• Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib


ESTONİYA PARLAMENTİNİN DEPUTATI ELDAR ƏFƏNDİYEVİN ÇIXIŞI


- Zati-aliləri cənab Prezident!
Hörmətli xanımlar və cənablar!

    İlk növbədə, bu nüfuzlu foruma dəvət olunduğumuza görə bütün qrupumuz adından təşəkkürümü bildirmək, Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına səmimi salamlarımı yetirmək istəyirəm.

Mənim çıxışımı əvvəlki çıxışlarda qaldırılmış mövzulara özünəməxsus illüstrasiya kimi səciyyələndirmək olar. Burada Azərbaycanın hüdudlarından kənardakı icmaların xaricdə daha çox dost tapması üçün güclü olmasından danışıldı. Azərbaycan-Estoniya parlament dostluq qrupu iki il əvvəl yaradılmışdır və bu dövr ərzində Azərbaycan icmaları ilə birlikdə Azərbaycanın təbliğini maksimum fəallaşdırmağa, habelə siyasətçilərlə münasibətlər yaratmağa və Estoniyanın Azərbaycana dair mövqeyini bu və ya digər dərəcədə formalaşdırmağa səy göstərmişdir.

Əvvəlcə 10 nəfərdən ibarət qrupumuzun bir ildən sonra 22 üzvü var idi. Bu, Estoniya parlamentində güclü siyasətçilərdən ibarət olan, əslində, üçüncü qrupdur. Qrupumuzda 6 sabiq nazir, o cümlədən iki nəfər keçmiş xarici işlər naziri var. Ötən il qrupun üzvlərindən biri Avropa Parlamentinə və Cənubi Qafqaz üzrə qrupa üzv seçilmişdir.

Estoniyanın bəlkə də Azərbaycanla uzun əməli əlaqələri yoxdur. Görünür, buna görə də hər bir addımı ehtiyatla atmaq lazımdır ki, ictimaiyyət, kütləvi informasiya vasitələri, - Estoniya mətbuatı Avropada ən azad mətbuatlardan biridir, - bütün təşəbbüsləri xeyirxahlıqla və açıq qəbul etsinlər. Bir neçə təşəbbüsümüzü misal gətirmək istərdim. 2004-cü ildə Azərbaycan Mədəniyyəti Mərkəzi və bizim parlament qrupumuz məktəblilər arasında “Sən Azərbaycanı tanıyırsanmı, sən Türkiyəni tanıyırsanmı?” adlı festival-müsabiqə keçirmişdi. Biz müsabiqəni Estoniyanın bütün məktəbləri arasında keçirməyi düşünürdük. Lakin ilk gündən çox böyük, lakin müsbət çətinliklə qarşılaşdıq. Müsabiqədə iştirak etmək arzusunda olanların sayı həddindən artıq çox idi. Birinci həftə min məktəbli qeydiyyatdan keçmişdi. Ona görə də biz yalnız Tallinnlə məhdudlaşmalı olduq.

Məktəblərin direktorları deyinirdilər ki, hər yerdə “Azərbaycan, Türkiyə” mövzusundan söhbət gedir, bəs şagirdlər dərslərini nə vaxt oxuyacaqlar? Eston və rus məktəblərinin şagirdləri bəlkə də əvvəllər bu mövzu ilə qarşılaşmamışdılar. Müsabiqəyə ölkəmizin parlamentində yekun vurmaq məsələsi ortaya çıxanda parlament rəhbərliyi buna etiraz etmədi. Parlamentin sədri özü içtirakçılara əsas və həvəsləndirici mükafatları təqdim etdi. Mərasimdə Türkiyənin səfiri və Azərbaycan Milli Məclisi daimi komissiyasının sədri Əli Hüseynov da iştirak etdilər.

Mən bir misal da gətirəcəyəm. Mətbuat və Estoniya ictimaiyyəti qrupumuzun işini, Azərbaycan icmasının fəaliyyətini çox diqqətlə izləyirlər. Dialoqun baş tutması üçün biz icmamız, Azərbaycan haqqında silsilə televiziya verilişləri hazırlanması layihəsi ilə çıxış etdik. Silsiləni ən yaxşı telecurnalistlərimiz hazırladılar. Verilişlər o qədər maraqlı, lazımlı və əhəmiyyətli idi ki, tamaşaçıların xahişi ilə dəfələrlə təkrar nümayiş etdirildi.

Bu, ümumilikdə cəmiyyətimizdə Azərbaycan icmasına xoş münasibət, habelə Azərbaycana maraq yaradır. Parlament qruplarımızın arasında bu cür fəallığı ilə öyünə bilənlər azdır.

Estoniyadakı Azərbaycan icması azsaylıdır, cəmi min nəfərədək üzvü var. Əgər onları bu salonda əyləşdirsək, hələ boş yer də qalar. Lakin məhz bu min nəfər rəy yaratmağa, bütün problemləri, Azərbaycan xalqının maraqlarını maksimum şəkildə çatdırmağa çalışır və buna həqiqətən də nail olur.

Estoniya parlamenti Avropa Parlamentinin Azərbaycana və Türkiyəyə dair qəbul etdiyi bir çox bəyanatları, təəssüf ki, qəbul etməmişdir. Ümidvaram ki, parlamentimiz sizin simanızda, Azərbaycanın timsalında olan dostlarını itirməməyə çalışacaqdır.

    Yerli özünüidarə orqanları səviyyəsində iş və əməkdaşlıq böyük səmərə verir. Mən sizə respublikamızın üçüncü böyük şəhəri Narvanın rəhbərliyinin salamlarını çatdırıram. Onlar burada Avropada çox təşviq edilən və bir çox proqramlarla dəstəklənən bələdiyyələr səviyyəsində münasibət qurmaq məqsədi ilə qardaşlaşmağa şəhər tapmaq niyyətindədirlər ki, bələdiyyələr və konkret insanlar yaxşı əməkdaşlıq edə bilsinlər.

Sonda Nazim İbrahimova, Anar Məmmədxanova, Əli Hüseynova, Hidayət Orucova, Azər Qasımova, Nadir Əbilova, Azay Quliyevə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Onlar parlament komitəsində, Prezidentin İcra Aparatında işləyirlər və bizim dostlarımızdır. Onları Azərbaycan ilə Estoniya arasında, Azərbaycan xalqı ilə eston xalqı arasında münasibətlərin mühərriki adlandırmaq olar.

Qurultaya səmərəli iş arzulayıram. Diqqətinizə görə çox sağ olun. Çox sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved