• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN DEPUTATI ASLAN AYDARIN ÇIXIŞI


    -Hörmətli Cümhur Başqanım!
     Hörmətli xanımlar və cənablar!
     Əziz qonaqlar!
Sözlərimə Türliyədə yaşayan 65 milyon türkün salamlarını sizə yetirməklə başlamaq istəyirəm.Bu gözəl duyğularla sizləri ehtiramla salamlayıram.
     Hörmətli Cümhur Başqanım,Dünya Azərbaycanlılarının I Qurultayının təşkil  olunması işində Sizin necə zəhmət çəkdiyinizi yaxşı bilirik.Getdiyiniz hər bir ölkədə azərbaycanlıları ətrafınıza toplayaraq onları,nəhayət,bu arada bir araya gətirdiyiniz üçün Sizi təbrik edir,Zati-alinizə öz minnətdarlığımızı bildiririk. I qurultayımız bütün azərbaycanlılar və türk dünyası üçün xeyirli olsun!
     Əziz qonaqlar,hər zaman Azərbaycan adı gələndə mən hökmən həyəcanlanır,duyğu seli içində qalır,sözlərimə nədən və necə başlayacağımı şaşırır,düşüncələrimi dilə gətirməkdə ,hətta söz tapmaqda çətinlik çəkirəm.Mən özümü tanıyandan beləyəm.On beş ildən bəri Azərbaycana gəlib-getsəm də ,bu həyatımı dəyişməyibdir.
      Mənim Azərbaycanla münasibətlərim nə ticarət,nə turizm səciyyəsi,nə siyasi,nə mədəni səciyyə daşıyır,bu dost ziyarəti də deyildir.Mənim Azərbaycanla əlaqəm ata-babadan qalan və əsla qovuşa bilmədiyim bir həsrətdir.Çünki mənim uşaqlığım yerini-yurdunu ,evini,sevgilisini,uşağını, ata-anasını “qaça-qaçda” itirmiş ,bu itkilərdən xəbər tuta bilməmiş ,o acılarla yaşamış,o həsrətlə dünyasını dəyişmiş insanların hüznlə danışdıqları gerçək hekayətləri dinləməklə keçmişdir.
       Bu o hüznlü insanların bizə qoyub getdikləri bir həsrət mirasıdır.Əhməd Cavad:


                                               “Mən hər gələn bir mayısa
                                               Çox ümidlər bağlayıram,
                                               Hər gələcək mayıs üçün
                                               Nisan ağlar,mən ağlaram”


  -demişdi.Mən də o cür ağlayan ,ancaq Vətəninə qonuşmadan ölənlərin mirasını daşıyıram.Mən öz həsrətınə qovuşma bəxtiyarlığını,həsrətimin qaynağı olan,lakin qonuşa bilməyən atamın,babamın,nənəmin məhşərə qalmış həsrətini birlikdə yaşayıram.Buna görə də bu halımı üzürlü saymağınızı və bağışlamağınızı diləyirəm.
      Hörmətli Cümhur Başqanım!
      Əziz qonaqlar!
     Hazırda dünyada çox önəmli hadisələr var.BunlarTürk torpaqlarında ,qonşu ölkələrdə yaşanır.Bu baxımdan ,Türk dünyası öz əlaqələrini daha da möhkəmləndirməli,səfərbər olmalıdır.
     Qarabağ,Kipr,Xəzər,Qafqaz,Balkanlar,Şərqi Türküstan,Cənubi Azərbaycan və digər problemlər artıq insanların və cəmiyyətlərin ağlına sual kimi daxil olmuşdursa,bir gün mütləq həll ediləcəkdir.
     Ağla gələn bir sual yüksələn bir bayraqdır!
    Sosiologiyanın banisi sayılan və Qərb dünyasında Şərqin Monteskyösü adlandırılan İbn Xəldun demişdir:”Hər hansı bir xüsus insanlar və cəmiyyətlər üçün maddi və mənəvi bir arzu,istək şəklində ortaya çıxsa və bu arzuların gerçəkləşməsi çox ağır mübarizə nəticəsində təmin olunsa,bu həmin cəmiyyətləri inkişaf etdirir və uğura çatdırır”,
    Türk millətinin əbədi olan əməlləri də çox çətin yollardan və çox məşəqqətli mərhələlərdən keçərək gerçəkləşir.
    Dünyanı öz təsiri altına alan və bəşəriyyət üçün çox mesajlar daşıyan,ancaq ara- sıra bəzi problemlərin ortaya çıxmasına səbəb olan müasir dünyada bütün cəmiyyətlərin sülh yolu ilə öz əlaqələrini inkişaf etdirməli,mədəni,siyasi,iqtisadi və digər xüsuslarda inteqrasiya yaratmaq fikri hər bir cəmiyyəti ,xüsusilə də yaxın maddi və mənəvi dəyərlərə sahib olanları birliyə və bərabərliyə çağırır.
    Cəmiyyətlər arasındakı əlaqələr ortaq cəhətləri ortaya çıxarmaq vasitəsilə mümkün olduğu üçün ,ortaq cəhətləri çox olan  insanlar və cəmiyyətlər münasibətləri inkişaf etdirməli,sülh və əmin-amanlığa mane olan ziddiyyətləri aradan qaldırmağa çalışmalıdırlar.
     Mənim fikrimcə,Türkiyə və Azərbaycan,Türkiyə ilə digər türkdilli respublikalar arasında heç bir ziddiyyyət mövcud deyildir.Əlaqələrimizin inkişafında lənglik yaxın tarixin  ortaya çıxardığı bəzi siyasi təşəkküllərlə,bəzi xarici ölkələrin itirməkdən qorxduqları  mənafeləri ilə ,ölkələrimizin iqtisadi sahədə qarşılaşdıqları çətinliklərlə bağlıdır.
    Odlar yurdu insanların ürəyində yanan alovlar bizim də ürəyimizdə yanır.Bu alovlar bəlkə də yaxındakıları bir qədər  çox yandırır.Bu alovlar  bizi yandırır,eyni zamanda gələcəyin düşüncələrini  ,planlarını da bişirir.Bu bir həqiqətdir.
    Hörmətli Cümhur Başqanım!
    Siz 2001-ci ilin 9 noyanrnı Dünya azərbaycanlılarının birlik və həmrəyilik günü kimi tarixə qızıl hərflərlə yazmağı bacardınız.
    Bu mənada insanların v cəmiyyətin bu cür çətinlikləri necə aradan qaldırdıqlarını və möcüzələri necə gerçəkləşdirdiklərini təcrübədə şəxsən  sınamış böyük Atatürkün bu sözlərini siqqətinizə çatdırmağı istəyirəm:
    “Fəlakətlər insanları daim əzmkar olmağa,həmlələrə sövq edir.

Çalışmadan,yorulmadan,öyrənmədən rahat yaşamaq yollarını aramağı ehtiyac halına gətirmiş insanlar əvvəlcə hürriyyətlərini ,sonra heysiyyətlərini ,axırda isə istiqballarını itirməyə məhkumdirlar”,
      Hörmətli Cümhur Başqanım!
      Bir azərbaycanlı kimi Zati-alinizə müraciət edərək deyirəm: torpağımızın 20 faizini işğal altında saxlayan və bir milyon soydaşımızı zəlil edən ermənilərə bildirin ki,səbrimiz daşmaq üzrədir!
      İşğal etdikləri torpaqlarımızdan şəkilməsələr,türk dənizi içində bir ada olan ermənilər türk dənizi içində məhv olmağa məhkumdurlar!
      Azərbaycanın Ali Baş Komandanı kimi Sizin əmrlərinizi gözləyirik!
      Bu əhval içində mən hər şeydən ,hər kəsdən bəhs etmək istərdim.Bəhs ediləcək və burada anılacaq o qədər mövzu və insan var ki! Mikayıl Azaflının çox gözəl ifadə etdiyi kimi:


                                              Dədə Qorqudun sənəti var!
                                              Babəkin qeyrəti var!
                                              Nizaminin qüdrəti var!
                                              Füzulinin möhnəti var!
                                              Koroğlunun şücaəti var!
                                              Xətainin rəğbəti var!
                                              Qurbaninin hikməti var!
                                              Abbasın məhəbbəti var!
                                              Ələsgərin zəhməti var!
                                              Hüseynin söhbəti var!
                                              Vurğunun hörməti var!
                                              Ataların sədaqəti var!
                                              Azərbaycanın şöhrəti var!


  Onların hamısının bizdə dərin məhəbbəti var.Ona görə də onlardan uzun-uzadı vəhs etmək və bu fikirləri sizlərlə paylaşmaq arzusu da bizdə var.Ancaq daha vaxtınızı çox almaq istəmirəm.Şair deyir ki:
       Bayraqları bayraq edən üstündəki qandır,
       Torpaq,əgər uğrunda ölən varsa ,Vətəndir!
    Şanlı Azərbaycan bayrağı üçün şəhidlər verdik,qan tökdük.Türklüyü,islamı və mədəniyyəti özünün rəmzi etmiş olan Azərbaycan bayrağı heç bir zaman Azərbaycanın səmasından aşağı enməyəcəkdir.Buna Allaha inandığım qədər inanıram.
     Bu duyğu və düşüncələrlə qurultayımızın Azərbaycanımıza ,dünya türklərinə xeyirlər gətirməsini Allah-Təaladan arzu edir,başda Zati-aliniz olmaqla,buraya təşrif gətirmiş bütün qonaqlara ən dərin salam və sayğılarımı təqdim edirəm.Sizi Allah-Təalaya əmanət edirəm.

 

  

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved