• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYININ KEÇİRİLMƏSİ ÜZRƏ İŞÇİ QRUPUNUN YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İCRA APARATI RƏHBƏRİNİN SƏRƏNCAMI


    Azərbaycan  Respublikası Prezidentinin “Dünya Azərbaycanlılarının I  Qurultayının Keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli 724 nömrəli Sərəncamının 2-ci bəndinə müvafiq olaraq qərara alıram:

1.        Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

 

Ramiz  Mehdiyev   -  Azərbaycan  Respublikası  Prezidentinin

                                    İcra Aparatının rəhbəri - işçi qrupunun

                                    rəhbəri

Abbas  Abbasov    -   Azərbaycan Respublikası Baş nazirinin

                                    birinci müavini

Elçin  Əfəndiyev     -  Azərbaycan Respublikası Baş nazirinin

                                    müavini

     

     Hidayət  Orucov       -  Azərbaycan Respublikasının  milli siyasət

                                      məsələləri üzrə Dövlət müşaviri

    Arif  Muradverdiyev -  Azərbaycan Respublikası Prezidentinin

                                           işlər müdiri

    Vilayət  Quliyev         -  Azərbaycan Respublikasının xarici işlər

                                           naziri

    Novruz  Məmədov     -  Azərbaycan Respublikası Prezidentinin 

                                           İcra Aparatının Xarici Əlaqələr

                                           şöbəsinin müdiri

    Əli Həsənov               -  Azərbaycan Respublikası Prezidentinin 

                                           İcra Aparatının İctimai-siyasi şöbəsinin

                                           Müdiri

    Yusif Hümbətov       -  Azərbaycan Respublikası Prezidentinin 

                                           İcra Aparatının Ərazi İdarəetmə orqanları

                                           ilə iş şöbəsinin müdiri

    Fatma Abdullazadə  -  Azərbaycan Respublikası Prezidentinin 

                                           İcra Aparatının Humanitar siyasət

                                           şöbəsinin müdiri

 

2.        İşçi qrupunun nəzdində 2001-ci il avqustun 1-dən dekabrın  1-nədək

fəaliyyət göstərən üç nəfərdən ibarət yardımçı qrup yaradılsın.

3.        Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə bağlı

tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

 

                                                                                            Azərbaycan Respublikası

                                                                                                              Prezidentinin İcra Apratının rəhbəri

                                                                                                                                      RAMİZ  MEHDİYEV

                                                                                                                                                30 iyul 2001-ci il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved