• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYINA HESABAT MƏRUZƏSİ


         

   Dünya Azərbaycanlılarının I Qurultayı əlamətdar tarixə, şərəfli bayram günlərinə təsadüf edir. Bu günlərdə biz Azərbaycanın dövlət müstəqilliyinin 10 illik yubileyini, müstəqil  dövlətimizin 10 ilini qürurla bayram etdik. Azərbaycan Prezidenti Heydər Əliyevin 23 may 2001-ci il tarixli qərarı ilə Dünay Azərbaycanlılarının I Qurultayının Məhz bu günlərdə toplaşması, əlbəttə təsadüfi deyil.Müstəqil dövlətçiliyimiz  bizim ən böyük tarixi sərvətimiz ,XX yüzildə qazandığımız ən böyük nailiyyətimizdir.Müstəqil Azərbaycan dövləti təkcə Vətən torpağında yaşayan azərbaycanlıların deyil, bütün dünya azərbaycanlıların deyil, bütün dünya azərbaycanlılarının mənəvi qələbəsidir, çağdaş dünyada milli varlığımızın təsdiqidir.

    Bügunku müstəqilliyimizə gətirib-çıxaran yol heç də hamar olmamışdır. Azərbaycan xalqının əsrlər boyu bəslədiyi arzular, xəyallar,  xalqımızın  milli istək və idealları , azadlıq əzmi, min illər boyu yaradılmış mənəvi-mədəni potensial, əcdadlarımızın bizə qoyub getdiyi əvəzsiz irs, adət və ənənələr, zəngin dövlətçilik tariximiz , ata-babalarımızın tarixi qəhrəmanlıq salnaməsi, neçə-neçə nəsillərin apardığı mübarizələr, insanların istiqlal uğrunda canından və qanından keçmələri müstəqilliyimizə aparan yolun zəminində durur.

  Lakin biz bu gün müstəqilliyimizdən daha qürurla danışa bilərik.Biz nəinki ata-babalarımızın yolunu davam etdirərək müstəqil dövlətçiliyimizi bərpa etmişik. Eyni zamanda on il ərzində qoruya bilmiş, gənc dövlətimizi hərtərəfli – həm iqtisadi, hüquqi, həm siyasi, həm də mənəvi baxımdan möhkəmləndirərək beynəlxalq aləmdə demokratik bir ölkə kimi tanıtmışıq. Bu gün dünya azərbaycanlılarının bir zamanlar müxtəlif səbəbdən tərk etdikləri Ana Vətəndə azad-asudə şəkildə toplaşmaları, onun taleyində iştirak etmələri də bunun bir sübutudur.

   Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan bir hadisədir. Bu gün dünya azərbaycanlıları müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində yığışaraq, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, onların ictimai təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi , dünya azərbaycanlılarının müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin genişləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində  dünya azərbaycanlılarının fəaliyyət platformasının müəyyənləşdirilməsi məsələlərini müzakirə edirlər.

    Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının yeganə mərkəzi, mənəvi məbədgahıdır. Bu gün dünya azərbaycanlıları fəxr edə bilərlər ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regiounun və beynəlxalq  aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır. Azərbaycanın  dövlət müstəqilliyini  qorumaq,  möhkəmlətmək  və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli , ardıcıl siyasətin nəticəsidir ki, indi “imzalar içində” öz xətti olan Azərbaycan dövləti hazırda bölgədə və dünyada baş verən əsas iqtisadi , siyasi , mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, baş verənlərə öz münasibətini bildirir və milli mənafeləri əzmlə qoruyur.

  İnsanların ictimai-siyasi şüur və özünüdərkinin yetkinliyi, əlbəttə, vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Bu mənada yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə , hüquq və azadlıqlarının  qorunmasına təminat verə bilər.Azərbaycan siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş imkanlar açmışdır.

  Azərbaycan xalqının böyük sərvəti olan Azərbaycan dövlətçiliyi onillik müstəqil inkşaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçmişdir.Yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan ona qarşı hələ də davam etməkdə  olan hərbi təcavüzə və onun ağır nəticələrinə baxmayaraq, bütün potensialını səfərbər edərək demokratik inkşaf yolunda böyük uğurlar əldə etməkdədir.Müstəqilliyinin ilk on ili ərzində gerçəkləşən milli ideyaların gücü ilə Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində qətiyyətli addımlarını atmaqda davam edir. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də məhz bu milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda atılan mühüm addımdır.

  

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved