• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİR QRUP İCTİMAİ XADİMƏ ŞÖHRƏT ORDENİ TƏQDİM ETMİŞDİR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə təltif olunmuş bir qrup ictimai xadimə martın 16-da Heydər Əliyev adına Sarayda, Dünya azərbaycanlılarının II qurultayında fasilə zamanı “Şöhrət” ordenini təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təltif barədə 2006-cı il 13 mart tarixli Sərəncam oxunduqdan sonra,dövlətimizin başçısı Azərbaycan diasporunun nümayəndələrinə-Natiq Bağırova,Oqtay Əfəndiyeva,Məmmədbağırov Əliyeva,Tomris Azəriyə və Yücel Artantaşa ölkəmizin yüksək mükafatını-“Şöhrət”ordenini təqdim etdi.

        Belarus Azərbaycan İcmaları Konqresinin sədri NATİQ BAĞIROV təşəkkür edərək dedi ki, ömrümdə çox mükafatlar almışam, lakin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən bu mükafat mənim üçün daha əzizdir. Çünki bu mükafat hər birimizin daim fərəhlə danışdığımız Azərbaycan dövlətinin mükafatıdır. Mən Sizi inandırmaq istərdim ki, bundan sonra da daha böyük qüvvə, sevgi ilə var gücümlə Azərbaycana xidmət edəcəm və bu mükafatı avans kimi qəbul edirəm.

 

        Ukrayna Azərbaycanlıları Konqresinin sədri OQTAY ƏFƏNDİYEV vurğuladı ki, cənab Prezident, mən bu yüksək dövlət mükafatını Ukraynada yaşayan azərbaycanlılara, diasporumuza göstərilən dövlət, atalıq qayğısı kimi qiymətləndirirəm. Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ukraynada 500 mindən ibarət böyük, güclü bir diaspor vardır və Sizi əmin etmək istəyirəm ki, hər birimiz Azərbaycan dövlətçiliyinin, xalqımızın gələcəyi naminə hər gün çalışmağa hazırıq.

 

       Ümumrusiya Azərbaycan Konqresinin prezidenti MƏMMƏDBAĞIR ƏLİYEV dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, Rusiyada fəaliyyət göstərən mütəşəkkil Azərbaycan diasporu ümummilli lider Heydər Əliyevin vaxtilə qarşımıza qoyduğu tapşırıqları dönmədən yerinə yetirəcəkdir.

 

        Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti TOMRİS AZƏRİ təşəkkürünü ifadə edərək dedi ki, cənab Prezident, çox sağ olun, mənə böyük şərəf verdiniz. Allah Sizə cansağlığı versin, Allah atanıza rəhmət eləsin.

 

       Türkiyə Böyük Millət Məclisinin deputatı YÜCEL ARTANTAŞ minnətdarlığını bildirərək dedi ki, mən 1978-ci ildə Sovet İttifaqına gəlmişdim. Onda Azərbaycanı da ziyarət etmək istəyirdim. İcazə vermək istəmirdilər, ancaq zorla da olsa, heyətlə ziyarətə gəldim. Hörmətli ulu öndər Heydər Əliyevlə ilk dəfə o zaman görüşmüşdüm. Azərbaycanlı olmağımdan əlavə, bir könül bağlılığımız da yarandı. Dedim ki, bizim Azərbaycana gəlməyimizə icazə vermirlər. Heydər Əliyev dedi ki, inşallah, bir gün gələcək, çox görüşəcəyik. O, Naxçıvana gələndə mən oraya getmişdim. Onunla görüşəndə dedi ki, gördünmü, demişdim, biz daha çox görüşəcəyik.

 

      Sizə bir daha təşəkkür edirəm. Bundan sonra da qarşımızda böyük vəzifələr vardır. Azərbaycan dövlətinin daha da güclənməsi üçün həm dünyada, həm də Türkiyədə üzərimizə düşən hər bir vəzifəni uğurla yerinə yetirəcəyik. Bundan hər kəs əmin ola bilər. Türk xalqı Sizi sevir. Həqiqəti deyirəm, Türkiyədə parlament, iqtidar, müxalifət - hamısı Sizə qəlbən hörmətlə yanaşır. Buna tam inana bilərsiniz.

 

Prezident İlham Əliyev təşəkkür edərək dedi:

 

    “Sizi yüksək mükafata görə bir daha təbrik edirəm. Bu, sizin fəaliyyətinizə Azərbaycan dövləti tərəfindən verilən böyük qiymətdir. Siz öz fəaliyyətinizlə dünya azərbaycanlılarının birliyini təmin etməyə çalışırsınız. Rəhbərlik etdiyiniz diasporlar çox fəaldır. Onlar bütövlükdə bir neçə milyon insanı birləşdirir. Azərbaycan diasporunun təşkilatlanmasında sizin böyük xidmətiniz olmuşdur. Nəzərə alsaq ki, bu proses son beş il ərzində, birinci qurultaydan sonra daha sürətlə gedir, biz deyə bilərik ki, qısa müddətdə sizin fəaliyyətiniz sayəsində böyük işlər görülübdür. Bu gün rəhbərlik etdiyiniz təşkilatlar yaşadığınız ölkələrdə artıq böyük gücə malikdir. Əminəm ki, bu qurultaydan sonra görüləcək işlər bizə imkan verəcək ki, daha da möhkəm mövqelərə malik olaq. Sizə də bu işdə yeni uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm.

 

      Prezident İlham Əliyev təltif olunanlarla xatirə şəkli çəkdirdi və çay süfrəsi arxasında söhbət etdi.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved