• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYININ AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARINA MÜRACİƏTİ


Biz – Dünya azərbaycanlılarının II Qurultayının nümayəndələri eyni soykökə, müştərək milli-mənəvi dəyərlərə malik olan Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə müraciət edərək bildiririk ki, qardaş xalqlarımız öz tarixlərinin məsul anlarında bir-birinə dayaq olmuş, tarixi irslərini qoruyaraq zənginləşdirmiş, müstəqil dövlətləri olan Türkiyə Cümhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək üçün əlverişli imkan qazanmışlar.

 

Bu gün Azərbaycan xalqı istər 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını tanıyan və onun müstəqilliyinin möhkəmlənməsinə əməli kömək göstərən ilk dövlətin qardaş Türkiyə olduğunu böyük minnətdarlıq hissi ilə xatırlayır.

 

Tarixi taleləri bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək, qardaş köməyini bir-birindən əsirgəməmişlər. Türkiyənin azadlığını qoruyaraq, Çanaqqala döyüşlərində canından keçən azərbaycanlı könüllülər, 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda gedən mübarizədə şəhid olan türk əsgərləri xalqlarımızın tarixi yaddaşında yaşayaraq, sonrakı nəsillərə örnək olmuşlar.

 

Türk dünyasının iki böyük şəxsiyyətinin – ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları qarşılıqlı əlaqələrimizin dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın təməl prinsiplərini müəyyənləşdirmişdir.

 

Müasir dövrdə müstəqil dövlət kimi inkişaf dövrünü yaşayan Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti tarixi ənənələrə sadiq qalaraq, siyasi müttəfiqlik münasibətlərinin, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin dərinləşməsinə hərtərəfli səy göstərir, beynəlxalq təşkilatlarda ümumi mənafelərin birgə müdafiəsi üçün qüvvələrini əsirgəmirlər.

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng beynəlxalq enerci layihələrinin – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının uğurla həyata keçirilməsi, Qars-Tbilisi-Bakı dəmir yolunun reallaşmaqda olan çəkilişi qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmış, onların sosial rifahının yaxşılaşması, siyasi-strateci maraqlarının uzlaşdırılması və birgə qorunması üçün yeni perspektivlər açmışdır.

 

Müstəqil dövlətlərimizin regionun aparıcı qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə fəal şəkildə qoşulması, xalqlarımızın öz milli-mənəvi dəyərlərini və mədəni sərvətlərini qoruyaraq inkişaf etdirməsi bir sıra bədxah qüvvələrin, xüsusən erməni millətçilərinin əsassız iddialarının və təxribatçı fəaliyyətinin güclənməsinə səbəb olmuşdur. Beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycan və Türkiyəni gözdən salmağa, öz xəbis niyyətlərini həyata keçirməyə çalışan məkrli erməni təbliğatının ifşa edilməsi zərurəti dünyanın müxtəlif bölgələrində mövcud olan diaspor təşkilatlarımızın birgə səylərinin artırılmasını və əməkdaşlığının möhkəmləndirilməsini şərtləndirir.

 

Bu gün azərbaycanlı və türk icmaları yaşadıqları ölkələrdə birgə mədəni-kütləvi tədbirlər, müxtəlif aksiyalar keçirir, həmrəylik nümayiş etdirərək, vahid mövqedən çıxış edirlər. Bununla belə, qloballaşan dünyanın gerçəklikləri bu əməkdaşlığın dərinləşdirilməsini, azərbaycanlı və türk icmalarının vahid fəaliyyət konsepsiyasının hazırlanmasını tələb edir.

 

Dünya azərbaycanlılarının II qurultayı azərbaycanlı və türk icmalarının birgə fəaliyyət imkanlarını araşdırmaq və onun səmərəsinin artırılması ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumunu keçirməyi məqsədəuyğun hesab edir və onları bu toplantının işində fəal iştirak etməyə çağırır.

 

Qurultay nümayəndələri əmin olduqlarını bildirirlər ki, birgə forumun keçirilməsi Azərbaycan və türk diasporlarının əməkdaşlığını daha da gücləndirəcək, qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldıracaq və xalqlarımızın mənafelərinin qorunmasında mühüm rol oynayacaqdır.

 

Müraciət Dünya azərbaycanlılarının    II qurultayında qəbul olunmuşdur


                                                                                              Bakı şəhəri, 16 mart 2006-cı il.

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved