• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


DÜNYA AZƏRBAYCANLILARININ 2001-Cİ İL NOYABRIN 9-10-DA BAKI ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ I QURULTAYININYEKUNLARI HAQQINDA MƏLUMAT


 

    Bu il 10 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX yüz ildə xalqımızın əldə etdiyi ən mühüm tarixi nailiyyətdir. Müstəqillik illərində ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl daxili və xarici siyasət sayəsində ictimai-siyasi sabitliyin bərqərar edilməsi, respublikamızın sosial-iqtisadi yüksəliş yoluna qədəm qoyması və beynəlxalq aləmdə Öz mövqeyini möhkəmləndirməsi Azərbaycanın daha da inkişafına səbəb olmuş,  dövlətimizə dünyanın  müxtəlif  ölkələrində  yaşayan  həmvətənlərimizin t aleyi  ilə yaxından maraqlanmaq, problemləri ilə məşğul olmaq imkanı vermişdir.

  Müstəqil Azərbaycan Respublikası tarixən müxtəlif  ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Azərbaycan dövləti də müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində dünya azərbaycanlılarının potensial imkanlarını və rolunu yüksək qiymətləndirir, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllində, xüsusən ölkəmizin beynəlxalq nüfuzunun artmasında xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimizin mütəşəkkil qüvvəyə çevrilməsinə mühüm əhəmiyyət verir. 2001-ci il mayın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanllıarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı.

   Sərəncamla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılmışdı ki, Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi məqsədi ilə işçi qrupu yaratsın, iş planı hazırlayaraq onun yerinə yetirilməsini temin etsin.

   Azərbaycan Respublikasının Prezidentinin Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə işçi qrupu yara-dılmış, qurultayın hazırlanması və keçirilməsi üzrə tədbirlər planı təsdiq olunmuşdur.

    Qurultaya hazırlıq dövründə işçi qrupu xaricdə yaşayan soydaşlarımızla intensiv əlaqə yaratmış, onlarla

birlikdə Dünya Azərbaycanlıları Qurultayının nümayəndəlik normasını və seçilməsi mexanizmini müəyyənləşdirmiş, nümayəndələrin qurultayda iştirakını təmin etmişdir. Bundan başqa, təşkilat komitəsi xaricdəki azərbaycanlıların təşkilatlarında təmsil olunmayan, lakin Azərbaycanla bu və ya digər tellərlə bağlı olan çoxlu həmvətənimizi - tanınmış ictimai, siyasi xadimləri və ziyalıları müəyyən  edərək, qurultaya qonaq kimi dəvət etmişdir.

   Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan. Avstriya, Rummıya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil edirdilər.

   Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.

   2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Prezident Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.

  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən böyük məm-nuniyyətlə dinlənilmiş və ruh yüksəkliyi ilə qarşılanmışdır. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Gürcüstan, Özbəkistan, Rusiya, Türkiyə və Ukraynadan, habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, Dünya Azərbaycanlılarının I qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər.

   Qurultay öz işini səkkiz komissiyada - "İnsan hüquqları və beynəlxalq əlaqələr", "Ana dili və azərbaycanşünaslıq", "Elm və təhsil", "Mədəniyyət", "İqtisadi əlaqələr", "Gənclər və idman məsələləri", "Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması məsələləri", "Kütləvi informasiya vasitələri və informasiya mübadiləsi" komissiya-larında davam etdirmişdir. Komissiyalarda səmərəli müzakirələr aparılmış və mühüm qərarlar qəbul edilmişdir.

   Noyabrın 10-da öz işini başa vuran qurultay "Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi", "Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti", "Dünya     Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti", "Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti", "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti" adlı sənədlərini qəbul etdi.

Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını və onun 23 nəfərdən ibarət İdarə heyətini, İdarə heyətinin sədrini və dörd müavinini seçdi. (Bu siyahılar mətbuatda dərc olunmuşdur).

Qurultayın qəbul etdiyi bütün qərarlar və sənədlər yeni yaradılmış Şuranın İdarə heyətinə təqdim edilmişdir. Dünyanın 37 ölkəsində məskunlaşmış bütün soydaşlarımızın və həmvətənlərimizin geniş təmsil olunduğu I qurultay dünya azərbaycanlılarının yekdil həmrəyliyi, səmərəli işgüzarlığı, ruh yüksəkliyi və fəallığı şəraitində keçmiş, müvəffəqiyyətlə öz işini yekunlaşdırmışdır. Bunu həm qurultay nümayəndələrinin əhval-ruhiyyəsi, həm də qurultayın ünvanına müxtəlif ölkələrdən, cəmiyyətlərdən, tanınmış ictimai-siyasi xadimlərdən, ayrı-ayrı şəxslərdən daxil olmuş yüzlərlə təbrik teleqramı və məktubu da təsdiq edir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların və ictimai təşkilatların geniş spektrini təmsil edən nümayəndələr də Dünya Azərbaycanlılarının I Qurultayına dəvət almışdılar. Lakin bir sıra siyasi partiya sədrləri - Müsavat partiyası, Milli İstiqlal partiyası, Xalq Cəbhəsi partiyası, Demokrat partiyası, Liberal partiyası və s. qurultaya dəvəti qəbul etməmiş və onun işində iştirak-dan imtina etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev qurultaydan sonra onun iştirakçılarının şərəfinə "Gülüstan" sarayında ziyafət vermişdir.

Qurultayın bütün xərcləri, o cümlədən nümayəndələrin yol, mehmanxana, yemək xərcləri Azərbaycan dövlətinin hesabına ödənilmişdir.

Dünya azərbaycanlılarının növbəti qurultayı 2004-cü ildə keçiriləcəkdir.

 

                                                                                                                              

                                                                         Dünya Azərbaycanlılarının  I Qurultayını 

 

                                                                                             hazırlayan  təşkilat komitəsi

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved