• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


QURULTAYIN AÇILIŞINDA AMEA-NIN PREZİDENTİ MAHMUD KƏRİMOVUN ÇIXIŞI


   

 

   Möhtərəm cənab Prezident!

  Hörmətli qurultay nümayəndələri!

  Əziz qonaqlar!

  Xanımlar və cənablar!

  İcazə verin, Sizi- xalqımızın həyatında əlamətdar tarixi hadisə olan Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçılarını ürəkdən salamlayım və yüksək foromun keçirilməsi münasibətilə Sizi və sizin şəxsinizdə bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edim, hamınıza cansağlığı, uğurlar, ailənizə, yaxınlarınıza xoşbəxtlik arzulayıram.

   Təbiidir ki, Sizi uzaq yolları qət edib doğma Azərbaycana gətirən, bu möhtəşəm saraya toplayan bir böyük, ulu amal var, o da Azərbaycan amalıdır. Artıq on ildir ki, Azərbaycan xalqımızın neçə-neçə nəslinin əsrlər boyu həsrətində olduğu azadlığa, müstəqilliyə qovuşmuşdur və müstəqil inkşaf yollarında inamla addımlayır. Bu on il ərzində görülmüş işlər sahəsində Azərbaycanımızın müstəqilliyi möhkəmlənərək, dönməz xarakter almışdır. Yəqin ki, Azərbaycandan uzaqda yaşasanız da onun əldə etdiyi uğurlardan , üzləşdiyi problemlərdən xəbər tutursunuz.Qurultay günlərində bunlarla daha yaxından tanışlıq üçün bəzi imkanlarınız olacaqdır.

  Azərbaycan uğurları, nailiyyətləri hamımızı sevindirir, problemləri isə qayğılandırır, narahat edir.Bəşər sivilizasiyasına Nizamilər, Fizulilər, Nəsimilər, Xətailər bəxş etmiş bu diyarın azad, xoşbəxt həyat qurmağa tam haqqı vardır. Tarixin xalqımıza verdiyi bu gözəl fürsətdən istifadə edərək , belə bir həyata qovuşmaq üçün təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından uzaqlarda yaşayan soydaşlar da doğma torpaq, el-oba qarşısında müqəddəs övladlıq borclarını yerinə yetirməlidirlər.

  Bunun üçün isə azərbaycançılıq ideyalarına əsaslanan milli birlik, bütün azərbaycanlıların həmrəyliyi, onların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi ən mühüm şərtlərdəndir.

  Bəllidir ki, xarici ölkələrdə məskunlaşmış hər bir azərbaycanlının yaşadığı ölkədəki həyatı ilə bağlı öz qayğıları, öz problemləri vardır.LAkin əcdadlarımızın  bizə miras qoyduğu bu yurdun, artıq dünya birliyinin tam hüquqlu üzvü olmuş müstəqil Azərbaycan Respublikasının qayğıları ilə də yaşamaq, harada məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.Qurultayımızın  da  əsas qayəsi bu vəzifənin yerinə yetirilməsi üçün yollar aramaq, bütün dünyua azərbaycanlılarının həmrəyliyini möhkəmləndirəərək onların müstəqil Azərbaycan Respublikası  ilə əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi məsələlərinə işıq salmaq, müzakirələrdə verilən təkliflərə baxaraq tövsiyələr və qərarlar hazırlamaqdır.Azərbaycançılıq ideyalarının təntənəsi naminə gördüyünüz nəcib işlərdə hamınıza uğurlar arzulayır, qurultayın işinə müvvəffəqiyyətlər diləyirəm.

  Qurultayda dünyanın 37 ölkəsindən seçilmiş 1193 nümayəndədən 1108-i, habelə 907 qonaq iştirak edir.Yetərsay var.Qurultayımız öz işinə başlaya bilər.Dünya Azərbaycanlılarının I Qurultayını açıq elan edirəm.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved