• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


AMERİKANIN AZƏRBAYCAN CƏMİYYƏTİNİN PREZİDENTİ TOMİRİS AZƏRİNİN ÇIXIŞI


- Möhtərəm cənab Prezident!

Əziz həmvətənlər!

Əziz qonaqlar!

Bu gün özümü xoşbəxt hiss edirəm ki, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Meksikada yaşayan azərbaycanlıların adından çıxış etmək şərəfinə nail olmuşam.

Mən Amerikada azərbaycanlıların ən qədim təşkilatı olan Amerikanın Azərbaycan Cəmiyyətini təmsil edirəm. Bizim ata-babalarımız 1958-ci ildə bu cəmiyyəti yaradarkən Azərbaycan dilini, mədəniyyətini, ruhunu, özləri ilə gətirdikləri Azərbaycan həsrətini yaşatmağı bizə miras qoymaq istəmişlər.

Xatırlayıram, mənim babam, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Təhlükəsizlik Naziri Nağı Şeyxzamanlı Azərbaycan haqqında böyük məhəbbətlə danışırdı. Onun gözləri qarşısında yaranan dövlət haqqında həyəcanla danışırdı. O, həmişə bizə deyirdi: “Heç bir yerdə məskən salmayın, bizim gözəl ölkəmiz var. Nə vaxtısa bir gün hamımız geri dönüb, orada yaşayacağıq”.

1918-ci ildə bütövlükdə müsəlman Şərqində ilk demokratik cümhuriyyət quran bir millətin təmsilçiləri olduğumuza görə biz qürur duyuruq. Cəmiyyətimizi yaradanların çoxu Azərbaycanı bir daha müstəqil görmək arzusu, ürəklərində Vətən yanğısı, dillərində “Vətən” sözü ilə dünyalarını dəyişsələr də, şükürlər olsun ki, biz bu günün şahidi olduq.

Mən, təşəbbüs göstərərək, dünya azərbaycanlılarını Bakıda ilk qurultaya topladığına görə möhtərəm Prezidentimiz Heydər Əliyevə təşəkkürümü bildirirəm. Burada iştirak edən bütün həmvətənlərimi salamlayıram.

Amerika azərbaycanlıları Vətəndən uzaqda yaşayan digərləri ilə çiyin-çiyinə duraraq, Azərbyacanın müstəqilliyinin möhkəmlənməsi, onun beynəlxalq aləmdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında öz layiqli yerini tutması üçün əlindən gələni edəcəklər. Biz, yeni nəsil bu missiyanın əsas daşıyıcılarıyıq.

Cəmiyyətimizin son zamanlar bu istiqamətdə gördüyü bir sıra işləri diqqətinizə çatdırmaq istəyirəm. Amerika Birləşmiş Ştatları Azərbaycanın strateji tərəfdaşı olsa da, neçə illərdən bəri ədalətsiz 907-ci düzəliş üzündən Vətənimizlə lazımi əməkdaşlıq qura bilmir. Amerikanın Azərbaycan Cəmiyyəti illərdən bəri 907-ci düzəlişin aradan qaldırılması üçün geniş miqyaslı kampaniya keçirərək, digər diaspor təşkilatları ilə birlikdə konqresmen və senatorlarla da iş aparır. Bu ədalətsiz düzəlişin aradan qaldırılması üçün çalışır. Inşallah, biz məqsədimizə nail olacağıq.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri Amerikada yaymaq üçün cəmiyyətimiz Azərbaycana dost olan digər millətlərin diasporu ilə birlikdə düşmənlərimizlə əsl informasiya müharibəsi aparır. Biz hər ştatda azərbaycanlıları təşkil olunmuş cəmiyyətlərə yığmağa çalışırıq. Birlikdə milli bayramlarımızı keçiririk, adət-ənənələrimizi qoruyuruq. Elə üç həftə öncə Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə birlikdə müstəqilliyimizin bərpasının on illiyini qeyd etdiyimiz bayrama 300-dən çox həmvətənimiz toplaşmışdı.

Bilirəm ki, bu günədək etdiklərimiz kifayət deyildir. Azərbaycanın Amerikada layiqincə təmsil olunması üçün hələ çox işlər görməliyik. Vətənimizin bu gün qarşılaşdığı çətinliklər o qədər çoxdur ki, xaricdə yaşayan hər bir azərbaycanlı ona öz yardımı ilə dəstəyini yetirməlidir. Mən bu gün bütün Amerika qitəsində yaşayan azərbaycanlılar adından inamla deyirəm ki, biz Azərbaycanın ali məqsədləri üçün Azərbaycan hökuməti ilə birlikdə çalışacağıq, Vətənimizin ərazi bütövlüyü, suverenliyi naminə əlimizdən gələni əsirgəməyəcəyik.

Biz Vətəndən uzaqlarda yaşasaq da, özümüzü Azərbaycan Respublikasının ayrılmaz hissəsi sayırıq. Cəmiyyətimizin üzvləri və Amerika yaşayan əksər azərbaycanlılar Azərbaycan Respublikasının vətəndaşı olmaq arzusunu həmişə həyəcanla ifadə etmişlər. Mən onların bu Vətən həsrətini, arzularını bu yüksək qurultayın və Azərbaycan hökumətinin diqqətinə çatdırmağı özümə borc bilirəm.

Çıxışımı tamamlayaraq, bir daha millətimiz və Vətənimiz üçün böyük önəm daşıyan bu möhtəşəm tədbirin təşkilatçılarına, bizlərə göstərdiyi diqqət və qayğı üçün şəxsən xalqımızın şərəfli oğlu möhtərəm Prezidentimiz Heydər Əliyevə nümayəndə heyətimiz adından dərin təşəkkürümü bildirirəm. Qurultaya işində uğurlar arzulayır və hamımızı müstəqil Azərbaycan naminə birləşməyə çağırıram.

Diqqətinizə görə sağ olun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved