildirmək istərdim ki, AAC Amerikada bizimlə birgə işləyən digər cəmiyyətləri də birləşdirən federasiya yaratmaq ideyası ətrafında fəaliyyətə başlamışdır. Biz cəmiyyətlər arasında belə bir əməkdaşlığın Amerikada gücümüzün və təsirimizin daha da artıracağına inanırıq.

      Eyni zamanda, biz ABŞ Konqresinin üzvləri ilə daim əlaqə saxlayır, Ermənistan-Azərbaycan münaqişəsi barədə obyektiv və həqiqətə uyğun məlumatları çatdırırıq. Çalışırıq ki, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların hələ də işğal altında olduğu, 1 milyondan çox azərbaycanlının didərgin düşdüyü dünya ictimaiyyətinin yaddaşından silinməsin. Bir neçə həftə öncə AAC Xocalı soyqırımını yad etmək məqsədi ilə Vaşinqton şəhərində etiraz aksiyası təşkil etmişdir. Bu aksiyada cəmiyyətimizin üzvləri, Nyu-York və Vaşinqtonda yaşayan soydaşlarımız, türk qardaş və bacılarımız iştirak etmişlər.

      Fevralın 24-də təşkil edilən aksiya Vaşinqtonun məşhur meydanlarının birində başlamış və Ermənistanın ABŞ-dakı səfirliyi qarşısına yürüş keçirilmişdir. Mən aksiya zamanı Ermənistan səfirliyi qarşısında etdiyim çıxışda bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırdım. Başqa çıxışlarda Amerika hökumətini və xalqını Xocalı faciəsini xatırlamağa,           Ermənistanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasətini görməyə çağırdıq. ABŞ Konqresinə müraciət edib Xocalı soyqırımını tanımağa və Ermənistanın işğal etdiyi ərazilərdən heç bir şərt irəli sürmədən geri çəkilməsini tələb etdik.

      ABŞ və Azərbaycan arasında münasibətlərin genişlənməsi ilə əlaqədar məmnunluqla bildirmək istəyirəm ki, Nyu-York şəhərinin meri Maykl Blumberq ilk dəfə olaraq, Novruz bayramını martın 28-də öz evində rəsmi ziyafətlə qeyd edəcəkdir. Onu da demək istəyirəm ki, bu gün - martın 16-da Nyu-Yorkun 2 milyondan çox əhalisi olan Bruqlen dairəsində Dünya azərbaycanlılarının II qurultayını qeyd edirlər. Bu da Bruqlen dairəsinin başçısı cənab Martin tərəfindən imzalanmış bəyanat nəticəsində mümkün olmuşdur.

        Biz inanırıq ki, strateci qərarlar və səmərəli fəaliyyətimiz Azərbaycanın Birləşmiş Ştatlarda daha geniş kütlələrə tanıdılmasına kömək edəcəkdir. Mədəni mübadilə, birgə biznes layihələri azərbaycanlıların amerikalılar tərəfindən daha yaxşı başa düşülməsinə gətirib çıxaracaqdır. AAC isə bunun həqiqətə çevrilməsindəki rolunu sevinclə və fəallıqla görəcəkdir.

       Beləliklə, biz Azərbaycanın dünya birliyində gələcəkdəki layiqli yerini fəxr və səbirsizliklə gözləyirik.

        Çıxışımı tamamlayaraq, millətimiz və vətənimizdən ötrü böyük önəm daşıyan bu möhtəşəm tədbirin təşkilatçılarına, bizlərə göstərdiyi diqqət və qayğı üçün şəxsən Prezident İlham Əliyevə nümayəndə heyətimiz adından dərin təşəkkürümü bildirirəm. Qurultaya işində uğurlar arzulayır və hamınızı birgə işləməyə çağırıram. Diqqətinizə görə sağ olun.

 

 

 

 

 

 

 

 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved