• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


GÜLÜSTAN SARAYINDA DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYININ İŞTİRAKÇILARI ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ


     - Əziz həmvətənlər!

    Hörmətli nümayəndələr, qonaqlar!

    Hörmətli xanımlar və cənablar!

    Dünya Azərbaycanlılarının I Qurultayı Öz işini bitirdi. Biz tam qətiyyətlə deyə bilərik ki, qurultay qarşısına qoyulmuş vəzifələri uğurla yerinə yetirdi. Qurultay dünya azərbaycanlılarının həmrəyliyini və birliyini daha da inkişaf etdirmək üçün çox əhəmiyyətli sənədlər qəbul etdi. Qurultayın ab-havası, nümayəndələrin əhval-ruhiyyəsi, onların qurultaydakı çıxışları, ayrı-ayrı komissiyalarda aparılan çox gərgin iş qurltayın uğurla başa çatmasına şərait yaratdı.

    Mən Dünya Azərbaycanlılarının I  Qurultayının uğurla başa çatması münasibətilə sizi təbrik edirəm, qurultayın işində iştirak etdiyinizə və onun sənədlərinin uğurla qəbul olunmasına görə hər birinizə təşəkkürlərimi bildirirəm.

   Dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişaf etməsi sahəsində I qurultay mühüm əhəmiyyətə malikdir və demək olar ki, dünya azərbaycanlılarının həyatında, müstəqil Azərbaycanın həyatında tarixi bir hadisə olmuşdur və dünya azərbaycanlılarının bundan sonra daha da həmrəy olması, daha da təşkilatlanması üçün yeni bir mərhələnin başlanğıcıdır.

   Siz razı olarsınız ki, bu qurultay bizim hamımıza - həm müstəqil Azərbaycan dövlətinə, həm Azərbaycanda yaşayan azərbaycanlılarla, bütün Azərbaycan vətəndaşlarına, həm də qurultaya gəlmiş nümayəndələrə, böyük nümayəndə heyətlərinə çox faydalı oldu. Biz bir-birimizlə bilavasitə yaxından görüşdük. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış və yaşayan azərbaycanlılar, qurultayda deyildiyi kimi, təşkilatlanırlar, icmalar formalaşır və artıq çox ölkələrdə mütəşəkkil Azərbaycan icmaları yaranıbdır. Bu icmalar bəzi yerlərdə bir neçə təşkilatdan ibarətdir, amma hamısı Azərbaycanın, azərbaycanlıların icmalarıdır. Bu iş Azərbaycan dövlət müstəqilliyini, əldə edəndən sonra tədricən irəliyə gedib, inkişaf edib və bunun nəticəsində, indiyə qədər görülən işlərin nəticəsində, Azərbaycan dövləti ilə, müstəqil Azərbaycan ilə dünyada yaşayan azərbaycanlıların, bizim həmyerlilərimizin əlaqələrinin inkişaf etməsi nəticəsində, I Qurultayın çağırılması mümkün oldu. Demək, biz birinci mərhələni yaşadıq. Bu birinci mərhələ, demək olar ki, təşəbbüslər nəticəsində meydana çıxmışdır. Ayrı-ayrı ölkələrdə azərbaycanlılar bir çox ildir təşkilatlanıblar, həmrəy olmağa çalışıblar və həmrəy olublar, Azərbaycan ilə əlaqələr qurublar. Azərbaycan dövləti isə müstəqil dövlət kimi, ayaq üstündə möhkəm həmrəyliyinizi daha da artıracaqsınız.

   Qurultayda dediyimiz kimi, biz işimizi bundan sonra daha da gücləndirəcəyik. Azərbaycan diasporunun müxtəlif ölkələrdə təşkil olunması üçün və qurultayda sizin irəliyə sürdüyünüz arzuların, istəklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görəcəyik. Mən qurultayın sonunda belə bir nəticəyə gəldim ki, həqiqətən, Azərbaycanda Azərbaycan diasporu ilə iş üçün xüsusi bir dövlət orqanı yaranmalıdır. Güman edirəm ki, biz bu günlərdə belə bir orqanı yaradacağıq və əlaqələr daha da genişlənəcək, daha da inkişaf edecək, daha da irəliyə gedəcəkdir.

  Hər bir xalq, hər bir millət, hər bir ölkənin vətəndaşı çalışmalıdır ki, öz doğma torpağına xidmət etsin. Biz burada öz xidmətlərimizi göstəririk. Sizdən isə çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır.

  Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkəsində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənlimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünə layiq yer tutmasını istəyirik. Azərbaycanlı, bizim həmvətənlimiz, həmyerlimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları Ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir.

  Azərbaycan dövlət müstəqilliyini əldə etməmişdən bir çox ölkələrdə, xüsusən bizdən uzaq ölkələrdə belə bir diyarın olmasını çoxları bilmirdi. Ancaq biz müstəqilliyimizi elan etdik. Ondan sonra isə öz xarici siyasətimizi ardıcıl surətdə həyata keçirməyə başladıq. Azərbaycan beynəlxalq təşkilatların tərkibinə daxil oldu və beləliklə, Azərbaycan indi dünyanın hər yerində tanıyırlar. Biri az, digəri çox. Ancaq əsas nəticə bundan ibarətdir ki, Azərbaycanı tanıyırlar. Bizim iqtisadi siyasətimiz, Azərbaycana dünyanın bir çox şirkətlərinin dəvət olunması, investisiyaların cəlb edilməsi, burada apardığımız müştərək işlər,        Azərbaycanda xarici ölkə vətəndaşlarının sayını xeyli artırmışdır. Onlar bizim vətəndaşlarımızla birgə işləyirlər və onlar da Azərbaycanı artıq dünyaya tanıdırlar. Ancaq hələ bunlar bizim işimizin başlanğıcıdır.

  Gərək biz, hamımız birlikdə çalışaq ki, müstəqil Azərbaycan dövləti, onun daxili siyasəti, Azərbaycanda gedən demokratik proseslər, Azərbaycanda gedən iqtisadi islahatlar, Azərbaycanda həyata keçirilən hüquq islahatları, insan hüquqlarının təmin olunması, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin yaranması və inkişaf etməsi bütün dünyaya çatsın və tanınsın.

  Təbiidir ki, siz burada bugünkü Azərbaycanı öz gözlərinizlə gördünüz. Mən dünən də dedim, bizim problemlərimiz çoxdur, Ancaq eyni zamanda xalqımız indi rahat yaşayır, xalqımız azaddır, müstəqildir, Öz taleyinin sahibidir. Siz bunları gördünüz. Hesab edirəm ki, bunlar hamısı bizim hər bir həmyerlimizin, həmvətənlimizin ürəyində böyük qürur hissi doğurur.

   Biz arzu edirik ki, siz hərəniz öz yerində yaxşı yaşayasınız. Biz arzu edirik ki, yaşadığınız ölkələrdə olan icmalarda bir-birinizlə mehriban olasınız, dost dolasınız, bir-birinizə yardım edəsiniz. Bir-birinizə paxıllıq etməməlisiniz. Çünki onsuz da, bizə paxıllıq edənlərin sayı çoxdur. Bir-birinizə mehriban olmalısınız. Mən Azərbaycanda xalqımızı buna dəvət edirəm ki, xa]q daha da yekdil olmalıdır, daha da həmrəy olmalıdır, daha da bir olmalıdır.

  Təbiidir ki, demokratik ölkədə ayrı-ayrı adamların müxtəlif siyasi dünyagörüşləri, dünyabaxışları var. Bu, təbiidir və buna heç kəsin etirazı ola bilməz. Ancaq ümummilli məsələlərin həllində, Azərbaycanın milli mənafelərinin qorunmasında Azərbaycanın bütün vətəndaşları həmrəy olmalıdır, bir olmalıdır bir-biri ilə toqquşmamalıdır. Mən bunu eyni zamanda sizə arzu edirəm. Hər bir Azərbaycan icmasında mehriban əhval-ruhiyyə olsun.

  Bilirsiniz, nə olur olsun, siz qürbətdə yaşayırsınız. İnsan Öz doğma torpağında yaşayanda, nə qədər çətin olsa da, yenə də torpaq ona güc verir, necə deyərlər, torpaq ona iradə verir. Amma siz qürbətdə yaşayırsınız. Mən bunu o mənada demirəm ki, qürbətdə yaşamaq pis şeydir. Yox. Ancaq bu anlayış da bütün dünyada da var, bizdə də var. Ona görə də qürbətdə yaşayan insanlar gərək bir-birinə daha da çox dayaq olsunlar, bir-birinə daha da çox əl tutsunlar. Mən güman edirəm ki, bizim sizinlə bir yerdə keçirdiyimiz birinci qurultay məhz bu vəzifələri yerinə yetirmək üçün olubdur və qurultay bu vəzifələrin yerinə yetiril-məsində bizim hamımıza - sizə də, bizə də yardıra edəcəkdir.

  Mən Azərbaycana gəlmiş nümayəndələrə, qonaqlara Azərbaycanı ziyarət etdiyinizə görə bir daha təşəkkür edirəm. Qurultayın işində fəal iştirak etdiyinizə görə bir daha təşəkkür edirəm. Qurultayın uğurla sona çatmasında hər birinizin xidmətini qiymətləndirirəm və təşəkkür edirəm. Dünyanın hansı qitəsində, hansı ölkəsində olmasından asılı olmayaraq, hər bir həmyerlimizə, həmvətənlimizə xoşbəxtlik arzu edirəm, cansağlığı, səadət arzu edirəm, işlərində uğurlar arzulayıram.

  Siz qurultaydan sonra yaşadığınız ölkələrə gedəcəksiniz. Xahiş edirəm, bizim salamımızı, hörmət - ehtiramınızı və məhəbbətimizi bütün həmyerlilərimizə çatdırasınız. Onlara çatdırasınız ki, Azərbaycan bütün imkanlardan istifadə edib həmyerliləri haqqında, həmvətənliləri haqqında daim düşünür və bundan sonra da düşünəcəkdir,

 Təklif edirəm, qədəhlərimizi müstəqil Azərbaycanın şərəfinə, dünyada yaşayan hər bir azərbaycanlının şərəfinə, bizim doğma həmyerlilərimizin şərəfinə, Azərbaycan xalqının şərəfinə, hər bir azərbaycanlının və hər bir həmyerlimizin sağlığı şərəfinə qaldıraq!

  Sağ olun.

 

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved