• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL


Martın 16-da “Fidan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Dünya azərbaycanlılarının II qurultayı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

 
Salona toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.
Prezident İlham Əliyev qəbulda nitq söylədi.

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!

      
Bizim qurultayımız başa çatdı, öz işini yekunlaşdırdı və bütün günü biz bərabər idik. Qurultayın çox böyük əhəmiyyəti var, tarixi əhəmiyyəti var. İkinci dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlirlər, öz problemlərini bölüşürlər, öz fikirlərini ifadə edirlər.

      Qurultayda həm nailiyyətlər haqqında çıxışlar oldu, eyni zamanda, bizim qarşımızda duran problemlər də müzakirə edildi. Bu da çox vacibdir. Çünki qurultayın əsas məqsədi son 5 il ərzində görülən işlərə qiymət vermək, onları təhlil etmək, əldə olunmuş nailiyyətləri ifadə etmək və eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmaq, müzakirə etmək, onların həlli yollarını aramaq və müəyyənləşdirmək idi. Mən hesab edirəm ki, bu iki məqsəd həm çıxışlarda, həm də qurultayın sənədlərində öz əksini tapdı. Qurultaydan sonra bizim xaricdəki diasporlarımız daha mütəşəkkil şəkildə fəaliyyət göstərəcək, azərbaycanlılar bir-birilə daha sıx bağlı olacaqlar.

      Xalqımız uzun illər idi ki, öz dövlət müstəqilliyindən məhrum olmuşdu. Azərbaycan müstəqil dövlət kimi cəmi 15 ildir yaşayır. Fikirləşəndə ki, hansı amillər bizi millət kimi qoruyub saxladı və möhkəmləndirdi, əlbəttə ki, ilk növbədə, bir neçə amil haqqında söz demək mümkündür. İlk növbədə, bizim dilimiz, doğma Azərbaycan dili, bizim mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, tariximiz - bu amillər azərbaycanlıları qorudu, saxladı, möhkəmləndirdi. Bu gün müstəqil dövlət kimi Azərbaycan öz siyasətini xalqımızın iradəsinə əsaslanaraq uğurla aparır.

     Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram. Çox məmnunam ki, bu gözəl gündə biz birlikdəyik. Siz qurultaydan sonra öz yaşadığınız ölkələrə qayıdacaqsınız. Əlbəttə ki, öz fikirlərinizi, öz ideyalarınızı orada yaşayan soydaşlarınıza çatdıracaqsınız. Ümidvaram ki, bu qurultay və onun qərarları, qəbul edilmiş sənədlər bizi daha da sıx birləşdirəcəkdir.

      Sizdən xahiş edirəm ki, xaricdə yaşayan bütün azərbaycanlılara Azərbaycandan salam çatdırasınız, mənim salamlarımı çatdırasınız. Bu, bizim hamımızın Vətənidir. Arzu edirəm ki, heç kimin heç bir problemi olmasın. Arzu edirəm ki, yaşadığınız ölkələrdə işiniz daha da avand olsun, daha da yüksək nailiyyətlərə çatasınız. Amma, Allah eləməsin, hansısa bir problemlə üzləşsəniz, bilin ki, doğma Azərbaycan var, sizin doğma torpağınız var, dövlət var. Sizi burada qarşılamağa hər zaman hazırıq.

     Mən bu badələri dünya azərbaycanlılarının şərəfinə qaldırmaq istəyirəm. Dünya azərbaycanlılarının birliyinin şərəfinə qaldırmaq istəyirəm. Bizimlə bərabər qurultayda iştirak etmiş bütün nümayəndələrə, bütün qonaqlara, ölkəmizi sevən bütün insanlara, Azərbaycana müxtəlif ölkələrdə dayaq olan insanlara, təşkilatlara öz minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumuzu bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir. Azərbaycan dövləti möhkəmlənəcək, zənginləşəcək və Azərbaycan xalqı sülh, rifah şəraitində yaşayacaqdır. Sağ olun.


MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved