• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


DAXİL OLMUŞ TƏBRİKLƏR



AZƏRBAYCAN  RESPUBLİKASININ

  PREZİDENTİ  ZATİ - ALİLƏRİ

  CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

    Zati-aliləri,

    Əziz qardaşım Heydər Əliyev!

    Hörmətli qurultay iştirakçıları!

    Səhhətimlə əlaqədar olaraq , sizinlə birlikdə olmaq imkanı əldə edə bilmədiyim üçün təəssüfləndiyimi bildirir, bütün düşüncələrimi və qəlbimin arzularını aşağıdakı sətirlərlə ifadə etmək istəyirəm.

   Dünyada böyük nüfuza malik 50 milyonluq azərbaycanlının ilk dəfə müstəqil Azərbaycan dövlətində özünün birinci qurultayını keçirməsi bütün azərbaycanlıların həyatında, ümumən türk dünyasının həyatında böyük əlamətdar və tarixi bir hadisədir. Qurulatayın keçirilməsi ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 23 may tarixli sərancamından sonar, müxtəlif ölkələrdə mövcud olan azərbaycan cəmiyyətlərində , vəkflərində , dərnəklərində aparılmış işlərin və onun nəticəsi kimi böyük vüsət, coşğu ilə bu geniş salonda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının gələcəkdə keçiriləcək böyük silsilə görüşlərin , Azərbaycan diasporasının daha da möhkəmləndirilməsi sahəsində görüləcək işlərin başlanğıcını təşkil edəcəyi şübhəsizdir. Bu ideyanın  memarı Prezidet Heydər Əliyev, bunun həyata keçirildiyi məkan isə Azərbaycan Respublikasıdır.

   Bütün azərbaycanlıların bugünkü kimi heç bir zaman birliyə, həmrəyliyə ehtiyacı olmamışdır. Qloballaşmanın diktə edərək formalaşdırdığı və terror aktlarından sonra yeni şəkil almağa üz tutan dünya sistemində önəmli bir yeri olan müstəqil Azərbaycan dövləti özünün coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri ilə dünyanın diqqət mərkəzinə çevrilmişdir.  

    Xarici qüvvələr tərəfindən körüklənən Ermənistanın Azərbaycanın incisi olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etməsi bütün türk dünyasının qəlbinə saplanmış bir bıçaqdır. Dünya azərbaycanlıları mövcud yeganə suveren  Azərbaycan dövlətinin torpaq bütövlüyünün təmin edilməsi üçün bütün səylərini cəmləşdirməli, bu yolda yüksək həmrəylik nümayiş etdirməlidirlər.Müstəqil Azərbaycan Respublikası bütün Dünya Azərbaycanllılarının bir mayakıdır.

   Qurultayın Azərbaycanın müstəqilliyinin onuncu ildönümündə keçirilməsi bizləri ikiqat sevindirir. Tarixi baxımdan qısa vaxtda , Azərbaycanda  görülən işlər baxımından uzun dönəm hesab edilə biləcək bu on ilin zaman axarına baxdıqda, 1993-cü ildə Azərbaycanın parçalanaraq məhvolma təhlükəsi ilə üzləşdiyi bir dönəmdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin , bu gün daxilində stabilliyin , demokratiyanın , iqtisadi inkşafın bərqərar olduğu Azərbaycanı, beynəlxalq aləmdə sayılan bir mövqe yə gətirə bilməsini Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının bir şansı kimi dəyərləndirmək lazımdır.

    Türk dünyası üçün böyük önəm daşıyan və Azərbaycanda görülən işlərdən bir neçəsi haqqında qısaca məlumat vermək istəyirəm.1994-cü ildən əsrin müqaviləsinin imzalanması, bu anlaşma çərçivəsində Bakı-Tbilisi-Ceyhan boru xəttinin həyata keçirilməsinə start verilməsi, XX əsrin ən böyük layihələrindən biri olan tarixi “İpək yol”u layihəsinin on ölkənin prezidentlərinin iştirakı ilə Bakıda imzalanması, ölkədə latın əlifbasının həyata keçirilməsi –hər biri ayrılıqda türk dünyası tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.

   1995-ci ilin noyabr ayında qəbul edilmiş Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası  ölkədə demokratiyanın və yeni siyasi sistemin bərqərar olunmasına öz töhfəsini vermiş, bunun nəticəsində Azərbaycan 2000 və 2001-ci illərdə Avropa Şurasına və Parlament Assembleyasına  üzv seçilmişdir.

    Hər bir xalqın güclü, mütəşəkkil diasporaya malik olması həmin xalqın həyatında mühüm əhəmiyyət kəsb edir.Dünyanın müxtəlif bölgələrində mövcud olan Azərbaycan diasporası , fəaliyyət göstərən Azərbaycan icmaları, dərnəkləri, təşkilatları öz fəaliyyətlərini koordinasiya etdirməli, onların fəaliyyəti ilk növbədə Dağlıq Qarabağ probleminin həllinə öz müsbət təsirini göstərməlidir.İqtidar müxalifət, sağçı – solçu demədən bütün azərbaycanlılar bir araya gəlməli, Dağlıq Qarabağ probleminin və azərbaycanlıların  həyatında mühüm əhəmiyyət kəsb edən digər problemlərin həllinə öz töhfələrini verməlidirlər.

    Hörmətlə,

                                                                                                    İhsan Doğramacı

                                                                                                     Professor, doktor

 

   AZƏRBAYCAN  RESPUBLİKASININ

   PREZİDENTİ  ZATİ - ALİLƏRİ

   CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

 

     Çox hörmətli cənab Prezident !

     Dünaya Azərbaycanlılarının I Qurultaının keçirilməsi münasibətilə ən xoş təbriklərimi qəbul edin.

    Rusiyada Azərbaycan xalqının çoxsaylı layiqli nümayəndələri  yaşayır, onların 15 mindən çoxu Voronej vilayətini özünün  ikinci vətəni hesab edir.Vilayətdə fəaliyyət göstərən Azərbaycan ictimai birlikləri regionun mədəni  və ictimai həyatında fəal iştirak edir, millətlərarası münasibətlərin sabitləşdirilməsində etibarlı olaraq dayaq olmağa səy göstərir.

   Son illər Voronej vilayəti ilə Azərbaycan Respublikası arasında əlaqələr uğurla inkşaf edir: rəsmi şəxslərin qarşılıqlı səfərləri həyata keçirilmiş , ticarət-iqtisadi  və elmi-texniki əməkdaşlıq haqqında sazişin layihəsi  işlənib hazırlanmışdır. Bu saziş imzalandıqdan sonra, şübhəsiz, Azərbaycanla regionumuz arasındakı sıx əməkdaşlığa yeni təkan verəcəkdir.

    Voronejlilər hazırda uzunmüddətli xarakter daşıyan Rusiya-Azərbaycan əlaqələrinin inkşafında Sizin şəxsi xidmətlərinizi yüksək qiymətləndirirlər.

    Rusiya Federasiyası ilə Azərbaycan respublikası arasında əlaqələrin genişləndirilməsi sahəsində qurulatya səmərəli iş arzulayıram.

    Sizə əmin-amanlıq və tərəqqi diləyirəm!

    Səmimi hörmətlə,

                                                                                                      Vladimir Kulakov

                                                               Voronej vilayəti icra hakimiyyətinin başçısı

 

 

 AZƏRBAYCAN  RESPUBLİKASININ

  PREZİDENTİ  ZATİ - ALİLƏRİ

  CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

  DÜNYA AZƏRBAYCANLILARININ BİRİNCİ 

  QURULTAYININ

  İŞTİRAKÇILARINA

 

  Hörmətli Heydər Əliyeviç!

  Hörmətli qurultay iştirakçıları!

  Bütün dünya azərbaycanlıları qurultayının iştirakçılarını forumun işinə başlaması münasibətilə Buryatiya Respublikasının hökuməti adından və şəxsən öz adımdan  səmimi salamlayır və təbrik edirəm, sizə uğurlu iş və səmimi qərarlar qəbul olunmasını arzulayıram!

  Respublikamız Rusiya  Federasiyasının elə regionları sırasına daxildir ki, burada  dünyanın yüzdən artıq millət və xalqının nümayəndələri, o cümlədən mehriban Azərbaycan diasporu dinc yaşayır və çalışırlar. Fəxr edirik ki, bizdə, Burvatiyada hər hansı fəaliyyət sahələrində - istər siyasət və iqtisadiyyat , istərsə də mədəniyyət və təhsil sahələrində milli ziddiyyətlər olmayıbdır və yoxdur. Bu, bizim sərvətimizdir və biz onu nəinki rəsmi siyasətlə , həm də Buryatiya torpağında mövcud olan diasporaların özlərinin köməyi ilə qoruyub saxlamağa və zənginləşdirməyə çalışırıq.

  Azərbaycanlıların öz sıralarında  5 mindən çox adamı birləşdirən  “Vətən” həmyerlilər birliyinin respublikada fəaliyyəti ən səciyyəvi misaldır.Azərbaycanlılar iqtisadiyyatın bütün sahələrində işləyir, Buryatiyanın siyasi və işguzar dairələrində, respublikanınn hüquq –mühafizə orqanlarında geniş təmsil olunmuşlar. Azərbaycanlı inşaatçılar republikamızda xüsusi hörmətə malikdirlər. Biz Baykal-Amur magistralının Buryatiya sahəsində çalışmış Azərbaycanın komsomol dəstəsini xatırlayırıq. Milli koloritin və memarlığın  rövnəq verdiyi qəsəbələr, binalar və qurğular onlardan yadigardır. Hörmətli Prezident, Sizin BAM-da olmağınızı, sərt təbiətli tayqa diyarı ilə tanışlığınızı da xatırlayırıq…

 “Vətən” həmyerlilər birliyi respublikanın ictimai həyatında fəal iştirak edərək, nəinki başqa xalqların nümayəndələrini də cəlb etməklə öz milli bayramlarını keçirir, həm də “ Saqaalqan” və “Surxarban” ümumrespublika buryat milli bayramlarına,  çoxmillətli diyarımızda təşkil olunan digər ən mühüm  tədbirlərə  yaxından qatılırlar.

  Hörmətli qurultay iştirakçıları, icazə verin, Buryatiya xalqları adından sizin hamınıza cansağlığı , səadət və tarixi Vətəninizə- Azərbaycana tərəqqi, dünya xalqları arasında dostluğun möhkəmlənməsi naminə qurultaya səmərəli fəaliyyət arzulayım.

  Hörmətlə,

                                                                                                     Leonid Potapov

                                                                           Buryatiya Respublikası hökumətinin

                                                                                                            Prezident-sədri

 

                                                                                                          Ulan-Ude şəhəri

 

 

  AZƏRBAYCAN  RESPUBLİKASININ

  PREZİDENTİ  ZATİ - ALİLƏRİ

  CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

  Əziz cənab Prezident!

  Ölkəmizin azadlığının və müstəqilliyinin onuncu ildönümü münasibətilə , eləcə də Dünya Azərbaycanlılarının Qurultayının Bakıda başlaması münasibətilə ən səmimi təbriklərimi bildirirəm.

  Səylə işlədiyiniz üçün sizə təşəkkür edirəm. Sizinlə1994-cü ildəki görüşüm xatirimdədir. Biz “Uşaqlıq dövrünü keçirən azadlığ” ın öz inkşafının dördüncü ilini yaşadığını, eləcədə böyüyüb 18 yaşına çatanda , ölkəmizin uzaq gələcək üçün həyat qabiliyyətini  saxlamağa əsası olacağını müzakirə etmişdik.

  “Uşaqlıq dövrünü keçirən azadlığ”ı  böyüdüb on yaşına çatdırmaq üçün göstərdiyiniz səmimi səylərə görə sizə Amerika-Azərbaycan dostluq cəmiyyətinin adından bir daha təşəkkür edirəm.

  Bakıda Dünya Azərbaycanlılarının Qurulatayının başlandığı bir gündə Azərbaycanın azadlığının müdafiəçisi kimi mən həmyerlilərimizin sevincinə şərik çıxıram. Ürəkdən inanıram ki, bu qurultay xalqımızın birliyinin möhkəmləndirilməsi istiqamətində , eləcə də böyüyüb 18 yaşına çatanda , ölkəmizin uzaq gələcək üçün həyat qabiliyyətini saxlamağa əsası olacağını müzakirə etmişdik.

   “Uşaqlıq dövrünü keçirən azadlığ” ı böyüdüb on yaşına çatdırmaq üçün göstərdiyiniz səmimi səylərə görə sizə Amerika-Azərbaycan dostluq cəmiyyətinin adından bir daha təşəkkür edirəm.

   Bakıda Dünya Azərbaycanlılarının Qurultayının başlandığı bir gündə Azərbaycanın azadlığının müdafiəçisi kimi mən həmyerlilərimizin sevincinə şərik çıxıram.Ürəkdə inanıram ki, bu qurultay xalqımızın birliyinin möhkəmləndirilməsi istiqamətində, eləcə də bu birliyin sırf etnik birlikdən çox , dünyada sülh və əməkdaşlıq naminə müsbət qüvvəyə çevrilməsi istiqamətində böyük addımdır.

  Səmimiyyətlə sizin,

                                                                                                                   REY BOR

                                            Amerika-Azərbaycan dostluq Cəmiyyətinin prezidenti

                                                                              ABŞ, Orinc, 8 noyabr 2001- ci il

 

 

      AZƏRBAYCAN  RESPUBLİKASININ

      PREZİDENTİ ZATİ-ALİLƏRİ

      CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

     Hörmətli Heydər Əlirza oğlu!

     Sizi Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi münasibətilə təbrik edirəm!

     Azərbaycan və rus xalqlarının tarixi əlaqələri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin, dostluğun və əməkdaşlığın əsasını təşkil edir.

    Vilayətdə yaşayan azərbaycanlıların milli-mədəni cəmiyyətləri regionumuzun ictimai, mədəni və social-iqtisadi həyatında fəal iştirak edirlər.

     Vilayətin İcra hakimiyyəti qüvvədə olan qanunlara uyğun olaraq, Azərbaycan diasporunun fəaliyyəti üçün lazımi şəraiti yaradır.

     Əminəm ki, Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycanın ictimai və siyasi həyatında özünə layiqli yer tutacaq və ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqdır.

     Sizə möhkəm cansağlığı, dövlət müdrikliyi, siyasi uzaqgörənlik, Sizə və Azərbaycan xalqına uğurlar, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

   Hörmətlə,

                

                                                                                                    Vladimir Yeqorov

                                                                       Kalinqrad vilayəti icra hakimiyyətinin

                                                                                                   başçısı (qubernator)

 

  AZƏRBAYCAN  RESPUBLİKASININ

   PREZİDENTİ ZATİ-ALİLƏRİ

   CƏNAB HEYDƏR ƏLİYEVƏ

 

   DÜNYA AZƏRBAYCANLILARININ FORUMUNUN

   İŞTİRAKÇILARINA

   Hörmətli qardaşlar və bacılar!

   Sizi, Azərbaycanın oğul və qızlarını, müstəqil Vətənimizin paytaxtı –Bakı şəhərində keçirilən azərbaycanlıların ilk forumunun başlanması münasibətilə təbrik edirəm.

   Qısa müddətli ilk Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun canlı şahidi olan bir adam kimi mən bizim ölkənin onillik müstəqilliyini böyük nailiyyət hesab edirəm, dünya ictimaiyyətinə inteqrasiyasını  və müvəffəqiyyətli inkşafını yüksək qiymətləndirirəm.

   Mənim qəlbim sizinlədi, əziz azərbaycanlı həmvətənlərim.

   Bu gün milli qürur günüdür. Bu, hörmətli Azərbaycan Prezidenti Heydər Əliyevin və onun hökumətinin siyasəti nəticəsində əldə olunmuşdur. Mən cismani cəhətdən sizinlə olmasam da, qəlbən sizinləyəm. Allah sizləri qorusun. Qoy bu torpaq sizin üçün və gələcək nəsilləriniz üçün cənnətə dönsün.

   Böyük sevgi ilə,

                                                                               

                                                                                   Züleyxa Əsədullayeva-Veber

                                                                                   Nyu-York, 7 noyabr 2001-ci il.

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved